Previous Next
Bağla

Bakıda beynəlxalq startap müsabiqəsi keçirilir

03-12-2015 11:21
Bakıda beynəlxalq startap müsabiqəsi keçirilir

Hazırda Bakıda  “IE Venture Day” beynəlxalq startap müsabiqəsi keçirilir.

Tədbir Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi ilə Yüksək Texnologiyalar Parkı və İE Biznes Məktəbinin birgə təşkilatçılığı ilə baş tutur.

Xeberler.az-ın məlumatına görə, hazırda tədbirdə beynəlxalq eskpertlər çıxış edir.

Yerli  mütəxəssislərimizin çıxışları da günün ikinci yarısında olacaq.

Dünyanın 35 şəhərində keçirilən “İE Venture Day” müsabiqəsi ilk dəfə Qafqaz regionunda Azərbaycanda baş tutur.

Bakıda 5-i Azərbaycandan olmaqla, ən güclü 12 startap komandası  “IE Venture Day Baku” müsabiqəsində əsas mükafatlar üçün yarışacaqlar.
 
“IE Venture Day Baku” müsabiqəsinin münsiflər heyəti tərəfindən uzun müzakirələrdən sonra  potensial investorlar qarşısında öz layihələrini təqdim edəcək 10 ən güclü startap seçilib.

Geniş əhatəli, mövzuların müxtəlifliyi  və “pitch-off” formatında olması bu müsabiqənin maraqlı və yaddaqalan olmasına tam təminat verəcək.

Müsabiqənin finalçıları:  

-SPROSIDOKTORA ( Rusiya-Belarus)

-OFFERBEE(Azərbaycan )

-NOOB(Azərbaycan )

-HEALTHBOOK  (Azərbaycan)

-PAWER (İspaniya)

-UNIEXO (Ukrayna )

-CREADY (Azərbaycan )

-APPOL (Azərbaycan)

-PAYMENT FIREWALL ( Belarus)

-ES WERING (İsrail)

Seçilmiş bu komandalarla yanaşı, əlavə olaraq daha iki komanda Bakıya dəvət olunub. Bunlar Belarusda  keçirilən "Global Entrepreneurship Week" müsabiqəsinin qalibi və Qazaxıstanda keçirilən "TechNations" müsabiqəsinin qalibləridir. 
 
Yekunda, "Venture Day Madrid" müsabiqəsində 10 finalçıdan biri qismində çıxış etmək (bütün xərclər ödənilməklə), IE Business School 100 faizlik  təqaüdün ayrılması və tərəfdaşlardan birində 3 aylıq inkubasiya dövrü, o cümlədən "IE Venture Lab" tərəfindən mentorluq və s. mükafatlar uğrunda 12 startap komandası mübarizə aparacaq.
 
Müsabiqədən başqa, tədbirin proqramına, həmçinin dünyanın top spikerlərindən ibarət, proqramlaşdırılmış təfəkkür və İKT-də qadınların rolundan başlayaraq innovasiyalar və meqatrendlərə kimi müxtəlif mövzuları əhatə edən biznes-konfransın keçirilməsi də nəzərdə tutulur.
 
Bununla əlaqədar bir neçə məruzə və təqdimatların, o cümlədən UBER- uğur hekayəsi,  UBER MDB ölkələri üzrə direktoru Aleksey Stax tərəfindən təqdimatı, “Startapa necə başlamaq” mövzusunda  Şərqi və Mərkəzi Avropada  fəal investorlardan biri olan Maks Qurvits tərəfindən moderatorluq, Mobil və veb texnologiyaların inkişafı - Silikon Vadisindən baxış mövzusunda "Products & Startups for Code for America" şirkətinin direktoru Leyn Beker tərəfindən təqdimat, Facebook, Microsoft, Yüksək Texnologiyalar Parkı, o cümlədən Amerika Ticarət Palatası və bir çox digər spikerlərin çıxışları gözlənilir.

Tədbirdə İştirak edən startaplar öz bizneslərini startap sahəsi üzrə ekspertləri, vençur kapitalistləri və investorları özündə birləşdirən münsif  heyəti qarşısında təqdim edəcəklər. Seçilmiş on finalçı mükafatlar üçün mübarizə aparmaq məqsədilə “Venture Day Baku” tədbirində ideyalarını təqdim etmək üçün Bakıya dəvət ediləcək (gediş-gəliş haqqı qarşılanacaq).

Komandanın bir üzvünün 10 finalçıdan biri üçün “Venture Day” Madrid tədbirində iştirakı və gediş-gəliş haqqının qarşılanması, İE Biznes Məktəbində “Executive Education” proqramının istənilən kursu üzrə 100 faiz təqaüd, pulsuz ofis ərazisi təqdim olunmaqla partnyorların birgə işləmə sahələrində (co-working spaces) 3 ay inkubasiya,  “İE Venture Lab” tərəfindən mentorluq xidməti nəzərdə tutulur.

 

Tədbiri BURADAN izləmək olar.

 

Sevinc Çəltikova 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq müsabiqədə hansı startaplarımız yarışacaq?

19-11-2015

Azərbaycanda beynəlxalq startap müsabiqəsi keçiriləcək

08-10-2015

Bakıda keçiriləcək beynəlxalq startap müsabiqəsinə qeydiyyat davam edir

22-10-2015

Dünyanın tanınmış mələk investorları Bakıya gəlir

05-11-2015

“Azərbaycan biznes sahəsinə öz uğurları ilə imza atacaq”

03-12-2015

Startapımız beynəlxalq müsabiqədə 3-cü yeri qazanıb

03-12-2015

İKT Qadınlar Klubu Bakutel sərgisinə hazırlaşır

11-11-2015

"İnnovasiyalar Mərkəzi"nin müşaviri "Star Venture" tədbirində çıxış edib

11-12-2024

“Startap Azərbaycan 2015” -in yekun tədbirlərinin proqramı açıqlandı

08-05-2015

Startapçılarımız Startup Turkey-də-Fotolar

23-02-2017

“Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb

04-04-2022

“Startap Azərbaycan 2015” konfransı və yekun təqdimat mərasimi keçiriləcək

06-05-2015

Bakı və regionlarda startap turlarına başlanır

15-02-2018

“Demo Day – Barama” çərçivəsində 5 uğurlu startapın təqdimatı keçiriləcək

31-05-2021

SABAH.HUB İnnovasiya Mərkəzi tərəfindən “Demo Day” tədbiri təşkil olunub

17-01-2024

Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə startaplar üçün təlimlər keçiriləcək

09-04-2015

“Startap Azərbaycan 2015”-in yekun tədbirlərinə hazırlıq müzakirə olunub

12-05-2015

Startap komandaları üçün təlimlər başladı

11-04-2015

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

02-03-2022

Bu gün “Startap Azərbaycan 2015” Müsabiqəsinə qeydiyyat başa çatır

31-03-2015

INNOLAND-də növbəti Demo Day təşkil olunub

21-01-2020

Yeni Fikir müsabiqəsinin qalibləri açıqlanacaq

07-06-2017

İKT Qadınlar klubu 1 yaşını qeyd etdi

04-12-2015

Ötən həftə nə ilə yadda qaldı?

07-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə