Previous Next
Bağla

Dünyanı real zamanda izləmək üçün orbital şəbəkə yaradılır

24-04-2018 15:57
Dünyanı real zamanda izləmək üçün orbital şəbəkə yaradılır

Yeni EarthNow şirkəti orbitdən dünyanın istənilən nöqtəsinin şəklini çəkmək və saniyələr ərzində onun videosunu təqdim etmək imkanına malik olacaq.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, başqa sözlə, planetin istənilən nöqtəsində real zamanda nə baş verdiyini faktiki olaraq izləmək mümkün olacaq.

Şirkətin investorları arasında AirBus, SoftBank Group şirkətləri, peykəlaqəsi sahəsində veteran Qreq Vayler, eləcə də Bill Gates  yer alır.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, vəsaitlər ilk növbədə, real zamanda Yer kürəsini müşahidə etmək üçün innovativ və unikal xidmət təminatı üzrə sistemin layihəsinin təkmilləşdirilməsinə yönəldilib.

Qreq Vaylerin OneWeb şirkəti artıq siqnalın ötürülməsi zamanı son dərəcə aşağı ləngiməyə malik peykləri kosmosa buraxıb. Onun hədəfi isə artıq 2020-ci ilə genişzolaqlı formatda peyklərin tam şəbəkəsinin yaradılmasıdır. EarthNow şirkəti OneWeb-in texnologiyasının təkmilləşdirilmiş versiyasından istifadə edəcək. 

Ekspertlərin qiymətləndirməsinə əsasən, sistemin ümumi dəyəri təxminən bir milyard dollar təşkil edəcək. Şirkətin əsas məqsədi öz xidmətlərini dövlətlərə və əyləncə xidmətləri sahəsində ixtisaslaşan şirkətlərə təqdim etməkdir.

Şirkət, həmçinin sistemin digər imkanlarını da nəzərdən keçirir. O, meşə yanğınları başladığı anda xəbərdar etmək, vulkan püskürmələrini ilk vaxtdan müşahidə etmək, media vasitələrinə bütün dünyadan hadisələri işıqlandırmağa kömək etmək, balinaların köçünü izləmək, “ağıllı şəhərlərə” daha effektiv olmağa kömək etmək, bütün planet üzrə münaqişə zonalarını müşahidə etmək və s. xidmətlər göstərəcək.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Okean axınlarından enerji əldə olunacaq

30-08-2017

Savaş kosmosa çıxdı: Peyklər səmanı zəbt etdi, yer qalmadı

06-05-2021

Azərkosmos Yaponiya şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

07-02-2020

SpaceX xAI şirkətini satın alıb

04-02-2026

Dünyanın ən bahalı şirkətləri- Reytinq

15-02-2018

Uber-lə helikopter də sifariş etmək mümkün olacaq

19-01-2016

100 milyard dollarlıq sərvətini ailəsi ala bilməyəcək

24-01-2018

Dünyanın ən bahalı İT şirkətləri-Reytinq

29-05-2017

OpenAI 6 milyard dollarlıq səhm satışına hazırlaşır

19-08-2025

“Azərkosmos” “Prime African Media Systems” şirkəti ilə əməkdaşlıq edəcək

29-07-2020

Fransanın kosmik şirkəti Azərbaycanı niyə tərk edib?-EKSPERT ŞƏRHİ

25-11-2022

TESS orbital teleskopu əsas missiyasını başa vurub

12-08-2020

Süni intellekt istənilən mağazanı avtomatlaşdıracaq

02-03-2018

Ailə TV-ni dünyanın istənilən yerində izləmək olacaq

06-03-2015

Azerspace-2-nin orbitə buraxılması istiqamətində hazırlıqlar nə yerdədir?

31-08-2015

“Azərkosmos” “Tier 4” sertifikatına layiq görülüb

02-11-2020

Üç böyük şirkət "SpaceX"ə qarşı birləşə bilər

22-10-2025

Bakı Media Mərkəzi COP29-un rəsmi yayım şirkətidir

07-11-2024

"GoldenPay" şirkəti " Yüksək Texnologiyalar Parkının rezidenti oldu

15-07-2023

Dünyanın ən zəngin insanı kimdir?

01-08-2017

Robot sosial mediadakı paylaşımları təhlil edəcək

07-01-2016

“Airbus” şirkəti “А320” modelinin yeni versiyasını istehsal edəcək.

03-12-2010

“Azərkosmos” ABŞ-ın “UltiSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

16-04-2020

Dünyanın ən innovativ şirkətləri

13-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə