Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin genişləndirilməsi” mövzusunda Dəyirmi Masa keçiriləcək

24-02-2014 / 14:48
Multimedia Mərkəzi “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda Dəyirmi Masa təşkil edəcək

Toplantıda mərkəzi  və yerli icra orqanlarının  informasiya açıqlığı ilə bağlı Multimedia Mərkəzi tərəfindən aparılan Monitorinqlərin yekunu haqqında Hesabat təqdim olunacaq.  
Dövlət qurumlarının informasiya açıqlığı üzrə növbəti  Reytinq Cədvəli ictimaiyyətə təqdim olunacaq.
Dəyirmi Masada həmçinin elektron formaya keçirilməsi vacib hesab olunan kütləvi və sosial əhəmiyyət kəsb edən xidmətlərin Siyahısı təqdim olunacaq.
Siyahı Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura ilə birgə hazırlanıb.

Dəyirmi Masada dövlət orqanlarının, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq  təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur

.




ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə