Previous Next
Bağla

Hamilə qadınlara nəzarət üçün vahid elektron registr yaradılır

01-07-2015 15:46
Hamilə qadınlara nəzarət üçün vahid elektron registr yaradılır

Azərbaycanda hamilə qadınlara sistemli nəzarət etmək üçün vahid elektron registrin yaradılması nəzərdə tutulub.

Xəbərlər-in verdiyi məlumata görə, registrin yaradılması "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi işləri üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planında yer alıb.

Hamilə qadınların elektron reyestri "Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın (VİQA) dəstəyi ilə "Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi" layihəsi çərçivəsində hazırlanır.

Bununla əlaqədar keçirilən seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov bildirib ki, ana və uşaq sağlamlığı xidmətlərinin daha keyfiyyətli monitorinqi üçün səhiyyə məlumat sisteminin gücləndirilməsi məqsədilə layihə çərçivəsində bir sıra işlər görülüb, "Uşağın immunizasiya pasportu" elektron modulu təkmilləşdirilib, 103 və 106 formalarının proqram təminatı yeniləşdirilib, hamilə qadınların elektron reyestri yaradılıb.

Səhiyyə Nazirliyinin nümayəndəsi Təhminə Tağızadə isə qeyd edib ki, hamilələrin reyestri – hamilənin qadın məsləhətxanasında qeydiyyatdan keçdiyi vaxtdan hamiləliyin sonuna qədər olan vəziyyəti barədə vacib məlumatların toplanıldığı, qeydə alındığı və saxlanıldığı bazadır.

Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova deyib ki, ölkəmizdə ana və uşaq sağlamlığının qorunması istiqamətində bir sıra sənədlər, konsepsiyalar və klinik protokollar hazırlanıb. Görülən tədbirlər sayəsində Azərbaycanda 2006-cı illə müqayisədə ana ölümü üzrə göstəricilər 3 dəfə azalıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron səhiyyə ilə bağlı seminar keçirilib

Elektron səhiyyə ilə bağlı seminar keçirilib

05-04-2019
Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın  müraciət edilib

Elektron Səhiyyə Mərkəzinə 31 minə yaxın müraciət edilib

27-12-2015
"Elektron Səhiyyə" internet portalı yenilənib

"Elektron Səhiyyə" internet portalı yenilənib

28-02-2011
Azərbaycanın elektron səhiyyə sahəsində yenilik

Azərbaycanın elektron səhiyyə sahəsində yenilik

09-12-2015
Bir həftə ərzində 1730 elektron xəstəlik vərəqi imzalanıb

Bir həftə ərzində 1730 elektron xəstəlik vərəqi imzalanıb

07-05-2025
Nazirlik: Bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq

Nazirlik: Bütün tibbi qeydiyyat sənədləri elektronlaşdırılacaq

18-12-2024
2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

25-02-2023
Səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşdi

Səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşdi

09-03-2011
Azərbaycanda 20 həkimə 1 kompüter düşür

Azərbaycanda 20 həkimə 1 kompüter düşür

19-05-2015
Elektron Səhiyyə Xidmətinə müraciətlər çoxalıb

Elektron Səhiyyə Xidmətinə müraciətlər çoxalıb

30-04-2015
Süni intellekt tibdə yeni imkanlar yaradır

Süni intellekt tibdə yeni imkanlar yaradır

06-05-2026
Elektron səhiyyə xidmətinə edilən müraciətlərin sayı açıqlanıb

Elektron səhiyyə xidmətinə edilən müraciətlərin sayı açıqlanıb

28-09-2015
Azərbaycanda e- səhiyyə ilə bağlı hansı problemlər var?

Azərbaycanda e- səhiyyə ilə bağlı hansı problemlər var?

26-01-2018
Azərbaycanda həkim axtarışı elektronlaşdırılıb

Azərbaycanda həkim axtarışı elektronlaşdırılıb

21-07-2015
Elm və təhsildə data idarəçiliyi tətbiq ediləcək

Elm və təhsildə data idarəçiliyi tətbiq ediləcək

27-02-2026
Valideynlər poliklinikalara  getmədən həkim qəbuluna yazıla biləcək

Valideynlər poliklinikalara getmədən həkim qəbuluna yazıla biləcək

21-05-2016
“Elektron reseptin verilməsinə çalışırıq”

“Elektron reseptin verilməsinə çalışırıq”

16-03-2017
Səhiyyə Nazirliyi iki portalın təqdimatını keçirəcək

Səhiyyə Nazirliyi iki portalın təqdimatını keçirəcək

09-09-2015
“Tibbi Rəqəmsal Əkiz Sistemi” təqdim edilib

“Tibbi Rəqəmsal Əkiz Sistemi” təqdim edilib

03-06-2026
“Həkim axtarışı” - yeni xidmət yaradılır

“Həkim axtarışı” - yeni xidmət yaradılır

13-02-2015
“Elmi problemlər reyestri”  informasiya sistemi yaradılır

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016
Tibbi arayışların verilməsi ilə bağlı elektron registr yaradılıb

Tibbi arayışların verilməsi ilə bağlı elektron registr yaradılıb

22-12-2014
Azərbaycanda verilən elektron sağlamlıq kartlarının sayı açıqlandı

Azərbaycanda verilən elektron sağlamlıq kartlarının sayı açıqlandı

18-10-2016
Dövlət xəstəxanaları vahid informasiya sistemi ilə təmin olunmalıdır

Dövlət xəstəxanaları vahid informasiya sistemi ilə təmin olunmalıdır

19-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə