Ekspert:“AutizmDERS” vasitəsilə valideynlər 200 video dərsdən istifadə edə biləcək

01-06-2022 / 23:03

Xəbər verdiyimiz kimi bu gün “AutizmDERS” mobil tətbiqi və www.autizmders.az saytının təqdimatı olub.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz öz “Facebook” səhifəsində paylaşım edib .

“Bu gün “AutizmDERS” mobil tətbiqi və www.autizmders.az saytının təqdimatında iştirak etdim.

Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə hazırlanıb.

Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlara, xüsusilə autizm sindromundan əziyyət çəkənlərə və onların valideynlərinə dəstək məqsədilə hazırlanıb.

“AutizmDERS” vasitəsilə valideynlər uşaq psixoloqu, loqoped, özəl pedaqoq və müalicəvi idman müəllimlərinin iştirakı ilə hazırlanmış 200 video dərsdən istifadə edə biləcək.

Düşünürəm ki, bu innovativ resurslar reabilitasiya mərkəzlərinin yetərincə əlçatan olmadığı bir şəraitdə uşaqlar və valideynlər üçün olduqca faydalıdır.

Sosial Xidmətlər Agentliyinin innovasiyalara üstünlük verməsi təqdirə layiqdir.”


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə