Previous Next
Bağla

AzTU İnkubasiya Mərkəzində dəstək komandasının yaradılması ilə bağlı görüş keçirilib

29-04-2026 09:17
AzTU İnkubasiya Mərkəzində dəstək komandasının yaradılması ilə bağlı görüş keçirilib

AzTU İnkubasiya Mərkəzində tələbələrdən ibarət texniki və təşkilati dəstək komandasının yaradılması məqsədilə görüş keçirilib. Görüşdə komandanın strukturu və fəaliyyət istiqamətləri müəyyənləşdirilib, onun mərkəzin işinin daha səmərəli təşkili və koordinasiyasına töhfə verəcəyi vurğulanıb. Komandanın texniki nəzarət, tədbir təşkili, media, dizayn və rəqəmsallaşma istiqamətlərində fəaliyyət göstərəcəyi bildirilib. Eyni zamanda, bu təşəbbüsün tələbələrin praktiki bacarıqlarının inkişafına və innovasiya mühitində daha fəal iştirakına şərait yaradacağı qeyd olunub.

Xeberler.az məlumat verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərən İnkubasiya Mərkəzində tələbələrdən ibarət texniki və təşkilati dəstək komandasının yaradılması məqsədilə görüş keçirilib.

Görüş zamanı komandanın strukturunun formalaşdırılması, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və mərkəzin iş prosesində rolunun gücləndirilməsi müzakirə olunub. Bildirilib ki, bu komanda işlərin daha səmərəli təşkili, tapşırıqların düzgün bölüşdürülməsi və müxtəlif fəaliyyətlərin koordinasiyalı icrası baxımından mühüm rol oynayacaq.

Məlumata əsasən, dəstək komandası texniki nəzarət, tədbirlərin təşkili, sosial media və dizayn işləri, eləcə də rəqəmsal platformaların kontent idarə olunması istiqamətlərində fəaliyyət göstərəcək. Komanda üzvləri həmçinin tədbirlərin operativ təşkili və iştirakçıların yönləndirilməsində aktiv rol alacaqlar.

Görüş çərçivəsində tələbələrlə müzakirələr aparılıb, onların maraqları öyrənilib və təklifləri dinlənilib. İştirakçılara komandanın fəaliyyət prinsipləri və inkişaf imkanları barədə məlumat verilib.

Qeyd olunub ki, belə bir komandanın yaradılması artan layihə və tədbirlərin effektiv idarə olunmasına, eləcə də mərkəzin fəaliyyətində operativlik və peşəkarlığın artırılmasına xidmət edir. Eyni zamanda, bu təşəbbüs tələbələrin praktiki bacarıqlarının inkişafı üçün mühüm imkan yaradır.

AzTU İnkubasiya Mərkəzinin dəstək komandası aşağıdakı qruplardan ibarətdir:

  • Moderator (Texniki nəzarət – sayt): Kənan Məmmədli
  • Təşkilati dəstək: Sənan Mirzəyev
  • Yaradıcı və media komandası: Aydan Orucəliyeva, Əsmər Yarıyeva, Elza Abbasova
  • Rəqəmsallaşma işlərinə dəstək: Kənan Rzayev, Fərid Mustafayev
  • Tədbir dəstəyi: Nərmin Məmmədova, Məleykə Ağazadə, Nərmin Mustafayeva, Zəhra İsmayılzadə

Sonda qeyd olunub ki, yaradılan bu komanda İnkubasiya Mərkəzinin fəaliyyətinin daha sistemli təşkilinə və tələbələrin innovasiya mühitində fəal iştirakına mühüm töhfə verəcəkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AzTU İnkubasiya Mərkəzinin infosessiyası keçirilib

13-03-2026

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

20-01-2026

AzTU-da İnkubasiya Mərkəzinin açılışı olub

29-10-2025

AzTU-nun rektoru beynəlxalq yarışda uğurqazanan tələbələrlə görüşüb

04-04-2026

AzTU İnkubasiya Mərkəzində “Startap Günləri” keçiriləcək

11-05-2026

İnnovasiyalar Agentliyinin nümayəndələri tələbələrlə görüşüb

21-11-2019

“Startap Günləri”nə həsr olunmuş infosessiya təşkil olunub

16-01-2026

AzTU tələbələrinin startap layihəsi qalib oldu

07-07-2023

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024

“Startap Günləri”nin ilk günü start götürüb

24-01-2026

ADA Universitetində Startap və İnkubasiya Mərkəzi yaradılır

09-06-2017

"Startap Günləri"nin 2-ci günü baş tutub

25-01-2026

KOBİA AzTU tələbələrinin startapına “Startap” şəhadətnaməsi verib

27-04-2026

ASAN xidmət yeni inkubasiya mərkəzi yaradır-Müsabiqə

16-05-2018

AzTu-da “Azercell” şirkətinin nümayəndələri ilə infosessiya keçirilib

09-05-2026

AzTU komandası beynəlxalq yarışda uğur qazanıb

31-03-2026

FIDO2 və Passkey Texnologiyalarına həsr olunmuş seminar keçirilib

26-12-2025

AzTU-da Startap Günlərinə hazırlıq davam edir

02-04-2018

AzTU-da DISC laboratoriyası fəaliyyətə başlayıb

04-12-2025

AKTA və AzTU yeni layihəyə başladı

12-09-2022

“Startap və İnnovasiya” mövzusunda təlim keçirilib

16-12-2025

Sabah qrupları üçün “Startap Günləri” infosessiyası keçirilib

25-11-2025

AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda I yeri qazanıb

05-05-2026

Azərbaycan Texniki Universitetində KOB Model Müəssisəsi yaradılıb

09-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə