Previous Next
Bağla

Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

14-04-2021 18:07
Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir
İnformatika, yoxsa Kimya ?
 
"Azərbaycanın rəqəmsal dünyasının ən absurd qərarlarından biri: İnformatika müəllimliyi ixtisasını seçənlər İnformatikadan deyil Kimyadan qəbul imtahanı verməlidir".
 
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib:
 
"Son zamanlar rəqəmsal sektorda uzun illər həllini gözləyən problemləri bir daha xatırladıram. Baxıram ki, bizim rəqəmsal problemlərimiz də xeyli “qocalıb”.
 
Uzun illərdir ali məktəblərə qəbulda “İnformatika, yoxsa Kimya” problemi də öz həllini tapa bilmir. Dəfələrlə bu məsələ DİM və Təhsil Nazirliyi qarşısında qaldırılb.
Uzun-uzadı müzakirələr aparılıb.
 
Belə görünür ki, bu il də İKT yönümlü ixtisası seçənlər, İnformatika müəllimliyini seçənlər, Proqramlaşdırma ixtisaslarını seçənlər İnformatika əvəzinə Kimyadan qəbul imtahanı verəcəklər. Deməli, hələ də DİM və Təhsil Nazirliyi bununla bağlı daxili problemlərini həll edə bilməyiblər.
 
Situasiya isə təxminən belədir:
 
DİM deyir ki, texnoloji ixtisaslara İnformatikadan imtahan götürülərsə əksəriyyət kəsiləcək. DİM düşünür ki, bu Təhsil Nazirliyinin problemidir, məktəblərdə İnformatikanın tədrisi yetərli olmadığından, şagirdlərin bilik və bacarıqları da qənaətbəxş deyil".
 
Ekspertin sözlərinə görə, Təhsil Nazirliyi deyir ki, bu DİM-in problemidir, gərək DİM İnformatikanı imtahan olaraq daxil etsin ki, məktəblərdə, valideynlərdə və şagirdlərdə bu fənnə diqqət artırılsın:
 
"Əlbəttə, DİM-in elmi-statistik təhlillərindən görsənir ki, məktəblərdə nəinki informatikanın, elə riyaziyyatın da tədrisində ciddi problemlər var.
 
Amma nəzərə almaq lazımdır ki, MİQ müsabiqələrindən sonra İnformatikanın tədrisi məktəblərdə xeyli yaxşılaşıb.
 
Və beləliklə də, iki dövlət qurumunun ortaq məxrəcə gələ bilməməsi səbəbindən uzun illərdir ki problem həll olunmadan qalır.
 
Bir müddət öncə DİM riyaziyyatdan bəzi imtahan tapşırıqlarının İnformatika fənni üzrə ola biləcəyini açıqlasa da sonradan bunlar da unuduldu.
 
Ötən illərdə hökumət İKT yönümlü ixtisasların təsnifatını xeyli təkmilləşdirib. Yeni İT ixtisaslar, mexatronika və robototexnika, radiotexnika, aerokosmik, elektronika və telekommunikasiya mühəndisliyi və s. bu kimi ixtisaslar var".
 
Son olaraq Osman Gündüz bildirib ki, hökumət DİM və Təhsil Nazirliyini, rəqəmsal inkişafa cavabdeh olan dövlət qurumalrını bir araya gətirərək, normal müzakirələr təşkil etməli və 4-cü Sənaye inqilabının çağırışlarını, rəqəmsal transformasiyanın tələblərini nəzərə alarq İT yönümlü ixtisasların olduğu 1-ci Qrupun imtahanlarında Kimya fənnini İnformatika ilə əvəzləməlidir.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

19-01-2021

Ekspert: “İT-ni seçən abituriyentin imtahana İnformatika əvəzinə Kimya üzrə hazırlaşması doğru deyil”

09-09-2021

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022

Test imtahanlarına İnformatika da salınsın

16-01-2013

Ekspert: Ölkəmiz nə üçün Beynəlxalq İnformatika Olimpiadasında qızıl medal qazana bilmir?

29-06-2021

İnformatika fənni niyə qəbul imtahanına salınmır?

17-10-2017

Hansı prioritetdir İnformatika yoxsa Kimya ?

09-08-2019

İnformatikadan ilk qəbul imtahanına hazırlıq necədir?

12-01-2022

Ekspert: Təhsil və innovasiya ekosisteminin indiki vəziyyəti absurddur

14-06-2021

Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

16-11-2021

Ekspert beynəlxalq informatika olimpiadasından danışıb

12-06-2019

İnformatika üzrə bunker müəllimləri hazırlanır

15-02-2023

Ekspert DİM-i tənqid etdi: "Qurum ciddi işlərə zaman ayırsın"

23-04-2021

Ekspert: Təhsil Nazirliyi rəqəmsallaşdırır, DİM isə kimyalaşdırır

08-10-2021

Ölkədə informatikanın inkişafını əngəlləyən amillər nələrdir?

08-07-2019

İnformatikanın tədrisi nə üçün zəifdir?-Video

14-06-2016

Ekspert: Ermənistan revanş məsələsinə lap aşağılardan başlamaq niyyətindədir

11-11-2020

Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

12-01-2022

Ekspert informatika olimpiadası haqqında açıqlama verdi

06-09-2018

DİN dərsləri yoxsa innovasiya və informatika?

01-05-2019

DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

15-01-2025

DİM: Elektron xidmətlərdən istifadə sayı 11 milyonu ötüb

19-09-2024

İnformatika problemini hansı qurum həll etməlidir?

11-08-2015

DİM-də rəqəmsal SAT imtahanı keçirilir

03-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə