Ekspertdən təklif – Facebook və YouTube bazaları Azərbaycana gətirilsin

14-02-2019 / 10:50

Bu gün sosial şəbəkələrdə təhqirlərin, xoşagəlməz halların qarşısını almaq üçün "Facebook", "YouTube" və digər beynəlxalq sosial şəbəkələrin bazalarının Azərbaycana gətirilməsi zəruridir.

Xeberler.az  bildirir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Yeni Azərbaycan Partiyasının qərargahında qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşdə deyib.

Ekspert qeyd edib ki, sosial şəbəkələrdə söyüş yazanlar fikirləşirlər ki, onların hesabları xaricdədir və istədiklərini yaza, qanunazidd hərəkətlər edə bilərlər:

“Ancaq sosial şəbəkələrin bazaları Azərbaycanda olsa, biz onlarla daha yaxından əməkdaşlıq edə bilərik, sosial şəbəkələrdə söyüş söyənlərə, başqalarını təhqir edənlərə qarşı daha asan mübarizə apara bilərik. Türkiyə də bu metoddan istifadə etdi və bu gün orada bu problem xeyli azalıb”.

O.Gündüz bildirib ki, sosial şəbəkələrin bazalarının Azərbaycana gətirilməsi kommersiya baxımından da ölkəmiz üçün faydalı ola bilər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə