Previous Next
Bağla

Ekspert beynəlxalq informatika olimpiadasından danışıb

12-06-2019 15:38
Ekspert beynəlxalq informatika olimpiadasından danışıb

"Bu il, avqustun 4-də Bakıda ciddi bir beynəlxalq tədbir keçiriləcək. Dünyanın ən yaxşı 5 elm olimpiadalarının biri hesab olunan və 31-ci dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadası bu dəfə Bakıda olacaq. Bir həftə davam edən tədbirə 90-dan çox ölkənin 500-dək məktəblisi qatılacaq. Ötən il Olimpiada Yaponiyada keçirilib. Bizim üçün həm də ona görə əhəmiyyətlidir ki, təxminən 7-8 il olar ki biz bu olimpiadalardan əliboş, medalsız qaydırıq.  1994-cü ildən bu olimpiadaya qoşulan ölkəmiz indiyədək biri gümüş, dördü bürünc olmaqla cəmi beş medal qazana bilib"

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert bu istiqamətdə ciddi hazırlıqlar aparıldığını vurğulayıb:

"Bu dəfə hökumət hazırlıq proseslərnə daha geniş resurslara sahib olan ADA Universitetini cəlb edib. Ciddi hazırlıqlar gedir. Bildiyim qədər, bizim uşaqları hazırlaşdırmaq üçün hətta xaricdən, ABŞ, İran və Avropa ölkələrindən mütəxəssislər cəlb edilib. Belə görünür ki hökumətimiz bizim uşaqların bu dəfə medal əldə etməsində iddialıdır. Amma İnformatika Olimpiadasının da tarixi göstərir ki, adətən bu sahədə həqiqi məktəb yaradan, İnformatikaya bütün təhsil mərhələlrində ciddi önəm verən ölkələr üstünlük qazanırlar"

Osman Gündüz bu sahədə müəyyən dönüş yarandığını da qeyd edib:

"Bir müddət bizdə İnformatikaya qarşı ögeylik müşahidə olunsa da son zamanlar bu sahədə müəyyən dönüş yarandığı da müşahidə olunur. Xüsusi hazırlıq məktəbləri təşkil olunub. Bakı Mühəndislik Universiteti də bu sahədə müəyyən işlər görür. Amma DİM və TN-nin birgə həll etməli olduğu “İnformatika yoxsa Kimya” problemi indiyədək də həllini tapmayıb. Ümid edək , bəlkə bu Olimpiada bizə düşərli olacaq və bizdə də İT və Kompüter ixtisası seçənlər Kimyadan deyil, İnformatikadan qəbul imtahanı verəcəklər. Beynəlxalq İnformatika Olimpiadası Milli Gimnastika Arenasında təşkil olunacaq"

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ölkədə informatikanın inkişafını əngəlləyən amillər nələrdir?

08-07-2019

Ekspert: Ölkəmiz nə üçün Beynəlxalq İnformatika Olimpiadasında qızıl medal qazana bilmir?

29-06-2021

Ekspert: Qonşu ölkələr olimpiadaya daha ciddi hazırlaşıblar

15-08-2022

Beynəlxalq İnformatika Olimpiadasının ilk günü

06-08-2019

Hansı prioritetdir İnformatika yoxsa Kimya ?

09-08-2019

Ekspert informatika olimpiadası haqqında açıqlama verdi

06-09-2018

Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq davam edir

29-07-2019

Beynəlxalq İnformatika Olimpiadasının iclası keçirilib

21-02-2019

Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

14-04-2021

Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanda keçiriləcək

03-09-2018

Bakıda keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq görülür

30-09-2015

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022

Ekspert:Məktəblimiz beynəlxalq informatika olimpiadasında gümüş medal qazanıb

26-09-2022

Ekspert: “İT-ni seçən abituriyentin imtahana İnformatika əvəzinə Kimya üzrə hazırlaşması doğru deyil”

09-09-2021

Gəncədən məktəbli qız informatika sahəsi üzrə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu

19-03-2024

Beynəlxalq İnformatika Olimpiadası gələn il Bakıda keçirilə bilər

30-07-2015

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022

Azercell-in dəstəklədiyi milli komandamız ölkəmizə 9 medal qazandırıb

21-02-2025

Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

19-01-2021

İnformatika üzrə olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar keçirilib

18-10-2024

Komandamız Beynəlxalq İnformatika Olimpiadasından yenə əliboş qayıtdı

04-08-2015

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanı keçirilib

14-10-2024

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024

Müəllimlər arasında informatika fənni üzrə seçmə imtahan keçirilib

03-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə