Elektron qaimə-fakturaları necə hazırlayaq? –Təlimat

01-04-2017 / 15:15

Bu gündən  etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir.

Xeberler.az Nazirliyə istinadən məlumat  verir ki, elektron qaimə-fakturaları (e-Qaimə-faktura) vergi ödəyiciləri iki üsulla hazırlaya biləcəklər:

- “Onlayn rejimdə” - vergi ödəyicisi, Asan İmza-dan istifadə etməklə İnternet Vergi İdarəsinin ( https://www.e-taxes.gov.az )“Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olur və “onlayn” rejimdə elektron qaimə-fakturasını tərtib edərək, digər vergi ödəyicisinə təqdim edir.

- “Oflayn rejimdə” - vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatını (“Elektron Faktura Tərtibatı Proqramını” – eFP versiya 1.1.3 ( https://www.e-taxes.gov.az/dispatcher… ) və digər zəruri proqramları “İnternet Vergi İdarəsi”ndən ( https://www.e-taxes.gov.az ) öz kompüterinə yükləyir, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internet istifadə etmədən hazırlayır və paketləyir.

Sonra paket faylını “Asan Doc” proqramı vasitəsilə imzalayır. Sonda Asan İmza-dan istifadə etməklə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olur və imzalanmış “adoc” faylını müvafiq menyunu seçməklə sistemə yükləyir. Yükləmə zamanı sistem tərəfindən fakturalara avtomatik olaraq unikal seriya və nömrələr verilir və qarşı tərəfin elektron qutusuna göndərilir. Bundan sonra bütün digər əməliyyatlar “onlayn” rejimdə aparılır.

Bu rejim əsasən iri vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və çox sayda elektron qaimə-fakturaları təqdim edən vergi ödəyiciləri tərəfindən istifadə edilməsi tövsiyə olunur.

İstifadəçi təlimatı burada.

Lazımlı proqramlar barədə ətraflı məlumat burada.

 

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə