“Dilmanc İmla” sisteminin yeni versiyası istifadəyə verildi

30-04-2015 / 15:28

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Dilmanc” layihəsi şifahi nitqi mətnə çevirən “Dilmanc İmla” sisteminin yeni versiyasını istifadəyə verib.

Nazirlikdən Xəbərlər-ə verilən məlumata görə, layihə qrupundan verilən məlumata görə, əvvəlki versiyadan fərqli olaraq proqramın yeni versiyası daha keyfiyyətlidir və bu versiya smartfon tipli mobil telefonu mikrofon kimi istifadə etməyə imkan yaradır.

Proqramın istifadə qaydası çox sadədir. Belə ki, həm kompüterə, həm də telefona “Dilmanc İmla” proqramı yükləndikdən sonra kompüterə yazılmış proqramın təklif etdiyi birləşmə kodu telefona daxil edilərək kompüter və telefon arasında internet üzərindən əlaqə yaradılır. Bundan sonra telefon mikrofon kimi istifadə edilə bilər. Kursoru kompüterdə mətn yazmaq üçün nəzərdə tutulan hər hansı pəncərəyə (məsələn, Microsoft Word və ya istənilən mətn prosessorunun pəncərəsi) qoymaqla işə başlamaq olar. Telefona deyilən imla avtomatik olaraq mətnə çevrilərək kompüterə yazılır. “Dilmanc” tərəfindən yaradılmış digər proqramlar kimi bu proqram da ödənişsiz yayılır və layihənin saytından  köçürülə bilər.

Xatırladaq ki, “Dilmanc” layihəsinin elmi rəhbəri rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovdur.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə