Previous Next
Bağla

Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

12-05-2026 18:02
Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz “2026–2028-ci illər üçün rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı”nda nəzərdə tutulan “Milli GPU əsaslı Superkompüter Mərkəzi”nin yaradılması ilə bağlı paylaşım edib.

Xeberler.az məlumat verir ki, ekspert sənədə əsasən sözügedən mərkəzin 2026-cı ilin sonuna qədər yaradılmasının planlaşdırıldığını bildirib və əsas sualın hansı mövcud infrastrukturun “milli” status alacağı ilə bağlı olduğunu vurğulayıb.

Osman Gündüz qeyd edib ki, hazırda Azərbaycanda iki böyük superkompüter infrastrukturu fəaliyyət göstərir. Bunlardan biri AzInTelecom tərəfindən Lenovo texnologiyası əsasında Yevlaxda qurulan və NVIDIA H200 GPU çipləri üzərində çalışan Superkompüter Mərkəzi, digəri isə İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Caspel tərəfindən DELL texnologiyaları əsasında yaradılmış NVIDIA H200 GPU çipləri ilə təchiz olunan Supercomputer Mərkəzidir.

Ekspertin sözlərinə görə, hər iki layihə dövlət dəstəyi ilə formalaşdırılıb və süni intellekt, yüksəksəviyyəli hesablama və böyükhəcmli məlumatların emalı üçün mühüm imkanlar təqdim edir. Bununla yanaşı, dövlət sənədində “Milli GPU əsaslı Superkompüter Mərkəzi” anlayışının ayrıca qeyd olunması mövcud mərkəzlərdən birinə xüsusi status verilə biləcəyi ehtimalını gündəmə gətirir.

Paylaşımda digər ehtimal kimi hökumətin tamamilə yeni və daha böyük hesablama infrastrukturu qurmağı planlaşdırdığı da qeyd olunub. Osman Gündüz bildirib ki, region ölkələri süni intellekt və hesablama infrastrukturu sahəsinə yüz milyonlarla, hətta milyardlarla dollar investisiya yatırdığı halda, Azərbaycanda bu istiqamətə yönələn investisiya həcmi hələlik təxminən 20–30 milyon manat civarında qiymətləndirilir.

Ekspert vurğulayıb ki, süni intellekt yarışında əsas üstünlüklər artıq yalnız proqram təminatı ilə deyil, GPU infrastrukturu, hesablama gücü, enerji resursları və data mərkəzləri üzərindən formalaşır.

Osman Gündüz həmçinin qeyd edib ki, hazırda fəaliyyət göstərən superkompüter mərkəzlərinin xidmət modelləri, tarifləri, startaplar, universitetlər və tədqiqat qurumları üçün çıxış mexanizmləri barədə ictimaiyyətə ətraflı məlumat təqdim olunmayıb. Halbuki Fəaliyyət Planında innovativ startaplar və elmi təşkilatlar üçün kvotalar əsasında çıxış imkanlarının yaradılması ayrıca göstərilib.

Ekspertin fikrincə, ilin sonuna qədər hansı mərkəzin “Milli” status alacağına və ya yeni infrastrukturun yaradılıb-yaradılmayacağına aydınlıq gələcək. O bildirib ki, artıq söhbət yalnız server və GPU texnologiyalarından deyil, Azərbaycanın gələcək süni intellekt və rəqəmsal iqtisadiyyat arxitekturasından gedir.

Paylaşımda xatırladılıb ki, Prezidentin 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş Fəaliyyət Planına əsasən, Rəqəmsal İnkişaf Şurası tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarəti həyata keçirir, Şuranın Katibliyi funksiyasını isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yerinə yetirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025
Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

15-12-2025
Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

25-05-2026
Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

10-02-2026
 “Sənaye 4.0: imkanlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

“Sənaye 4.0: imkanlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib

29-05-2025
Azərbaycan “X Milli Superkompüter Forumu”na qatılıb

Azərbaycan “X Milli Superkompüter Forumu”na qatılıb

01-12-2021
Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

14-05-2025
Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

Yaşıl enerji təminatlı superkompüter Mərkəzinin qurulmasını hədəfləmək COP29 üçün də böyük töhfə ola bilərdi

23-04-2024
İlk superkompüter Qazaxıstana  gətirilib

İlk superkompüter Qazaxıstana gətirilib

19-05-2025
Çin yeni superkompüter yaradır

Çin yeni superkompüter yaradır

23-01-2016
Plastik kart ölçüsündə superkompüter təqdim edilib

Plastik kart ölçüsündə superkompüter təqdim edilib

12-11-2015
“AI Strategiyasındakı lənglik rəqabət qabiliyyətimizi zəiflədir” - Ekspert

“AI Strategiyasındakı lənglik rəqabət qabiliyyətimizi zəiflədir” - Ekspert

20-11-2025
Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

27-01-2025
Akademik: Süni intellektin hüquqi statusu arzuolunan səviyyədə deyil

Akademik: Süni intellektin hüquqi statusu arzuolunan səviyyədə deyil

11-03-2026
Lenovo və NVIDIA GenAI üçün hibrid həllər təqdim edib

Lenovo və NVIDIA GenAI üçün hibrid həllər təqdim edib

27-10-2023
“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

20-04-2026
Özbəkistan “Nvidia” ilə əməkdaşlığa başlayır

Özbəkistan “Nvidia” ilə əməkdaşlığa başlayır

10-11-2025
Britaniya süni intellekt superkompüterinin hazırlanmasına 1 milyard dollar ayıracaq

Britaniya süni intellekt superkompüterinin hazırlanmasına 1 milyard dollar ayıracaq

09-06-2026
Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

08-05-2026
Ekspert: Süni İntellekt Akademiyasını hansı qurum yaradır?

Ekspert: Süni İntellekt Akademiyasını hansı qurum yaradır?

08-04-2025
Azərbaycanda superkompüter mərkəzi yaradılacaq

Azərbaycanda superkompüter mərkəzi yaradılacaq

05-11-2025
Ermənistan Nvidia ilə 500 milyonluq texnoloji layihəyə start verir - Osman Gündüz

Ermənistan Nvidia ilə 500 milyonluq texnoloji layihəyə start verir - Osman Gündüz

12-06-2025
İlk superkompüter istifadəyə verilib

İlk superkompüter istifadəyə verilib

17-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə