Previous Next
Bağla

E-qaimə fakturaların sayı 2 milyonu ötüb

23-05-2018 12:42
E-qaimə fakturaların sayı 2 milyonu ötüb

Məlum olduğu kimi, vergi qanunvericiliyinin tələblərinə əsasən, 2018-ci il yanvarın 1-dən etibarən bütün vergi ödəyiciləri təqdim edilmiş mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə elektron qaimə-faktura (e-qaimə-faktura) təqdim edirlər.

Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin əməkdaşı Emil Əzizli Xeberler.az-a bildirib ki, 2018-ci ilin may ayına olan məlumata əsasən, cari ilin ötən dövrü ərzində ümumilikdə e-qaimə-fakturaların sayı 2 milyon 651 min 795 ədəd olub.

Onlardan 2 milyon 421 min 745 ədədi Bakı şəhəri, 230 min 50-i isə ərazilərin payına düşür. Təqdim olunan e-qaimə fakturalar üzrə əməliyyatların məbləği 14,1 milyon manat təşkil edib.

Bununla belə, aparılan təhlillər vergi ödəyicilərinin e-qaimə-faktura tətbiqindən hələ də yayınmağa çalışdığını göstərir. Müstəqil ekspertlər də bu halları təsdiq edirlər.

 Ödəyicilər dürüst uçot sistemi qurmaq istəmirlər

Auditorlar Palatasının üzvü, sərbəst auditor Altay Cəfərov hesab edir ki, e-qaimələrin tətbiqi zamanı rast gəlinən əsas məsələ vergi ödəyicilərinin dürüst uçotunun olmaması və düzgün mühasibatlıq qurmaq istəməmələri ilə bağlıdır. Ödəyicilərin bir-birinə mallar və xidmətlərə görə e-qaimə-faktura tələb etməmələri müəyyən nöqsanlar ortaya çıxarır. Ödəyici nə özü sənədi təqdim edir, nə də ondan mal alan şəxslərə e-qaimə-faktura təqdim etməsinə imkan verir. Hər iki tərəf dövriyyələrini gizlətmək üçün bu üsula əl atırlar. Çünki e-qaimə-faktura sayəsində vergi ödəyicisinin bütün fəaliyyəti, gün, ay, il ərzində apardığı əməliyyatlar öz əksini tapır. Həmin vergi ödəyiciləri qeyd olunan sənədin təqdim edilmədiyi halda, bunun vergi uçotuna sonrakı mənfi təsirini ya dərk etmir, yaxud dərk etmək istəmirlər.

E-qaimə-faktura təkcə vergi sahəsi ilə məhdudlaşmır: hazırda maliyyə, bank, sığorta və digər fəaliyyət sahələrinin elektron mühasibatlıq sistemləri yeni əsaslar üzərində qurulur, ödəniş sistemlərində dəyişikliklər baş verir, digər sahələrdə hesablaşmaların strukturu təkmilləşdirilir. Bütün bu amillər e-qaimənin tətbiqini labüd edir.

A.Cəfərovun dediyinə görə, hazırda bəzi ödəyicilərin mühasibləri olmadığı üçün onlar vergi bəyannamələrinin tərtib edilməsində özəl vergi məsləhətçilərinin xidmətində yararlanırlar. Mühasibatlıq üçün əlavə xərc lazım gəldiyindən, bir çox vergi ödəyicisi ondan imtina edir və bu, nəticədə onların vergidən yayınmasına səbəb olur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin mütləq öz mühasibatlığı olmalıdır.

Bəs e-qaimə-fakturanın təqdim olunmaması təsərrüfat subyektlərində hansı problemlərə gətirib çıxarır? Ekspert qeyd edir ki, bu, vergidən yayınma hallarının artmasına və vergi ödəyiciləri arasında əməliyyatlar zamanı mübahisələrin yaranmasına səbəb olur. Bu baxımdan, e-qaimə-faktura ilə bağlı yaranan mənfi halların aradan qaldırılması üçün bəzi prosedurların asanlaşdırılmasına, ən əsası isə bazar sektorunda malların alışı ilə bağlı sadələşdirilmiş qaydaların tətbiq edilməsinə ehtiyac var. Vergi ödəyicilərinin daha geniş formada maarifləndirilməsi də zəruridir. Bu məsələdə vergi orqanları ilə yanaşı, maliyyə, audit, biznes qurumları, ictimai təşkilatlar birlikdə təşviqat xarakterli tədbirləri artırmalıdırlar.

Uçotun aparılmaması vergidən yayınmaya gətirib çıxarır

İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti, vergi məsələləri üzrə ekspert Radil Fətullayevin sözlərinə görə, ölkə ərazisində sənədsiz malların satılması qanuna ziddir: “Aydındır ki, hər bir mal ya ölkə ərazisində istehsal olunur, ya da xaricdən idxal edilir. Hər iki halda onlar qanuna müvafiq qaydada sənədləşdirilməlidir. Əgər satılan malın sənədi yoxdursa, deməli, o, ölkəyə ya qaçaqmal kimi gətirilib, ya da qanunsuz istehsala aiddir. Gəlir və xərclərin, həmçinin vergitutma obyektlərinin uçotunun aparılmaması vergidən yayınmaya gətirib çıxarır”.

Hər bir vergi ödəyicisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura verməyə borcludur. E-qaimə-faktura sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla, gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısını almağa xidmət edir.

Elektron qaimə-fakturanın tətbiq edilməməsi maliyyə sanksiyalarına səbəb olur

Mövcud qanunvericilik elektron qaimə-fakturaların tətbiq edilməməsinə görə maliyyə sanksiyaları nəzərdə tutur. Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura sənədindən ən azı biri olmadıqda:

· alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10% -i;

· ikinci dəfə yol verdikdə 20%-i;

· üç və daha çox dəfə yol verdikdə 40 %-i həcmində maliyyə sanksiyası tətbiq edilir.

Maliyyə sanksiyası elektron qaimə-faktura təqdim etməli olan yox, təhvil almalı vergi ödəyicisinə tətbiq edilir. Zünki qeyd edilən 3 sənəddən (malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ən azı biri olmadıqda, maliyyə sanksiyası artıq həmin malların dəyərinə tətbiq olunur.

Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən təqdim edilən mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturanın və elektron vergi hesab-fakturasının təqdim olunmamasına görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə münasibətdə maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulmayıb.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron qaimə-faktura nə zaman təqdim edilməlidir?

11-08-2023

Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

11-12-2017

Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

02-01-2018

Nazirlik sahibkarlara yenidən xəbərdarlıq edib

25-12-2017

Vergilər Nazirliyi: Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir

15-02-2019

Bank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi?

07-01-2019

Elektron qaimə-faktura verəcək şəxslər məlum oldu

28-01-2019

Elektron qaiməni necə ləğv etməli?

14-09-2017

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

Qaimə-fakturalar elektronlaşdırılır

30-09-2016

Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

18-01-2019

Naxçıvanda elektron qaimə-fakturalar üzrə dövriyyə 2 dəfədən çox artıb

13-04-2023

Elektron qaimə-fakturaları necə hazırlayaq? –Təlimat

01-04-2017

Nağdsız hesablaşmalarla bağlı qanun necə həyata keçiriləcək?-Müsahibə

15-03-2017

DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

18-10-2024

Turizm şirkətlərinin elektron qaimə ilə bağlı problemi həll edilib

27-03-2019

Elektron qaimə əldə etmək daha da asanlaşdı

11-04-2017

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023

İstehsal fəaliyyəti ilə məşğul olan şəxslər hansı halda sadələşdirilmiş vergiödəyicisidir?

02-05-2023

Nazirlikdə Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı toplantı keçirilib

01-02-2017

Onlayn ticarətlə məşğul olmaq üçün vergi vermək lazımdırmı?

03-09-2013

İlham Əliyev vergi amnistisiyası haqqında qanunu təsdiq edib

13-01-2017

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

27-12-2024

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə