ABŞ-ın Şimali Karolina ştatındakı Charlotte Motor Speedway avtodromunda dünyanın ən nəhəng HD ekranı quraşdırılıb.
Xəbərlər-in verdiyi məlumata görə, bu haqda avtodromun rəsmi saytında məlumat verilib.
Ekranın eni 61 metr, hündürlüyü isə 24,3 metrdir. Konstruksiyanın ümumi çəkisi 330 tondan çoxdur. Panasonic şirkətinin istehsal etdiyi Tablo 158 ədəd işıqsaçan diodlu kristall panellərindən ibarətdir. Onun quraşdırılmasına dörd ay vaxt sərf edilib.
Ekran 720 piksel təsvir ölçüsündədir. Avtomobil yarışları həmin iri monitorda canlı yayımlanacaq. İlk canlı yayım may ayının 21-də avtodromda NASCAR Sprint All-Star Race yarışları zamanı olacaq.
Qeyd edək ki, ötən rekord Texas ştatındakı Dallas Cowboys stadionunda quraşdırılan HD ekranına məxsus olub. Onun eni 55 metr, hündürlüyü isə 22 metrdir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri