İyunun 3-də Daxili İşlər Nazirliyinə (DİN) daxil olan müraciətlər əsasında aparılmış araşdırmalar nəticəsində məlum olub ki, ayrı-ayrı şəxslərin bank hesablarından 7 min, 980, 660, 550, 400, 285, 150, 130, 100 və 28 manat məbləğində vəsait oğurlanıb.
Xeberler.az bildirir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Nazirlik vətəndaşlara müraciət edərək onları bank kartları ilə bağlı dələduzluq hallarına qarşı diqqətli və ehtiyatlı olmağa çağırır. Eyni zamanda, vətəndaşlara bir daha xatırladılır ki, bank kartlarının arxa hissəsində yerləşən CVV/CVC kodu, kartın istifadə müddəti, habelə SMS vasitəsilə göndərilən OTP (birdəfəlik şifrə) kimi məlumatlar tam məxfi saxlanmalıdır: “Həmin məlumatların üçüncü şəxslərlə paylaşılması bank hesablarından pulun oğurlanmasına, həmçinin vətəndaşın adından kredit və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə səbəb ola bilər. Naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verməyin, şəxsi və maliyyə məlumatlarınızı heç bir halda paylaşmayın, şübhəli ünsiyyət halında dərhal əlaqəni kəsin və nömrəni bloklayın, dələduzluq halları ilə qarşılaşdıqda “102” Xidməti Zəng Mərkəzinə və ya yaxınlıqdakı polis orqanına məlumat verin”, - deyə DİN-in məlumatında xəbərdarlıq edilir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları