Vətəndaşların dövlət və özəl qurumların rəqəmsal xidmətlərinə rahat və təhlükəsiz çıxışını təmin edən vahid giriş sistemi “digital.login” yeni inteqrasiya sayəsində daha da təkmilləşdirilib. İstifadəçilər artıq “mygov” mobil tətbiqi vasitəsilə QR kodu skan edərək “digital.login”-ə inteqrasiya edilmiş bütün informasiya sistemlərinə rahat və təhülkəsiz giriş edə biləcəklər.
Xeberler.az bildirir ki, istifadəçi “digital.login”-ə inteqrasiya edilmiş dövlət və ya özəl quruma məxsus platformaya daxil olarkən giriş üsulu kimi QR kodu seçir. Bu zaman sistem tərəfindən istifadəçiyə xüsusi QR kod təqdim olunur.Yeni inteqrasiya çərçivəsində “mygov” mobil tətbiqində “Skan et” adlı yeni funksionallıq istifadəyə verilib. İstifadəçi növbəti mərhələdə “mygov” tətbiqinə daxil olaraq ekranın aşağı hissəsində yerləşən “Skan et” düyməsinə klikləyir və “digital.login” sistemində əks olunan QR kodu skan edir. Bu prosesin tamamlanmasından sonra vətəndaş heç bir əlavə parol və ya məlumat daxil etmədən saniyələr ərzində “digital.login” sisteminə daxil ola bilir.
Qeyd edək ki, “digital.login” sisteminə daha əvvəl SİMA İmza, identifikasiya nömrəsi, ASAN İmza və digər giriş üsulları ilə daxil olmaq mümkün idi. “mygov”la giriş imkanı da bu siyahıya əlavə edilərək, sistemin funksionallığı daha da genişləndirilib.
Bu inteqrasiyanın əsas məqsədi “mygov” vasitəsilə vətəndaşlara “digital.login”-ə inteqrasiya olunmuş informasiya sisteminə giriş üçün müxtəlif alternativ üsullar təqdim etmək və istifadəçi təcrübəsini optimallaşdırmaqdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları