Previous Next
Bağla

Elektron qaimə-faktura verəcək şəxslər məlum oldu

28-01-2019 10:48
Elektron qaimə-faktura verəcək şəxslər məlum oldu

Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.

Xeberler.az bildirir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilir.

Elektron qaimə-fakturaların tətbiqi zamanı vergi inzibatçılığının yüngülləşdirilməsi baxımından bəzi kateqoriya şəxslərin elektron qaimə-faktura verməli olan şəxslərin siyahısından istisna edilməsi zərurəti yaranmışdır.

Vergi ödəyicisinin fəaliyyət xüsusiyyətlərini, əməliyyatların həcmini və dövriyyənin nağdsız formalaşmasını nəzərə alaraq, 2019-cu il yanvarın 1-dən bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsinə, dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsinə və notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsinə görə alıcılara elektron qaimə-faktura təqdim etmək öhdəliyi aradan qalxır.

İqtisadçı ekspert Rəşad Əliyev bildirib ki, elektron qaimə-fakturaların tətbiqi vergi inzibatçılığının sadələşdirilməsinə, vergi nəzarətinin daha səmərəli və əhatəli təşkilinə, vergidən yayınma hallarının azaldılmasına, vergi ödəyiciləri üçün kağız sənədləşmə dövriyyəsinin məhdudlaşdırılmasına xidmət edir: “Gözlənildiyi kimi, bunun müsbət nəticələri göz qabağındadır. Bu ildən qüvvəyə minmiş dəyişikliklərə əsasən, elektron qaimə-fakturaların tətbiq dairəsində müəyyən dəqiqləşdirmələr aparılmışdır. Bir sıra şəxslər tərəfindən elektron qaimə-fakturaların təqdim edilməsi öhdəliyi aradan qaldırılmışdır. Bundan sonra bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi, dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsini həyata keçirən şəxslər elektron qaimə-fakturalar təqdim etməyəcəklər. Bu dəyişikliyin vergiqoyma sahəsində heç bir mənfi təsiri yoxdur. Çünki Məcəllənin 109.8-ci maddəsinə əsasən, xüsusi istisna təşkil edən həmin şəxslər tərəfindən təqdim olunan qəbzlər və digər ciddi hesabat blankları həmin iş və xidmətlərin alınması xərcləri ilə bağlı sənəd kimi tanınacaq. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, yeni dəyişiklik həmin xidmətləri təqdim edən şəxslər üçün ancaq öhdəliyi aradan qaldırır və bu, o demək deyil ki, onlar elektron qaimə-fakturanı təqdim edə bilməzlər”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi?

Bank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi?

07-01-2019
Vergilər Nazirliyi: Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir

Vergilər Nazirliyi: Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir

15-02-2019
Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

02-01-2018
Nazirlik sahibkarlara yenidən xəbərdarlıq edib

Nazirlik sahibkarlara yenidən xəbərdarlıq edib

25-12-2017
Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

11-12-2017
Elektron qaimə-faktura nə zaman təqdim edilməlidir?

Elektron qaimə-faktura nə zaman təqdim edilməlidir?

11-08-2023
Elektron qaiməni necə ləğv etməli?

Elektron qaiməni necə ləğv etməli?

14-09-2017
E-qaimə fakturaların sayı 2 milyonu ötüb

E-qaimə fakturaların sayı 2 milyonu ötüb

23-05-2018
Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023
Naxçıvanda elektron qaimə-fakturalar üzrə dövriyyə 2 dəfədən çox artıb

Naxçıvanda elektron qaimə-fakturalar üzrə dövriyyə 2 dəfədən çox artıb

13-04-2023
Elektron qaimə-fakturaları necə hazırlayaq? –Təlimat

Elektron qaimə-fakturaları necə hazırlayaq? –Təlimat

01-04-2017
Elektron qaimə əldə etmək daha da asanlaşdı

Elektron qaimə əldə etmək daha da asanlaşdı

11-04-2017
 Qaimə-fakturalar elektronlaşdırılır

Qaimə-fakturalar elektronlaşdırılır

30-09-2016
Turizm şirkətlərinin elektron qaimə ilə bağlı problemi həll edilib

Turizm şirkətlərinin elektron qaimə ilə bağlı problemi həll edilib

27-03-2019
İstehsal fəaliyyəti ilə məşğul olan şəxslər hansı halda sadələşdirilmiş vergiödəyicisidir?

İstehsal fəaliyyəti ilə məşğul olan şəxslər hansı halda sadələşdirilmiş vergiödəyicisidir?

02-05-2023
Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

18-01-2019
Elektron ticarət qaydasında alınan mallara görə vergi tutulurmu?

Elektron ticarət qaydasında alınan mallara görə vergi tutulurmu?

21-06-2022
DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

18-10-2024
Sosial şəbəkələrdə reklam xidməti göstərənlərin vergi öhdəliyi varmı?

Sosial şəbəkələrdə reklam xidməti göstərənlərin vergi öhdəliyi varmı?

28-09-2019
E-taxes.gov.az portalına SİMA Token ilə daxil olmaq mümkün olacaq

E-taxes.gov.az portalına SİMA Token ilə daxil olmaq mümkün olacaq

10-09-2023
Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

27-12-2024
Nağdsız hesablaşmalarla bağlı qanun necə həyata keçiriləcək?-Müsahibə

Nağdsız hesablaşmalarla bağlı qanun necə həyata keçiriləcək?-Müsahibə

15-03-2017
Onlayn ticarətlə məşğul olmaq üçün vergi vermək lazımdırmı?

Onlayn ticarətlə məşğul olmaq üçün vergi vermək lazımdırmı?

03-09-2013
Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə