Previous Next
Bağla

Qaimə-fakturalar elektronlaşdırılır

30-09-2016 11:54
 Qaimə-fakturalar elektronlaşdırılır

Prezident İlham Əliyevin imzaladığı 4 avqust 2016-cı il tarixli «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə» sərəncamında nəzərdə tutulan mühüm məsələlərdən biri də elektron qaimə-faktura sisteminin tətbiqidir.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva Xeberler.az -a bildirib ki, elektron qaimə-fakturaların tətbiqinə dair qanunvericiliyə dəyişikliklərlə bağlı layihə üzərində işlər artıq yekunlaşıb:

" Layihəyə əsasən, Vergi Məcəlləsində sahibkarlar arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə, yəni onların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunmasına dair öhdəliklər müəyyənləşəcək. E-qaimə vasitəsilə, ƏDV-də olduğu kimi, digər vergi növləri üzrə də malların satışının təşkili tam şəkildə elektron qaydada nizamlanacaq, proses vergi orqanları tərəfindən izlənəcək. Elektron qaimə-fakturanın tətbiqinin digər üstünlüyü isə mətbəə xərclərinin və vaxt itkisinin azaldılmasıdır. Yeni layihənin tətbiqi nəticəsində heç bir mətbəəyə müraciət etmədən, əlavə vaxt itkisinə yol vermədən birbaşa internet vasitəsilə real vaxt rejimində elektron qaimə-fakturanı hazırlayıb malın (işin, xidmətin) alıcısına təqdim etmək mümkündür".

S.Musayeva bildirib ki, nazirlik ilk dəfə e-fakturanın tətbiqinə 2013-cü ildə ƏDV ödəyiciləri üçün başlayıb və nəticə uğurlu olub. Xüsusilə də vergi ödəmələrində mühüm dəyişikliklər baş verib, fakturanın tətbiq olunduğu il dövlət büdcəsinə ƏDV üzrə vergi  daxilolmalarının həcmi əvvəlki illə nisbətdə 70% artıb.

S.Musayevanın sözlərinə görə, bəzi sahibkarlar apardıqları əməliyyatın özünü gizlətmək istəyirlər, bunun qarşısının alınmasında ən yaxşı metodlardan biri e-qaimənin tətbiqidir:

"Beynəlxalq təcrübə göstərir ki, qaimə-fakturaların kağız formasında tətbiqi mal, iş və xidmətlər üzrə nəzarətin lazımi səviyyədə təşkil olunmamasına və nəticədə vergidən yayınma hallarına şərait yaradır. Elektron qaimə-faktura sistemi təkcə vergi sahəsi ilə məhdudlaşmır, hazırda maliyyə və bank sektorunun elektron mühasibat sistemləri yeni əsaslar üzərində qurulur, ödəniş sistemlərində dəyişikliklər baş verir, digər sahələrdə hesablaşmaların strukturu təkmilləşdirilir və bütün bu amillər elektron qaimə-fakturanın hüquqi çərçivəsində də dəyişiklikləri labüd edir. Məhz bu baxımdan, elektron qaimə-faktura inzibatçılıq xərclərinin aşağı salınmasında, məlumat mübadiləsinin çevikliyinin artırılmasında və aparılan əməliyyatlarda şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır".

Qurum rəsmisi deyib ki, Azərbaycan e-fakturanın tətbiqi ilə bağlı mexanizmin hazırlanmasında Avropa İttifaqının müvafiq direktivlərinə və təcrübəsinə də böyük əhəmiyyət verib. Vergi orqanı əməkdaşları indiyədək Avropa Komissiyasının dəstəyi ilə TAIEX  Texniki Yardım Proqramı çərçivəsində elektron-qaimənin tətbiqi ilə bağlı təlimlərdə iştirak edib, xarici ölkələrin təcrübəsini mənimsəyib.:

"Vergilər Nazirliyində işçi səfərdə olan TAIEX-in ekspertləri Avropa İttifaqına üzv ölkələrdə e-qaimənin tətbiqinin hüquqi və inzibati mexanizmləri, müxtəlif biznes strukturlarının ondan istifadə təcrübəsinə dair qanunvericilik, vergidən yayınmanın qarşısının alınmasında e-qaimənin rolu və digər maraq doğuran məsələlərlə bağlı təlim keçiblər. Azərbaycanın vergi orqanı əməkdaşlarının qazandığı təcrübə xarici ekspertlər tərəfindən məmnunluqla qarşılanıb. Məsələn, Fransanın vergi administrasiyasının  e-qaimə üzrə tanınmış mütəxəssisi Lusien Gimenez azərbaycanlı mütəxəssislərin bu sistemi tətbiq etməyə tam hazır olduqlarını bildirib. Mütəxəssisin fikrincə, Azərbaycanın vergi administrasiyası e-qaimə vasitəsilə biznes sektorunda və kommersiya müəssisələrində vergidən yayınma hallarının qarşısını ala biləcək".

Bəs e-qaiməni tətbiq etməyən sahibkarları nə gözləyir?

S.Musayeva bildirib ki, müəyyən edilmiş öhdəliklərə riayət olunmadığına görə tətbiq edilən cərimə və sanksiyalar öz qüvvəsində qalır və layihədə e-qaimənin tətbiqindən yayınan sahibkarlar üçün cəza mexanizmi nəzərdə tutulub.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

02-01-2018

Vergilər Nazirliyi: Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir

15-02-2019

Nazirlik sahibkarlara yenidən xəbərdarlıq edib

25-12-2017

Elektron qaiməni necə ləğv etməli?

14-09-2017

Bank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi?

07-01-2019

Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

11-12-2017

E-qaimə fakturaların sayı 2 milyonu ötüb

23-05-2018

Elektron qaimə-faktura verəcək şəxslər məlum oldu

28-01-2019

Elektron qaimə-faktura nə zaman təqdim edilməlidir?

11-08-2023

Naxçıvanda elektron qaimə-fakturalar üzrə dövriyyə 2 dəfədən çox artıb

13-04-2023

Turizm şirkətlərinin elektron qaimə ilə bağlı problemi həll edilib

27-03-2019

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

18-10-2024

Elektron qaimə-fakturaları necə hazırlayaq? –Təlimat

01-04-2017

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015

Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

18-01-2019

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009

Vergi sahəsində aparılan islahatlarla bağlı görüş keçirilib

05-09-2016

Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

06-09-2018

Nazirlikdə Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı toplantı keçirilib

01-02-2017

Elektron qaimə əldə etmək daha da asanlaşdı

11-04-2017

DGK sədri: "Vergi sistemində rəqəmsallaşma büdcə ödənişlərindən yayınmanı azaldıb"

13-02-2025

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011

Vergi sistemi beynəlxalq standartlara uyğunlaşdırılır

25-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə