“e-Tabib” mobil tətbiqinin yeni versiyasının təqdimatı keçirilib.
Bu barədə Xeberler.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Tədbirdə iştirak edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin rəhbəri Ramil Mehdiyev qeyd edib ki, mobil tətbiqin yeni versiyasının yaradılmasında məqsəd istifadəçilərin aldıqları tibbi xidmətlərin nəticələrini elektron qaydada izləmələrini daha rahat və çevik etməkdir.
Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin Məlumatların təhlili və mübadiləsi şöbəsinin müdiri Nicat Kərimovun sözlərinə görə, mobil tətbiqin yeni versiyası daha funksionaldır. Əvvəlki versiya yalnız COVID-19 infeksiyası ilə əlaqəli idisə, təkmilləşdirilmiş yeni versiyadakı funksiyalar vətəndaşların vaxt itkisinin qarşısını almağa, onlara göstərilən tibbi xidmətlərin tarixçəsini izləmələrinə imkan yaradır:
“Vətəndaşlar mobil tətbiq vasitəsilə tibb müəssisələrinə müraciətləri, qoyulan diaqnozlar, müayinə və laborator analiz nəticələri, tibbi arayışlar və göndərişlər vərəqəsi ilə onlayn qaydada tanış ola biləcəklər. Bütün sadalanan sənədlər mobil tətbiqdə “Şəxsi məlumatlarım” bölməsində əks olunur. Bununla yanaşı, göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi, vətəndaşların məmnunluğunun öyrənilməsi məqsədilə mobil tətbiq vasitəsilə xidmət göstərən tibb müəssisəsinin və tibb işçisinin fəaliyyətini qiymətləndirmək mümkün olacaq”.
“e-Tabib” istifadəçiləri “Faydalı məlumatlar” bölməsindən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrini tətbiqdəki xəritə üzərindən görə bilər, ən yaxın olan tibb müəssisəsini seçərək mobil telefonlarında olan naviqasiya tətbiqləri ilə əlaqələndirə bilərlər. Əlavə olaraq, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərlə, Milli peyvənd təqvimi, ən çox verilən suallarla tanış ola bilərlər. Əgər axtarılan sualın cavabı siyahıda yoxdursa əlaqə bölməsinə daxil olaraq yeni sual yaradıb müraciət göndərilə bilər. Eləcə də mobil tətbiq vətəndaşlara ərizə, təklif və şikayətlərini göndərmələri üçün imkan yaradır.
N.Kərimov mobil tətbiqlə bağlı gələcək planlar barədə də açıqlama verib:
“Mobil tətbiqin təkmilləşdirilməsi, əhaliyə təqdim olunan tibbi xidmətlərin elektronlaşdırılması prioritet məqsədlərimizdəndir. Gələcək planlarımızda həkim qəbuluna yazılmaq üçün randevu modulunun tətbiqi nəzərdə tutulur”.
Qeyd edək ki, mobil tətbiqə 2 üsulla daxil olmaq mümkündür: ASAN Login və mobil nömrə ilə. ASAN Login ilə daxil olduqda tətbiqdəki bütün məlumatlarla tanış olmaq mümkündür. Mobil nömrə vasitəsilə daxil olduqda isə yalnız COVID-19 və faydalı məlumatları görmək mümkündür.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri