Previous Next
Bağla

Ekspert: “İT-ni seçən abituriyentin imtahana İnformatika əvəzinə Kimya üzrə hazırlaşması doğru deyil”

09-09-2021 17:00
Ekspert: “İT-ni seçən abituriyentin imtahana İnformatika əvəzinə Kimya üzrə hazırlaşması doğru deyil”

“Bu il təxminən 5000 nəfər İT və kompüter ixtisası üzrə ali məktəblərə qəbul olub. Yəni, 5000 şagird son iki ildə informatikanı bir kənara tullayaraq məcburən kimya öyrənib ki, İT ixtisasa qəbul ola bilsin” 

Xeberler.az məlumat verir  ki, bunu  Azərbaycan İnternet Forumunun  Prezidenti Osman Gündüz  qeyd  edib. 

Ekspert  İT və komputer  ixtisasını seçən  abituriyentlərin  Kimya  fənninə  hazırlığından  danışıb: 

“Çünki bizim Qəbul qaydalarına görə İT və kompüter ixtisasını seçənlər İnformatika əvəzinə Kimyadan imtahan vermək məcburiyyətindədir.  Zorən kimyaçılar artıq arzularına çatıblar. Artıq bu gündən sonra 5000 nəfər İT yönümlü tələbəmizə kimya lazım olmayacaq. Necə iki il ərzində İnformatikanı kənara atmışdılar, indi də Kimyanı  birdəfəlik kənara atacaqlar. 

Amma son iki ildə İnformatikanı da öyrənmədiyindən universitetlərdə bu sahə üzrə bilik və bacarıqları mənimsəmək onlar üçün ciddi problemə çevriləcək. Qonşu ölkələrdə şagirdlərə aşağı siniflərdən başlayaraq İnformatika sahəsində əsas anlayışlar, alqoritmlər və kodlaşdırma öyrədilir. Rəqəmsal bacarıqlar aşılanır. İT və kompüter ixtisası seçənlər qabaqcadan bu istiqamətdə təmayülləşir. Ali məktəblərə qəbul üçün bu sahə üzrə bilik və bacarıqlar əsas götürülür. 

Yəni digər ölkələrlə müqayisədə, bizdə İT və kompüter sahəsində ali məktəblərə qəbul olunan tələbələrin start vəziyyətləri “İnformatika, yoxsa kimya” problemi ucbatından kəskin dərəcədə fərqlənir”. 

Osman Gündüz İT-ni seçəcək  abituriyentlər  üçün  Kimya  fənninə  hazırlığın əlavə yük olduğunu  bildirib:

“Biz İT sahəsi üzrə irəli getmək istəyən uşaqları sanki tutub saxlayırıq, onun belinə əlavə Kimya  yükü də yükləyirik, məktəbin və valideynin resurslarını fərqli istiqamətə yönləndiririk ki, uşaq İT üzrə irəli gedə, üstün mövqe qazana bilməsin. Hansı ki, kimya üzrə biliklər bir də heç vaxt ona lazım olmayacaq. 

Nəticədə isə universitetlərdə İT sahəsi üzrə ali təhsilin keyfiyyətində ciddi problemlər yaranır. Universitetlərdə İT sahəsi üzrə təhsilin keyfiyyətində problemlər həm də məhz bu səbəblə bağlıdır”. 

Ekspert, DİM və Təhsil Nazirliyinin bu məsələyə  münasibətindən  danışıb: 

“DİM deyir ki, İnformatikadan imtahan olsa hamı kəsiləcək, odur ki, gərək Təhsil Nazirliyi  məktəblərdə İnfromatikanın tədrisini qaydaya salmalıdır. 

Dərhal qeyd etmək istərdim ki, son illərdə İnformatika sahəsində əldə olunan uğurlar, Təhsil  Nazirliyinin  MİQ sahəsindəki uğurlu addımları DİM-in bu arqumentinin elə də ciddi olmadığını göstərir. DİM-in bu problemin həlli istiqamətindəki səylərini heç bir halda yetərli hesab etmək olmaz. Yalnız bir halda bu məsələ müzakirə mövzusu ola bilər ki, qəbulda mövcud status-kvonun dəyişməsi üçün böyük resurslar gərək olsun , hansı ki hökumət də bu resursları DİM-ə ayırmaqdan imtina etsin. 

Təhsil  Nazirliyi  də deyir ki, DİM gərək İnformatikadan imtahan salsın ki, məktəblərdə, valideynlərdə və uşaqlarda İnformatikaya diqqət daha da artsın. Son zamanlar hiss olundu ki, Təhsil  Nazirliyi  bu istiqamətdə nəsə etmək istəyir. Lakin görünən odur ki, onun da mövcud Qaydaları dəyişdirməyə hələlik gücü çatmayıb”. 

O bildirib ki, bu zaman ölkədə güclü İT təbəqənin formalaşmamasında  maraqlı olan şəxslərin mövcud  ola  bilməsilə  bağlı  şübhə yaranır:

“Ümumiyyətlə, bizim bu istqiamətdəki araşdrımalarımız onu deməyə əsas verir ki, görünür,  bu problemin daha dərin kökləri var. Hətta bəzən belə fikirlər səslənir ki, son illərdə, ölkədə aparılan islahatlar, innovasiyalara diqqət, rəqəmsal transformasiya, dördüncü sənaye inqilabının çağırışlarına cavab verən müəyyən addımların atılmasına baxmayaraq bu problemin həllinə diqqət yetirilməməsində maraqlı olanlar da var. Onda buradan şübhələnmək üçün əsaslar da yaranır ki, kimlərsə maraqlı olub ki, ölkədə güclü İT təbəqə formalaşmasın, bu sahədə bacarığı və marağı olan uşaqlar elə yerindəcə məhv edilsin. 

Fikrimcə isə, problemin uzun illər həll olunmaması hökumətin bu sahəyə yetərincə laqeyd münasibətinin nəticəsidir”. 

Son  olaraq, ekspert  bu  problemin  tez bir zamanda  həll olunması  üçün  öz  müraciətini  bildirib: 

“Artıq DİM-ə və Təhsil Nazirliyinə  bu istiqamətdə müraciət etməkdən yorularaq innovasiya və rəqəmsal sektorun inkişafına cavabdeh olan qurumlara- NRYTN və ASAN-a, İT təhsil verən Universitet rəhbərlərinə, Prezident Administrasiyasının müvafiq bölmələrinə müraciət edirəm ki, indidən bu problemin həlli istiqamətində birgə səylər gücləndirilsin ki, növbəti ildən təhsil qurumları, məktəblər, valideynlər və uşaqlar öz işlərini bilsinlər”.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

19-01-2021

Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

14-04-2021

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022

Hansı prioritetdir İnformatika yoxsa Kimya ?

09-08-2019

Ekspert: Təhsil və innovasiya ekosisteminin indiki vəziyyəti absurddur

14-06-2021

Ekspert: Ölkəmiz nə üçün Beynəlxalq İnformatika Olimpiadasında qızıl medal qazana bilmir?

29-06-2021

İnformatikadan ilk qəbul imtahanına hazırlıq necədir?

12-01-2022

Test imtahanlarına İnformatika da salınsın

16-01-2013

İnformatika fənni niyə qəbul imtahanına salınmır?

17-10-2017

Ekspert beynəlxalq informatika olimpiadasından danışıb

12-06-2019

DİN dərsləri yoxsa innovasiya və informatika?

01-05-2019

Ekspert informatika olimpiadası haqqında açıqlama verdi

06-09-2018

Ölkə üzrə ən çox olimpiadaçı Bakı Ali Neft Məktəbində təhsil alır

08-08-2022

Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

23-04-2021

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019

Ekspert: Təhsil sahəsində İT statistika necədir ?

16-09-2019

İnformatika problemini hansı qurum həll etməlidir?

11-08-2015

Ölkədə informatikanın inkişafını əngəlləyən amillər nələrdir?

08-07-2019

Test üsulu ləğv oluna bilərmi ?

25-08-2017

Ekspert: "3 000 manat maaşı olan proqramçını 3 manata dərs deməyə dəvət edirlər"

30-04-2021

Ekspert:Universitetlər arasında rəqabət getdikcə güclənir

02-09-2022

İmtahan suallarının yayılmasında qanun pozuntusu yoxdur

13-04-2019

Ekspert təhsildə İKT-nin tətbiqindən danışdı

29-11-2018

Ekspert şagirdlərin imtahan nəticələrindən danışdı

24-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə