“Elektron təhsil” müsabiqəsinin nominantları müəyyənləşdirilib

30-11-2015 / 11:03

“Elektron təhsil” Respublika müsabiqəsinə təqdim olunan 900 layihədən 207-si nominant olaraq seçilib və növbəti mərhələyə buraxılıb.

Xeberler.az bildirir ki, həmin layihələr növbəti mərhələdə münsiflər heyəti tərəfindən onlayn qiymətləndiriləcək.

Müsabiqənin keçirilməsində məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir. Müəllim və şagird istiqamətləri üzrə 6 nominasiyada təşkil olunan müsabiqəyə ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırması və yenidənhazırlanması ilə məşğul olan qurumların  metodist mütəxəssisləri və məktəblilər qatılıblar.

Müsabiqə Dr.Web, AzEduNet, Ultra, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi, Edumedia Azərbaycan və Nar Mobile tərəfindən dəstəklənir.

Qeyd edək ki, 2010-cu ildən təşkil edilən müsabiqəyə indiyə qədər ümumilikdə, 5000-dən artıq layihə təqdim olunub.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə