Previous Next
Bağla

Turizm şirkətlərinin elektron qaimə ilə bağlı problemi həll edilib

27-03-2019 16:30
Turizm şirkətlərinin elektron qaimə ilə bağlı problemi həll edilib

Bu gün Dövlət Turizm Agentliyinin və Vergilər Nazirliyinin təşkilatçılığı ilə turizm sənayesinin iştirakçıları üçün vergi qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı “Vergi Məcəlləsinə 2019-cu ildə edilən əlavə və dəyişikliklər: yeni qaydaları (elektron qaimə) turizm sənayesində necə tətbiq etməli?” mövzusunda məlumatlandırıcı xarakterli tədbir keçirilib. 

Xeberler.az  bildirir ki, tədbirdə e-qaimənin turizm sektorunda tətbiqi ilə bağlı mövzuya xüsusi diqqət ayrılıb.

Vergilər Məcəlləsi ilə bağlı yeni qaydalar izah edilməklə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin nümayəndəsi hotellərin, səyahət agentliklərinin və tur operatorların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualları cavablandırıb, rəy və təklifləri dinlənilib.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov bildirib ki, Agentlik hər zaman turizm sahəsində fəaliyyət göstərən şirkətlərin və digər sənaye üzvlərinin daha çox təşkilatlanmasını dəstəkləyir. Bu baxımdan ötən il yaradılmış Azərbaycan Hotel Assosiasiyasını və yaxın günlərdə yaradılcaq Azərbaycan Bələdçilər Asossiasiyasını nümunə göstərmək olar.

Onun sözlərinə görə, dövlət qurumu olaraq Dövlət Turizm Agentliyi ictimai təşkilatların fəaliyyətinə birbaşa müdaxilə etməsə də, hər bir qurumun formalaşması və işinin düzgün təşkilinə dəstək göstərməyə hazırdır.

“Bu sahədə əsas məqam həmin qurumların təmsil etdikləri tərəflərin problemlərini və təkliflərini Agentliyə çatdırması və bu məsələlərin həlli ilə bağlı birgə əməkdaşlığın qurulmasıdır”, - deyə Kənan Qasımov vurğulayıb.

Xatırladaq ki, Vergi Məcəlləsində son dəyişikliklərdən sonra e-qaimənin turizm şirkətləri tərəfindən təqdim edilməsi ilə bağlı problemler yaranmışdı. Belə ki, dəyişikliklərdən sonra səyahət agentlikləri və tur operatorlar müştərilərinə vasitəçi qismində iştirak etdikləri xidmətlərlə bağlı e-qaimə verə bilmirdi. Bununla əlaqədar Dövlət Turizm Agentliyi ilə Vergilər Nazirliyi arasında problemin həlli istiqamətində aparılan müzakirələrin nəticəsində məsələ müsbət həllini tapıb.

Belə ki, artıq turizm agentliyi biletlərin və xidmətlərin satışını birbaşa deyil, agent qaydasında vasitəçi olaraq həyata keçirdiyi təqdirdə bu barədə hüquqi şəxslərə və dövlət orqanlarına təqdim etdiyi elektron qaimə-fakturanın “Əlavə qeyd” sətrində müvafiq qeyd apararaq elektron qaimə verə bilərlər. Bundan başqa, verilmiş elektron qaimə-faktura agentin vergi tutulan dövriyyəsi hesab edilmir və agent xidmətlərin həyata keçirilməsinə görə ona çatası haqdan vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

11-12-2017

Bank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi?

07-01-2019

Elektron qaiməni necə ləğv etməli?

14-09-2017

Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

02-01-2018

Nazirlik sahibkarlara yenidən xəbərdarlıq edib

25-12-2017

Azərbaycanda Turizm Reyestri istifadəyə verilib

05-05-2023

Vergilər Nazirliyi: Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir

15-02-2019

Qaimə-fakturalar elektronlaşdırılır

30-09-2016

Elektron qaimə-faktura nə zaman təqdim edilməlidir?

11-08-2023

Elektron qaimə-faktura verəcək şəxslər məlum oldu

28-01-2019

Naxçıvanda elektron qaimə-fakturalar üzrə dövriyyə 2 dəfədən çox artıb

13-04-2023

Turizm sənayesi sosial şəbəkələrdə xidmət satanlardan narazıdır

24-03-2025

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

Nəqliyyat və turizm sektorları arasında görüş keçirilib

15-04-2024

Turizm informasiya mərkəzlərinin sayı 15-ə çatıb

20-04-2015

Turistlər elektron vizanı necə əldə edə bilər?

26-08-2015

Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

18-01-2019

Daha bir e-xidmətin inzibati reqlamentində dəyişiklik edilib

18-08-2015

E-viza almaq üçün qaydalar təsdiqləndi

03-09-2015

E-qaimə fakturaların sayı 2 milyonu ötüb

23-05-2018

Nazirlikdə Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı toplantı keçirilib

01-02-2017

Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

06-09-2018

Elektron vizaların verilməsində dəyişiklik edildi

16-12-2012

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə