Previous Next
Bağla

Vergilər Nazirliyi: Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir

15-02-2019 12:09
Vergilər Nazirliyi: Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir

Topdansatış fəaliyyətləri ilə məşğul olan sahibkarların elektron qaimə-faktura tətbiq olunmadan malları təqdim etməsi ciddi qanun pozuntusu sayılır.

Xeberler.az  bildirir ki, bu barədə Vergilər Nazirliyinin iqtisadi təhlil və ekspertiza departamentinin mikroiqtisadi təhlil idarəsinin direktoru Elşən Hüseynov deyib.

Topdansatış və pərakəndə satış fəaliyyətləri ilə məşğul olan ticarət şəbəkələrində elektron qaimə-fakturaların tətbiqinin müvəqqəti olaraq dayandırılması barədə bəzi elektron media orqanlarında yayılan məlumatların düzgün olmadığını söyləyən E.Hüseynov qeyd edib ki, qanunvericiliyin bu tələbi öz qüvvəsində qalır və malların satışı zamanı sənədləşmənin dayandırılması heç bir halda mümkün deyil:

“Nazirlik, həmçinin sahibkarların diqqətinə çatdırır ki, malları qəbul edən fərdi sahibkarların və hüquqi şəxslərin elektron qaimə-faktura tələb etmədən malların qəbulunu həyata keçirməsi qanunla məsuliyyətə səbəb olur”.

O deyib ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə görə, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir. Elektron qaimə-fakturaların tətbiqi vergi inzibatçılığının sadələşdirilməsinə, vergi nəzarətinin daha səmərəli və əhatəli təşkilinə, vergidən yayınma hallarının azaldılmasına, vergiödəyiciləri üçün kağız sənədləşmə dövriyyəsinin məhdudlaşdırılmasına xidmət edir:

“Bu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklərə əsasən, elektron qaimə-fakturaların tətbiq dairəsində müəyyən dəqiqləşdirmələr aparılıb. Dəyişikliyə görə, malların elektron qaimə və ya elektron vergi hesab-fakturası verilmədən satılmasına görə malsatan şəxslərə də sanksiya tətbiq ediləcək. Birinci dəfə belə hallara yol verildikdə maliyyə sanksiyalarının məbləği 10 faiz, ikinci dəfə 20 faiz, üç və daha çox yol verildikdə isə 40 faiz məbləğində olacaq”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron qaimə-faktura verəcək şəxslər məlum oldu

28-01-2019

Elektron qaimə-faktura nə zaman təqdim edilməlidir?

11-08-2023

Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

02-01-2018

Nazirlik sahibkarlara yenidən xəbərdarlıq edib

25-12-2017

Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

11-12-2017

Bank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi?

07-01-2019

E-qaimə fakturaların sayı 2 milyonu ötüb

23-05-2018

Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

18-01-2019

Elektron qaiməni necə ləğv etməli?

14-09-2017

Naxçıvanda elektron qaimə-fakturalar üzrə dövriyyə 2 dəfədən çox artıb

13-04-2023

Qaimə-fakturalar elektronlaşdırılır

30-09-2016

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

Elektron qaimə-fakturaları necə hazırlayaq? –Təlimat

01-04-2017

Turizm şirkətlərinin elektron qaimə ilə bağlı problemi həll edilib

27-03-2019

DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

18-10-2024

Elektron qaimə əldə etmək daha da asanlaşdı

11-04-2017

ADY ilk dəfə elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yük göndərib

07-01-2025

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023

Nağdsız hesablaşmalarla bağlı qanun necə həyata keçiriləcək?-Müsahibə

15-03-2017

Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

06-09-2018

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009

Azərbaycanda elektron ticarətdə əlavə dəyər vergisi

02-12-2008

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015

Onlayn ticarətlə məşğul olmaq üçün vergi vermək lazımdırmı?

03-09-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə