Previous Next
Bağla

Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

18-01-2019 10:29
Vergilər Nazirliyində istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

Görüşdə 2019-cu ilin yanvar ayının 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklər, vergi uçotunun şəffaflaşdırılması, “kölgə iqtisadiyyatı”nın minumuma endirilməsi, əmək münasibətlərinin leqallaşmasına dair qanunvericiliyin tələbləri ilə bağlı vergi ödəyicilərini məlumatlandırılıb və bu məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xeberler.az  bildirir ki, tədbirdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov Nazirlər Kabinetinin son iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vergi sistemində aparılan islahatlar, şəffaflığın təmin olunması və “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasına dair fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Nazir müavini vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə bağlı vergi uçotunun və sənədləşmə işlərinin düzgün aparılmasının və elektron qaimə-fakturalardan istifadə edilməsinin zəruri olduğunu vurğulayaraq vergi ödəyicilərinin nəzərinə çatdırıb ki, hər bir müəssisədə qanunvericiliyin tələblərinə tam əməl olunmalıdır, əks halda bu həmin müəssisələrin qanunda nəzərdə tutulmuş ciddi maliyyə sanksiyaları ilə üzləşməsi ilə nəticələnə bilər. Vergilər Nazirliyinin apardığı təhlilər nəticəsində məlum olub ki, mebel, alkoqolsuz içkiilər, rezin və plastik məmulatlar istehsalı sahələrində e-qaimə-fakturaların tətbiqi səviyyəsi 70-90 faiz səviyyəsində təmin olunursa, ev quşlarının yetişdirilməsi sahəsində bu göstərici 40 faiz, un istehsalı sahəsində 20 faiz, spirtli içkilər və qida sənayesi istehsalı sahələrində 10 faiz, bəzi sahələrdə isə hətta 5 faizdən aşağıdır.

Vergi ödəyicilərinn nəzərinə çatdırılıb ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Digər mühüm bir tələb işçilərlə əmək münasibətlərinin leqallaşdırılması ilə bağlıdır. Qeyd edilib ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunla qadağandır və sahibkarlar işçilərlə əmək müqaviləsi bağlamalı, təqdim etdikləri hesabatlarda real əmək haqlarını düzgün göstərməlidirlər. Belə hallara yol verilməsi gəlirlərin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənlərə maliyyə sanksiyaları tətbiq edilə bilər. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Diqqətə çatdırılıb ki, qanunvericiliyə əsasən, yeni maliyyə sanksiyaları qüvvəyə mindiyi gündən 1 il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmur və yalnız rəsmi (yazılı) xəbərdarlıq edilir. Xəbərdarlıq edildikdən sonra vergi ödəyicisi tərəfindən təkrarən belə hala yol verildiyi aşkarlanarsa, ona maliyyə sanksiyası tətbiq edilir.

Büdcə gəlirlərinin formalaşmasında hər bir vergi ödəyicisinin rolunun olduğunu bildirən nazir müavini qeyd edib ki, şəffaf fəaliyyət göstərən və vergi orqanları ilə partnyorluq edən, gəlir və xərclərinin uçotununu düzgün şəkildə və vaxtlı vaxtında aparan, qanunvericiliyin tələblərinə tam əməl edən vergi ödəyicilərinin fəaliyyətinin təhlili göstərir ki, şəffaflıq daha əlverişli biznes mühitinin formalaşdırılmasının, həm vergi ödəyicilərinin, həm də vergi orqanlarının fəaliyyətinin daha səmərəli olmasının əsas şərtlərindən biridir.

Vergilər Naziriyinin İqtisadi təhlil və ekspertiza Deprtamentinin baş direktoru Natiq Şirinov mal dövriyyəsinin sənədləşdirilməsi, vergi uçotunun aparılması, müəssisələrin maliyyə göstəriciləri və təqdim edilən bəyannamələrdə rast gəlinən risk faktorları barədə çıxış edib. Sonra tədbirdə iştirak edən vergi ödəyicilərinin vergi qanunvericiliyində aparılmış dəyişikliklərlə bağlı çoxsaylı sualları cavablandırılıb. Görüşdə Bakı şəhərində və regionlarda istehsal sahəsində fəaliyyət göstərən 200-dən artıq vergi ödəyicisi və Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron qaimə-faktura nə zaman təqdim edilməlidir?

Elektron qaimə-faktura nə zaman təqdim edilməlidir?

11-08-2023
Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

11-12-2017
Nazirlik sahibkarlara yenidən xəbərdarlıq edib

Nazirlik sahibkarlara yenidən xəbərdarlıq edib

25-12-2017
Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

02-01-2018
Vergilər Nazirliyi: Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir

Vergilər Nazirliyi: Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir

15-02-2019
E-qaimə fakturaların sayı 2 milyonu ötüb

E-qaimə fakturaların sayı 2 milyonu ötüb

23-05-2018
 İlham Əliyev vergi amnistisiyası haqqında qanunu təsdiq edib

İlham Əliyev vergi amnistisiyası haqqında qanunu təsdiq edib

13-01-2017
Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023
Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq edib

Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq edib

28-10-2024
Vergi borcları barədə məlumatları elektron formada ala bilərsiniz

Vergi borcları barədə məlumatları elektron formada ala bilərsiniz

26-12-2016
Hansı obyektlərdə POS-terminalların quraşdırılması məcburidir?

Hansı obyektlərdə POS-terminalların quraşdırılması məcburidir?

21-06-2023
Nağdsız hesablaşmalarla bağlı qanun necə həyata keçiriləcək?-Müsahibə

Nağdsız hesablaşmalarla bağlı qanun necə həyata keçiriləcək?-Müsahibə

15-03-2017
Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

Azərbaycanda vergi ödəyiciləri fəaliyyətini İnternetlə dayandıracaqlar

07-01-2011
"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

"Mobil tətbiqlər üzərindən göstərilən verg xidmətlərinin sayı artırılacaq"

19-02-2025
Bank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi?

Bank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi?

07-01-2019
Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

Vergi inzibatçılığı təkmilləşdirilir-Sərəncam

05-08-2016
Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

Azərbaycanda elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılacaq

03-09-2009
Elektron qaimə-faktura verəcək şəxslər məlum oldu

Elektron qaimə-faktura verəcək şəxslər məlum oldu

28-01-2019
Nazirliyə elektron müraciətlərin sayı artıb

Nazirliyə elektron müraciətlərin sayı artıb

07-02-2015
Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

27-12-2024
Elektron qaiməni necə ləğv etməli?

Elektron qaiməni necə ləğv etməli?

14-09-2017
Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

Nazirliyin daha bir xidməti elektronlaşdırıldı

07-09-2015
Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

Bəzi vergi ödəyiciləri elektron kabinetə kod-parolla daxil ola biləcək

16-12-2024
Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

11-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə