Previous Next
Bağla

Ekspert: Ölkəmiz nə üçün Beynəlxalq İnformatika Olimpiadasında qızıl medal qazana bilmir?

29-06-2021 16:37
Ekspert: Ölkəmiz nə üçün Beynəlxalq İnformatika Olimpiadasında qızıl medal qazana bilmir?
Xeberler.az olaraq məlumat vermişdik ki, 19-25 iyun 2021-ci il tarixlərində Sinqapurda 33-cü Beynəlxalq İnformatika Olimpiadası keçirilib.
 
90 ölkədən 351 şagirdin qatıldığı müsabiqədə məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal qazanıb.
 
Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi Səid Nəsibov müsabiqənin bürünc medalına layiq görülüb.
 
Bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:
 
"Xatırladıram ki, ötən il bu olimpiadada 3 bürünc medal qazanmışdıq. Dünyanın ən yaxşı 5 elm olimpiadasından biri olan bu olimpiadada 1994-cü ildən ölkəmiz iştirak etsə də indiyədək qızıl medal qaza bilməmişik, cəmi bir gümüş və 9 bürünc medal qazanılıb.
 
Ümumiyyətlə, bu olimpiada kifayət qədər rəqabətlidir. Medallara iİddiaçılar çox olur.
Son zamanlar Təhsil Nazirliyi bu olimpiadaya hazırlığa diqqəti xeyli artırıb, xeyli resurslar cəlb edib.
 
Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi Azercell dövlət şirkətinin dəstəyi ilə həyata keçirilir".
 
Ekspertin sözlərinə görə, qonşu ölkələrlə müqayisədə Beynəlxalq İnformatika Olimpiadasından qazandığımız medallar hələlik xeyli azdır.
 
"Beləliklə, nəticələrin təhlili göstərir ki, ölkəmizdə İnformatikaya ayrılan resurslar və diqqət yetərli deyil.
 
İnformatikanın "evini yıxan" problem isə indiyədək də öz həllini tapa bilməyib.
Məlum olduğu kimi bizdə ali məktəbə daxil olarkən İT və Kompüter ixtisası seçənlər İnformatikadan deyil Kimyadan qəbul imtahanı verirlər. Odur ki bütün məktəblər və valideynlər, İT sahəsini seçən uşaqlar 9-cu sinifdən sonra İnformatikaya deyil Kimya fənninə resurslar ayırırlar".
 
Osman Gündüz qeyd edib ki, əvvəllər "İnformatika yoxsa Kimya" probleminin həm də DİM və Təhsil Nazirliyi arasındakı ziddiyyətlərdən, maraq toqquşmalarından doğan bir problem olduğu bildirilirdi. Lakin görünən odur ki, DİM bu məsələdə aşırı dərəcədə dirəşib.
 
Cəmiyyətin bütün təpkilərinə və son zamanlar MİQ müsabiqələrindən sonra informatika fənninin tədrisində qazanılan uğurlara baxmayaraq, çox sayda yeni İT ixtisaslar yaradılmasına baxmayaraq "İnformatika yoxsa Kimya" probleminin həll olunmaması düşünmək üçün əsaslar verir ki, bu problemin davam etməsində, ölkədə milli İT kadrların formalaşmamasında, İnformatikanın elə yerindəcə boğulmasında maraqlı olan qüvvələr var:
 
"Ümid edirəm hökumət uzun illər davam edən bu problemin vurduğu zərərin fərqindədir və onun həlli üçün ciddi addımlar atacaq".
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert beynəlxalq informatika olimpiadasından danışıb

12-06-2019

Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğurumuz!

18-08-2022

Ölkədə informatikanın inkişafını əngəlləyən amillər nələrdir?

08-07-2019

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

02-08-2025

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırıb

02-03-2022

Ekspert informatika olimpiadası haqqında açıqlama verdi

06-09-2018

Azərbaycan məktəbliləri 32-ci Beynəlxalq İnformatika Olimpiadasında 3 medal qazanıblar

23-09-2020

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024

Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

29-04-2026

Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

14-04-2021

Məktəblilərimiz Avropa İnformatika Olimpiadasında uğur qazanıblar

04-09-2025

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər

23-08-2024

“Azercell”in dəstəyi ilə olimpiadalara hazırlaşan məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

08-09-2023

Azercell-in dəstəyi ilə olimpiadalara hazırlaşan gənclər ölkəmizə daha 3 medal qazandırıb

23-08-2024

Azərbaycan məktəbliləri Avropa Qızlar İnformatika Olimpiadasında medal qazandılar

01-08-2024

İnformatika üzrə növbəti qızıl və bürünc medallar!

10-09-2022

Ekspert: Qonşu ölkələr olimpiadaya daha ciddi hazırlaşıblar

15-08-2022

Azercell-in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırdılar

22-02-2024

Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb

01-03-2025

“Azercell” Beynəlxalq İnformatika olimpiadasında uğur qazanan şagirdlərə hədiyyələr verib

13-02-2021

Məktəblilərimiz beynəlxalq İnformatika Olimpiadasında qələbə qazanıb

26-10-2022

Hansı prioritetdir İnformatika yoxsa Kimya ?

09-08-2019

Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

24-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə