“Dövlət satınalmaları haqqında” maarifləndirmə seminarı keçiriləcək

13-12-2024 / 11:01

Seminarda “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri, eləcə də “etender.gov.az” `portalı barədə iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.

Xeberler.az məlumat verir ki, 18 dekabr tarixində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət satınalan təşkilatlarının nümayəndələri və sahibkarlar üçün dövlət satınalmalarına dair növbəti maarifləndirmə seminarı keçiriləcək.

Seminarda Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov və şöbə müdirinin müavini Elşən Həsənov təlimçi qismində çıxış edəcəklər. Seminarın birinci hissəsində iştirakçılara “Dövlət satınalmaları haqqında”

Qanunun tələbləri, Qanunda əksini tapmış yeni anlayışlar, Qanunun tətbiq dairəsi izah olunacaq. Həmçinin satınalmaların təşkili, planlaşdırılması, dövlət satınalmalarına nəzarət, eləcə də ehtimal olunan qiymətin hesablanması, satınalma komissiyasının formalaşdırılması və məsuliyyəti, şərtlər toplusunun hazırlanması, təkliflərin cəlb edilməsi və qiymətləndirilməsi barədə məlumat veriləcək. Habelə təchizatçıların uyğunluq göstəriciləri, şikayətlərin verilməsi və onlara baxılması qaydasından bəhs olunacaq.

İkinci hissədə isə “etender.gov.az” portalından istifadə qaydaları və portalın yeni funksionallıqları ilə bağlı məlumat veriləcək.

Dövlət satınalan təşkilatlarının nümayəndələri və sahibkarlar müraciət formasını doldurmaqla seminara qatıla bilərlər.

Tarix: 18 dekabr 2024-cü il, saat 10:00–16:00

Qeyd edək ki, seminarda qeydiyyatdan keçmiş ilk yüz nəfərin iştirakı nəzərdə tutulur.

İştirakı təsdiq edilmiş şəxslərə məkanla bağlı ətraflı məlumat göndəriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə