Previous Next
Bağla

Dünyadakı çip qıtlığı böhranının Azərbaycana təsiri olacaqmı? – II hissə

23-06-2026 10:52
Dünyadakı çip qıtlığı böhranının Azərbaycana təsiri olacaqmı? – II hissə

Böhran nə zaman bitəcək?

İnformasiya texnologiyaları, telekommunikasiya və istehlakçı texnologiyalar üzrə qlobal bazar araşdırmaları və məsləhət xidmətləri təqdim edən nüfuzlu ABŞ şirkəti “IDC” xəbərdarlıq edib ki, yaddaş çipi çatışmazlığı ən azı 2027-ci ilə qədər davam edəcək. “Intel” CEO-su Lip-Bu Tan ən yaxşı halda bu çatışmazlığın 2028-ci ildə bitəcəyini deyib.

Texnologiya sənayesi üzrə bazar araşdırmaları və konsaltinq xidmətləri göstərən Tayvan mənşəli qlobal şirkətlərdən olan “TrendForce” yeni fabriklərin 2026-cı ilin sonundan etibarən istehsala başlayacağını proqnozlaşdırsa da, bunun bazara əhəmiyyətli təsirinin 2027–2028-ci illərdən öncə mümkün olmayacağını qeyd edib. Çünki böhranı uzadan əsas amil çip fabrikasiyasının infrastrukturunun qurulmasının zaman tələb etməsidir. Bu o deməkdir ki, bu gün qəbul edilən investisiya qərarları ancaq 2028–2030-cu illərdə nəticəsini verəcək.

Dünya bu DRAM qıtlığını həll etmək üçün milyardlarla dollar investisiya edir. ABŞ-ın CHIPS Aktı, Cənubi Koreyanın 10 milyard dollarlıq dövlət kreditləri, Yaponiyanın 7 milyard dollarlıq çip layihələri kimi təşəbbüslərin hamısı gələcəyə hesablanmış addımlardır. Lakin bu addımların meyvəsi 2–3 ildən tez yetişməyəcək.

“Goldman Sachs”-ın hesablamalarına görə, əvvəlki böhranda 169 sənaye sahəsi müxtəlif dərəcədə zərər görmüşdü. Bu dəfə isə yarımkeçirici böhranı yalnız istehlakçı elektronikası ilə məhdudlaşmır.

Kimlər və necə hiss edəcək?

Analitiklər hesab edir ki, qlobal yaddaş çip böhranı 2026-cı ildə sənayenin ən kritik probleminə çevrilib. Bu böhranın istehlakçıya təsiri aşağıdakı üç formada baş verəcək:

Qiymət artımı: Smartfonlar, notbuklar, TV-lər, routerlər demək olar bütün kateqoriyalarda qiymət artımı artıq başlayıb və 2026–2027-ci illərdə daha da dərinləşəcək.
“IDC"-nin bu il üçün proqnozlarına görə, qlobal smartfon bazarının orta satış qiyməti 14% artaraq rekord 523 dollara çatacaq. Lakin bu orta rəqəm arxasında çox daha kəskin fərqlər gizlənir.
Apple və Samsung kimi premium seqmenti təmsil edən şirkətlər TSMC ilə 12–24 aylıq uzunmüddətli çip müqavilələri bağlayıb. Bu müqavilələr onlara çip ehtiyatını əvvəlcədən təmin etdiyinə görə böhran dövründə qiymət artımlarından bu və ya digər şəkildə qoruyacaq.

Texniki parametrlərin aşağı salınması: Eyni pula daha az RAM, daha aşağı yaddaş tutumu təklif olunacaq.
Nümunə olaraq TrendForce 2026-cı il hesabatında bildirib ki, “Android brendlərinin orta-aşağı seqmentində yaddaş avadanlıqları ümumi xərclərin 15–20%-ni təşkil edir. Artan yaddaş xərci onları ya qiymət artırmağa, ya da spesifikasiyaları aşağı salmağa məcbur edəcək. 2026-cı ildə baza smartfonların yenidən 4 GB RAM-la satışa
çıxarılması gözlənilir. “iPhone”-un yeni flagman modelinin isə RAM-ı 12 GB-da saxlanılacaq və daha əvvəllər bildirildiyi kimi 16 GB-a çıxarılmayacaq.

Təkilf paketi siyasətinin dəyişməsi: Bİldiyimiz kimi bir sıra internet provayderləri bəzi tarif paketlərinə "Ödənişsiz modem" daxil edirlər. Ehtimal olunur ki, bu model getdikcə dəyişəcək və öz yerini “icarə əsaslı modem” təklifinə verəcək. Bu B2B sahəsində xidmətlər təklif edən şirkətlərə xüsusilə təsir edəcək. Məsələn, avtopark izləmə xidməti göstərən şirkətlər “GPS Tracker”-ləri şirkətlərə satmaq əvəzinə icarəyə verəcək və kumulyativ gəlirlərin artırılmasına fokuslanacaqlar.

Hər üç ssenari bu və ya digər şəkildə istehlakçının texnologiyaya çıxış üçün ödədiyi faktiki məbləğin artmasına gətirib çıxaracaq.

Məsələn, bir evi internetə qoşmaq üçün provayderlər infrastrukturdakı server, switch və ruterlərdə 7.000-dən çox çipdən istifadə edir.

Bu rəqəm nə deməkdir?

Bir internet provayderin hər 1000 abunəçiyə təqdim etdiyi modemi düşünün. Əvvəllər bu modemin daxilindəki yaddaş komponenti ümumi məhsul dəyərinin 3%-ni təşkil edirdi. İndi isə 20%-dən çoxunu təşkil edir. Yəni bir modem istehsalında yaddaş xərci altı dəfədən çox artıb. Dünya ruter bazarını izləyən “Counterpoint Research” şirkətinin analitikləri açıq şəkildə xəbərdarlıq edib ki, "Yaddaş qiymətlərinin 600% artımı Wi-Fi routerlərin qiymətini kəskin artıracaq.”

Başqa sözlə desək, internet provayderlərin baza xərci kifayət qədər artıb. Bu isə o deməkdir ki, şirkətlər zərər etməmək üçün xidmət modellərinə və qiymət siyasətlərinə dəyişiklik etmək məcburiyyətində qalacaqlar.

Azərbaycanla bağlı hər hansı mənbədə səhih informasiya olmadığı üçün bizim bazarda nə baş verəcəyini demək çox çətindir. Yerli şirkətlər bu sahədə istehsal və xammal tədarükçüsü olmadığı üçün hər 3 ssenarinin (Qiymət artımı, Texniki parametrlərin aşağı salınması, Tarif paketi siyasətinin dəyişməsi) bizdən yan keçməyəcəyini deməyə ciddi əsas verir. Başqa sözlə internet paketlərində artım ehtimalı yüksəkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dünyadakı çip qıtlığı böhranının Azərbaycana təsiri olacaqmı?

Dünyadakı çip qıtlığı böhranının Azərbaycana təsiri olacaqmı?

22-06-2026
Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Asiya İnkişaf Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

10-04-2026
"Asus" çip istehsal edəcək

"Asus" çip istehsal edəcək

26-12-2025
Smartfonların satışı 7 faiz artıb

Smartfonların satışı 7 faiz artıb

23-08-2017
“Kingston“-dan bahalı yaddaş kartı

“Kingston“-dan bahalı yaddaş kartı

01-06-2009
OpenAI reklamlardan 2,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır

OpenAI reklamlardan 2,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır

10-04-2026
Smartfonlar yenidən bahalaşır-Səbəb

Smartfonlar yenidən bahalaşır-Səbəb

26-01-2018
Dünyada İT xərclərin  həcmi nə qədərdir?

Dünyada İT xərclərin həcmi nə qədərdir?

02-03-2017
Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

Qlobal İT bazarının həcmi 12,5 faiz artacaq

30-08-2016
Bulud hesablamaları elektrik enerjisinə tələbatı azaldır

Bulud hesablamaları elektrik enerjisinə tələbatı azaldır

17-01-2017
İT bazarında sürətli artım gözlənilir

İT bazarında sürətli artım gözlənilir

14-11-2017
2015-ci ildə dünyada mikrosxemlərin satışı azalacaq

2015-ci ildə dünyada mikrosxemlərin satışı azalacaq

12-10-2015
“Apple” ilk qatlana bilən iPad-i 2028-ci ildə buraxacaq

“Apple” ilk qatlana bilən iPad-i 2028-ci ildə buraxacaq

05-09-2025
Analitiklər mobil modem və routerlərin tədarükünün azalacağını gözləyirlər

Analitiklər mobil modem və routerlərin tədarükünün azalacağını gözləyirlər

09-11-2013
İstehlak elektronikası bazarında illik artım 4 faiz olacaq

İstehlak elektronikası bazarında illik artım 4 faiz olacaq

27-05-2015
2022-ci ildə mobil texnologiyalar üzrə qlobal xərclər 1,8 trilyon dollara yaxınlaşacaq

2022-ci ildə mobil texnologiyalar üzrə qlobal xərclər 1,8 trilyon dollara yaxınlaşacaq

07-09-2018
Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

04-11-2013
Yeni iPhone-lar  daha güclü olacaq

Yeni iPhone-lar daha güclü olacaq

22-05-2015
Nokia-dan daha 3 yeni telefon-Qiymətlər

Nokia-dan daha 3 yeni telefon-Qiymətlər

27-02-2017
Qlobal İKT xərcləri artacaq

Qlobal İKT xərcləri artacaq

07-02-2019
Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

Seçim olmayan internet bazarı, susan tənzimləyicilər - Təhlil

30-12-2025
DDR2 yaddaş qurğularının qiyməti təxminən 20% artıb.

DDR2 yaddaş qurğularının qiyməti təxminən 20% artıb.

23-12-2008
Dünya smartfon bazarında hansı şirkət daha çox gəlir əldə edir?

Dünya smartfon bazarında hansı şirkət daha çox gəlir əldə edir?

19-11-2015
İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

17-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə