Google Docs onlayn xidmətində bu günlərdə istifadəyə verilən səsin köməyi ilə mətnin yığılması və redaktə edilməsi xidməti istifadəçilərin işini daha da asanlaşdırdı. Təəssüf ki, bu xidmət yalnız ingilisdilli istifadəçilər üçün nəzərdə tutulub.
Azərbaycandilli istifadəçilərin isə təəssüflənməyinə dəyməz. Çünki yerli mütəxəssislərimiz dünyanın ən nəhəng internet korporasiyası olan Google-un proqramçılarından bir neçə il öncə analoji sistemin ölkəmizdə yaradılmasına nail olublar.
Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Dilmanc layihəsi çərçivəsində Azərbaycan dili üçün şifahi nitqi avtomatik olaraq yazıya çevirə bilən Dilmanc İmla sistemi yaradılıb.
Sözügedən proqram şifahi nitqi avtomatik olaraq yazıya çevirməklə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli yazı yazmağa, sənədləri hazırlamağa imkan verir.
Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, proqramın bu yaxınlarda hazırlanmış yeni versiyası bu günədək mövcud olan digər sistemlərdən fərqli olaraq şifahi danışığı yazıya çevirərkən durğu işarələrini avtomatik qoyur və cümlədəki xüsusi adları böyük hərflə yazır.
Bu proqramı əldə etmək üçün çox sadə təlimatlara əməl etmək kifayətdir.
Əvvəlcə layihənin saytından kompüterə “Dilmanc İmla” proqramını yükləmək lazımdır.
Tətbiq onlayn rejimdə kompüter və mobil telefonda işlədiyi üçün eyni proqramı smartfonlarınıza da yükləmək lazım gəlir.“Dilmanc İmla” proqramını ödənişsiz olaraq Android və iOS əməliyyat sistemləri ilə işləyən telefonlara yükləmək mümkündür.
Yükləmə əməliyyatını başa çatdırdıqdan sonra, kompüterdə“Dilmanc İmla” mproqramının pəncərəsində göstərilən birləşmə kodunu mobil telefonunuza daxil edin.
Kodu daxil etdikdən sonra mobil telefonunuzda imla rejimi aktivləşəcək.
Daha sonra Microsoft Word və ya digər mətn redaktorlarında fayl yaradaraq kursoru həmin səhifədə saxlayın. Bundan sonra istədiyiniz səsli məlumatı (əvvəlcədən yazılmış və ya hazırda səsləndirdiyiniz səs yazısı) mətnə çevirmək üçün sadəcə ekrana toxunmağınız kifayətdir. Mətnə çevrilən nitq avtomatik olaraq kompüterinizdə yaratdığınız fayla yazılacaq.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri