“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015 / 16:00

Bu gün "Elektron Hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən Bakı Slavyan Universitetinin tələbələri üçün “Elektron Hökumət və gənclər” movzusunda seminar təşkil olunub.

Xeberler.az bildirir ki, universitetin konfrans zalında baş tutan seminarda məqsəd gənclərə "Elektron Hökumət", elektron xidmətlər, elektron imza, e-sənəd və digər İKT yenilikləri barədə ətraflı informasiya vermək və tələbələrdə “Elektron Hökumətlə” bağlı praktiki biliklər formalaşdırmaqdır.

“Elektron Hökumət” portalının mütəxəssisləri iştirakçılara “Elektron Hökumət”in infrastrukturu, əsas komponentləri, e-xidmətlər, dövlət reyestrləri və açıq hökumət məlumatları ilə yanaşı "Elektron Hökumət"in yaradılmasını zəruri edən amillərdən, onun hüquqi əsasından bəhs ediblər.

Tədbirdə “Elektron arayışlar”, “Elektron ödənişlər”, “Əks əlaqə”, “Onlayn konsultasiya”, “Fikir bankı” və portalda yaradılmış digər funksionallıqlar və servislər barədə iştirakçılara geniş məlumat verilib. “Elektron Hökumət” portalının bu yaxında istifadəyə verilmiş yeni versiyasının üstünlüklərindən, daha sadə və daha istifadəçiyönümlü olmasından bəhs edilib.

Bununla yanaşı məruzəçilər vətəndaşlar tərəfindən daha çox istifadə olunan "Elektron arayışlar” barədə də tələbələrə geniş məlumat verilib. Qeyd edilib ki, hazırda "Elektron Hökumət” portalı vasitəsilə vətəndaşlara 11 növdə e-arayışlar təqdim edilir. 

Gələcəkdə e-arayışların əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. Sonra isə məruzəçilər portal üzərindən təqdim olunan elektron xidmətlərdən məhz gənclər üçün nəzərdə tutulmuş və daha çox istifadə olunan elektron xidmətləri real rejimdə test edərək nümayiş etdiriblər.

Seminar tələbələrlə sual-cavab və müzakirələrlə davam edib. Seminarda aktiv iştirak edən tələbələrə e-imza sertifikatları, kart oxuyucular və portalda qeydiyyatdan keçmək üçün kod/parollar təqdim olunub.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə