Finlandiya Dövlət İdarəçiliyi İnstitutu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə Azərbaycanın dövlət qulluqçuları üçün seminar təşkil edib.
Komissiyadan Xeberler.az-a verilən məlumata görə, seminar Finlandiya Dövlət İdarəçiliyi İnstitutunun estoniyalı tərəfdaşları ilə birlikdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının iştirakçı ölkələri üçün nəzərdə tutulan "İştirakçı demokratiya, açıq idarəçilik və səmərəli E-hökumət xidmətləri (PADOS)" layihəsi çərçivəsində 2015-ci ilin iyun ayında ölkəmizin müvafiq qurumlarında həyata keçirilmiş tədqiqat səfərinin nəticəsi əsasında keçirilib.
Tədbirin məqsədi fərdlərin siyasi qərarların qəbul edilməsinə təsiretmə imkanı, şəffaf idarəetmə və e-hökumət xidmətlərinin təşkilində Finlandiya və Estoniyanın təcrübəsinin öyrənilməsi olub.
Seminarı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov açaraq informasiya texnologiyalarının dövlət qulluğunda tətbiqinin əhəmiyyətindən danışıb.
Finlandiya Dövlət İdarəçiliyi İnstitutunun direktoru xanım Anna Saharinenin "PADOS layihəsi və Azərbaycandakı seminar haqqında qısa məlumat", Estoniyanın E-idarəçilik Akademiyasının e-demokratiya proqramının rəhbəri xanım Kristina Reinsalunun "E-demokratiyanın və vətəndaş iştirakçılığının çətinlikləri", Finlandiya maliyyə nazirinin müşaviri xanım Arja Terhonun "Dövlət sektorunda islahatlarda olan çətinliklər və idarəçiliyin məhsuldarlığı" mövzularında təqdimatla çıxışları olub.
Noyabrın 24-ü "ASAN xidmət mərkəzlərinin fəaliyyəti ilə tanışlıq", "Dövlət idarələri arasında məlumat və informasiya mübadiləsi", "Finlandiyada rəqəmsal xidmətlər üzrə milli struktur", "Azərbaycanın dövlət qulluğu sistemi və DQMK-nın fəaliyyəti" və "Finlandiyada dövlət qulluğu sistemi və dövlət qulluğu təlimləri" mövzuları ilə bağlı təqdimatlar dinlənilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri