Kabellərdən alqoritmlərə: şəbəkələrin təkamülü
Yarımkeçiricilər (çiplər) xüsusilə müasir dövrdə texnologiyanın zəruri komponentidir. İstehlakçılar hazırda bunu hiss etməsələr də texnologiya şirkətləri artıq həyəcan təbili çalırlar. Çox güman ki, biznes ədəbiyyatları bu böhranla bağlı yazmağa “Hər şey 2020-ci il COVID-19 pandemiyası ilə əlaqəli olaraq...” cümləsi ilə başlayacaqlar. Odur ki, biz də bu analtik yazıya gələcəkdə tez-tez rast gəlinəcək həmin cümlə ilə başlayırıq.
Hər şey 2020-ci ildə COVID-19 pandemiyasının yaratdığı “evdə qal” iqtisadiyyatı ilə başladı. Qlobal miqyasda fərdi kompüterlərə tələbat 12–15% artdı. Çünki evdə qalan istehlakçılar kütləvi şəkildə noutbuk, oyun konsolları və digər texnoloji məhsullara yönəldi.
Avtomobil üçün çip istehsal edən zavodlar istehlakçı elektronikası çiplərinin istehsalına üstünlük verməyə başladırlar. Belə ki, dünyada 80%-dən yüksək bazar payına sahib çip istehsalçısı “TSMC” (Taiwan Semiconductor Manufacturing Company) şirkəti 2018-ci ildən avtomobil sektorunun zəifləməsini əsas gətirərək istehsal istiqamətini məişət elektronikası üçün çiplərə yönəltdi. Bu da öz növbəsində domino effekti yaradaraq bu böhranın dərinləşməsinin əsas səbəblərindən biri oldu.
2021-ci ildə Çin-ABŞ arasında yer alan “ticarət müharibəsi” nəticəsində ABŞ-nin Çin texnologiya şirkətlərinə tətbiq etdiyi ixrac məhdudiyyətləri, çinli şirkətləri gələcək sanksiyalardan qorunmaq üçün çipləri kütləvi şəkildə ehtiyata yığmağa sövq etdi. Bu “ikiqat sifariş” effekti isə artıq gərgin olan qlobal çip bazarını daha da boğdu. Eyni zamanda TSMC kimi qabaqcıl fabriklərin Çinlə əməkdaşlığına qoyulan məhdudiyyətlər istehsal gücünün coğrafi cəmləşməsini sürətləndirdi.
Çip istehsalının əhaəmiyyətli komponenti olan yarımkeçirici dərəcəli neon qazının yarısı Ukraynada istehsal edilirdi. 2022-ci ildə başlayan Ukraynada başlayan müharibə bu qaza olan çatışmazlığı daha da dərinləşdirdi.
Beləliklə çip sifarişlərinin icra müddəti 12 həftədən 50 həftəyə qədər uzadılmış oldu. Bazar oyunçuları situasiyanın stabilləşdiyini və böhranın keçdiyini düşünürdülər.
Ancaq tələb-təklif münasibətləri başqa cür formalaşdı.
İndi isə 2026-cı ilin ortasında bir həqiqət aydın olur: böhran bitməyib, sadəcə formasını dəyişib. Keçmiş pandemiya böhranı geniş spektrli idi. Bu dəfəki isə daha dərin, daha sistemik xarakterli və ən əsası daha uzunmüddətlidir. Süni intellekt (AI) bumu qlobal yaddaş çip istehsalını özünə yönəldib, bu isə istehlakçı elektronikasından internet avadanlığına qədər bütün sektorlarda qiymət artımını qaçılmaz edir.
Bu yeni mərhələnin mərkəzində isə kompüterlərin əsas operativ yaddaş növü sayılan DRAM (Dynamic Random Access Memory) çipləri dayanır. DRAM demək olar ki, bütün elektron cihazların (smartfonların, notbukların, routerlərin, modemlərin, server sistemlərinin) içindəki əsas operativ yaddaşıdır. 2026-cı ilin I rübündə DRAM müqavilə qiymətləri əvvəlki rüblə müqayiəsədə 90–95% artıb. DDR4 (DRAM yaddaşının daha sürətli və inkişaf etmiş versiyası) yaddaş çiplərinin qiyməti ildən-ilə 700–800% artıb. Ruter (router) istehsal xərclərindəki bu çiplərin payı 3%-dən 20%-ə qalxıb. Məhz bu komponentin qiymətindəki partlayış bütün texnoloji məhsul zəncirinə sıçrayır.
Bəs sıçrayışın səbəbi nədir?
Cavab birmənalıdır: süni intellekt. Dünyanın ən böyük texnologiya şirkətlərinin “Meta”, “Google”, “Microsoft” və “Amazon” süni intellekt (AI) infrastrukturuna ayırdığı kapital xərcləri 2026-cı ildə 650 milyard dollara çatacaq ki, bu da keçən ilin rekordundan 80% çoxdur. Bu nəhəng investisiyaların böyük hissəsi GPU serverlərinə, data mərkəzlərinə və bunların içindəki yaddaş çiplərinə yönəlir.
“NVIDIA”-nın Blackwell seriyasına aid ən yeni B300 GPU serveri təkcə bir çip üçün 96 DRAM kristalı tələb edir. Səkkiz GPU-dan ibarət tam bir DGX B300 sistemi isə yalnız yaddaş modulları üçün 768 “DRAM” kristalı istifadə edir. Bu rəqəmləri milyonlarla GPU ilə müqayisə etdikdə ortaya belə mənzərə çıxır ki, qlobal DRAM istehsalının böyük hissəsi AI serverlərinə yönəlir.
DRAM bazarının 95%-ni idarə edən üç şirkət (“Samsung”, “SK Hynix” və “Micron”) artıq açıq şəkildə istehsal gücünü yüksək marjalı HBM-lərə (High Bandwidth Memory) yönəldiblər. Bu, DRAM-ın ən yüksək performanslı formalarından biridir və əsasən AI, GPU və superkompüterlərdə istifadə olunur.
Micron Technology 2025-ci ilin sonunda istehlakçı yaddaş brendini tamamilə bağlayaraq yalnız AI və server bazarlarına fokuslanıb. Bu addım simvolik qərar deyil, sənayenin hansı istiqamətə getdiyini göstərən çox açıq bir mesajdır.
“Nokia”nın yeni CEO-su Justin Hotard “Nokia”-“NVIDIA” arasında imzalanan 1 milyard dollarlıq tərəfdaşlıq sazişi fonunda belə bir fikir açıqlayıb: “Telekommunikasiyada növbəti sıçrayış sadəcə 5G-dən 6G-yə keçidlə məhdudlaşmayacaq. Bu sıçrayış şəbəkələrin süni inttellekt tam şəkildə yenidən qurulması ilə mümkün olacaq.
Belə görünür ki, “Nokia” artıq özünü ənənəvi telekommunikasiya avadanlığı istehsalçısı kimi deyil, AI şəbəkə infrastrukturunu yenidən quran şirkət kimi mövqeləndirir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları