Previous Next
Bağla

Nazirlik sahibkarlara yenidən xəbərdarlıq edib

25-12-2017 11:24
Nazirlik sahibkarlara yenidən xəbərdarlıq edib

2018-ci il 1 yanvar tarixindən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.

Xeberler.az bildirir ki, bu barədə Vergilər Nazirliyi yenidən xəbərdarlıq edib.

Qeyd edilib ki, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

 Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmamış şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.

Cari ilin aprel ayının 1-dən indiyədək 7841 əlavə dəyər vergisi ödəyicisi tərəfindən 4.479.153 elektron qaimə-faktura təqdim olunub. Bu əməliyyatların ümumi dəyəri 23520,7 milyon manatdan artıqdır.

Gələn ilin əvvəlindən etibarən, elektron qaimənin bütün vergi ödəyiciləri üzrə tətbiqindən sonra, əlavə dəyər vergisində olduğu kimi, digər vergi növləri üzrə də malların satış dövriyyəsi tam şəkildə elektron qaydada nizamlanacaq və prosesə vergi orqanları tərəfindən nəzarət ediləcək.

Elektron qaimə-fakturaları vergi ödəyiciləri iki üsulla hazırlaya bilirlər:

“Onlayn rejimdə” - vergi ödəyicisi, İnternet Vergi İdarəsinin “e-Qaimə” altbölməsinə daxil olur və “onlayn” rejimdə elektron qaimə-fakturasını tərtib edərək, digər vergi ödəyicisinə təqdim edir. “Oflayn rejimdə” - vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatını və digər zəruri proqramları “İnternet Vergi İdarəsi”ndən öz kompüterinə yükləyir, qaimə-fakturaları bu proqram vasitəsilə internet istifadə etmədən hazırlayır və həmin faylı proqram vasitəsilə imzalayaraq sistemə yükləyir. Qeyd edək ki, bu barədə İnternet vergi idarərsində yerləşdirilmiş “Elektron qaimə-fakturanın istifadəçi təlimatı”nda da ətraflı məlumat verilib.

Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

02-01-2018

Elektron qaimə-faktura nə zaman təqdim edilməlidir?

11-08-2023

Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

11-12-2017

Vergilər Nazirliyi: Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir

15-02-2019

Elektron qaimə-fakturaları necə hazırlayaq? –Təlimat

01-04-2017

Elektron qaimə-faktura verəcək şəxslər məlum oldu

28-01-2019

Bank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi?

07-01-2019

Elektron qaiməni necə ləğv etməli?

14-09-2017

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

E-qaimə fakturaların sayı 2 milyonu ötüb

23-05-2018

Naxçıvanda elektron qaimə-fakturalar üzrə dövriyyə 2 dəfədən çox artıb

13-04-2023

Elektron qaimə əldə etmək daha da asanlaşdı

11-04-2017

Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

18-01-2019

Qaimə-fakturalar elektronlaşdırılır

30-09-2016

Turizm şirkətlərinin elektron qaimə ilə bağlı problemi həll edilib

27-03-2019

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023

Nağdsız hesablaşmalarla bağlı qanun necə həyata keçiriləcək?-Müsahibə

15-03-2017

İstehsal fəaliyyəti ilə məşğul olan şəxslər hansı halda sadələşdirilmiş vergiödəyicisidir?

02-05-2023

DVX rəisi IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib

18-10-2024

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

27-12-2024

Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək

06-09-2018

Nazirliyə elektron müraciətlərin sayı artıb

07-02-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə