Gələcəyin avtobusu sınaqdan keçirilib

04-08-2016 / 12:02

Çində qeyri-adi nəqliyyat vasitəsi sınaqdan keçirilib.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, TEB-1 adlı tunel rolunu oynayan avtobusun özəlliyi xüsusi relslərin köməyilə yolun üstü ilə hərəkət etməsidir. Bununla da, adi avtomobillər üçün yol zolağı boş saxlanılır və tıxacların qarşısı alınır.

Avtobus 300-dək sərnişin daşımaq qabiliyyətinə malikdir. Yeni nəqliyyat vasitəsinin uzunluğu 22 metr, eni 7,8 metr, hündürlüyü isə 4,8 metrdir.

Gələcəyin avtobusu ilk dəfə 2016-cı ilin mayında Pekində keçirilmiş beynəlxalq sərgidə nümayiş etdirilib. Artıq Braziliya, Fransa, Hindistan və İndoneziya qeyri-adi nəqliyyat vasitəsi ilə maraqlanıb.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə