“E-bülleten” sisteminə keçidin faydaları

24-06-2025 / 14:39

Bu il mayın 1-dən ölkəmizdə xəstəlik vərəqəsinin elektron sənəd formasında tərtib olunması mühüm əhəmiyyəti ilə diqqəti cəlb edir.

Xeberler.az bildirir ki, Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) birgə işinin nəticəsi olaraq xəstəlik vərəqəsi e-sənəd formasında tərtib olunur.

Həmin vərəqənin belə tərtib olunmasının bir sıra faydaları var. Bunlar aşağıdakılardır:

- e-sistemin geri tarixə xəstəlik vərəqəsinin açılmasını mümkünsüz etməsi bu vərəqənin açılmasında hər hansı subyektivlik və saxtakarlıq halının baş verməsinin qarşısını alır;

- əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı haqq-hesab cədvəli tərtib edilərkən xəstəlik vərəqələrinin skan edilib e-sistemə yüklənməsinə ehtiyac qalmır, həmin məlumatlar “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) avtomatik əks olunur və kağız daşıyıcılardan istifadə zərurəti, vaxt itkisi aradan qalxır;

- işəgötürən əməkdaşına xəstəlik vərəqəsi açılması, habelə hansı tarixdə və tibb müəssisəsində açılması barədə ƏMAS vasitəsilə operativ məlumat əldə edir;

- xəstəlik vərəqəsi bağlanana qədər işçinin əmək müqaviləsinə xitam verilməsi avtomatik məhdudlaşır;

- xəstəlik vərəqəsi üzrə e-sənəd əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğuma görə müavinət təyinatı ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna e-qaydada göndərilir və fond üçün müavinət təyinatına əsas yaradır, təyinat prosesi çevikləşir;

- istehsalatda bədbəxt hadisə ilə əlaqədar xəstəlik vərəqi açıldıqda Dövlət Əmək Müfəttişliyi Xidməti bu barədə operativ məlumat alır və təhqiqat prosesi çevikləşir;

- növbəti mərhələdə əlilliyin qiymətləndirilməsi üçün göndərişlər tərtib olunarkən xəstəlik vərəqi üzrə məlumatlar manual deyil, avtomatik e-sistemdə əks olunur;

- işəgötürənlər e-bülletenləri ƏMAS-dan, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat əldə edə bilirlər.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə