Previous Next
Bağla

"Elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik” mövzusunda tədbir keçirilib

12-03-2026 18:28
"Elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik” mövzusunda tədbir keçirilib

15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar təşkil olunmuş tədbirdə elektron ticarət və rəqəmsal xidmətlər sahəsində istehlakçı hüquqlarının müdafiəsi, onlayn mühitdə təhlükəsizliyin təmin edilməsi və istehlakçıların maarifləndirilməsi məsələləri barədə çıxışlar dinlənilib, bu istiqamətdə mövcud çağırışlar və inkişaf perspektivləri diqqətə çatdırılıb.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik” mövzusunda tədbir keçirilib. 15 Mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar təşkil olunmuş tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarlıq subyektlərinin nümayəndələri və digər maraqlı tərəflər iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev, Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Toğrul Əliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyevin çıxışları dinlənilib.

Çıxışlar zamanı müasir dövrdə istehlakçı hüquqlarının müdafiəsinin əhəmiyyəti və əhatə dairəsi, rəqəmsal iqtisadiyyatın inkişafı fonunda elektron ticarət və rəqəmsal xidmətlər sahəsində yaranan yeni imkan və çağırışlar barədə məlumat verilib. Bildirilib ki, son illərdə ölkəmizdə elektron ticarətin genişlənməsi ilə paralel olaraq rəqəmsal mühitdə yaranan istehlak münasibətləri ilə bağlı müraciətlərin sayında da artım müşahidə olunmaqdadır. Sözügedən istiqamətdə istehlakçıların maarifləndirilməsi, xüsusilə onların maliyyə savadlılığının artırılması və təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılmasının vacibliyi diqqətə çatdırılıb.

Həmçinin müvafiq sahədə baş verə biləcək kibercinayətkarlıq hallarının qarşısının alınması üçün dövlət qurumları, özəl sektor və digər maraqlı tərəflərin birgə fəaliyyətinin önəmi vurğulanıb.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikası Mərkəzi Bankı, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və “Trendyol” şirkətinin nümayəndələri “Süni intellektin istehlakçı davranışlarına və hüquqlarına təsiri”, “Rəqəmsal mühitdə fərdi məlumatların mühafizəsi: müasir çağırışlar və risklər”, “Rəqəmsal dünyada istehlakçılar, elektron ticarət və təhlükəsizlik” və digər mövzularda təqdimatlarla çıxış ediblər. Çıxışlar zamanı qloballaşan dünyada elektron ticarətin inkişaf dinamikası, rəqəmsal ödənişlərin artım tendensiyaları, onlayn platformalarda rast gəlinən əsas çətinliklər, bu sahədə tətbiq olunan nəzarət mexanizmləri və həyata keçirilən maarifləndirmə işləri iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində istehlakçıların hüquqi savadlılığının artırılması məqsədilə Agentlik tərəfindən yaradılmış “Istehlakchi.gov.az” platformasının təqdimatı həyata keçirilib, bu internet resursunun təqdim etdiyi imkanlar barədə geniş məlumat verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Agentlikdə “Trendyol” şirkətinin nümayəndələri ilə görüş keçirilib

Agentlikdə “Trendyol” şirkətinin nümayəndələri ilə görüş keçirilib

05-02-2026
Samir Məmmədov: "2 000-ə yaxın zərərli internet resuru bloklanıb"

Samir Məmmədov: "2 000-ə yaxın zərərli internet resuru bloklanıb"

12-03-2026
Dövlət Agentliyi sosial şəbəkələrdə alış-verişlə bağlı xəbərdarlıq edib

Dövlət Agentliyi sosial şəbəkələrdə alış-verişlə bağlı xəbərdarlıq edib

12-03-2026
Türk Dünyası Marketinq, Reklam və Media Birliyi təsis olunub

Türk Dünyası Marketinq, Reklam və Media Birliyi təsis olunub

01-05-2025
Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

Dövlət Xidmətinin nümayəndələri Naxçıvanda seminarlar keçiriblər

02-10-2024
Dövlət Xidməti vəkillər və vəkilliyə namizədlər üçün təlim keçirib

Dövlət Xidməti vəkillər və vəkilliyə namizədlər üçün təlim keçirib

22-04-2022
Agentlikdə İKTA nümayəndələri ilə görüş keçirilib

Agentlikdə İKTA nümayəndələri ilə görüş keçirilib

20-02-2026
İnfluenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunur

İnfluenser və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunur

12-03-2026
Dövlət Xidmətində “Trendyol” şirkətinin nümayədə heyəti ilə görüş keçirilib

Dövlət Xidmətində “Trendyol” şirkətinin nümayədə heyəti ilə görüş keçirilib

04-11-2023
Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib

Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyası keçirilib

11-07-2025
Rəqəmsal texnologiyalar sahəsində istehlakçı hüquqları ilə bağlı araşdırma aparılır

Rəqəmsal texnologiyalar sahəsində istehlakçı hüquqları ilə bağlı araşdırma aparılır

27-04-2022
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edilib

12-02-2025
Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb

Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb

27-08-2024
Rəqəmsal mühitdə istifadəçi hüquqlarını kim qorumalı?

Rəqəmsal mühitdə istifadəçi hüquqlarını kim qorumalı?

18-01-2018
Qanunsuz reklam yayımına dair müraciətlərin sayı 35 faiz artıb

Qanunsuz reklam yayımına dair müraciətlərin sayı 35 faiz artıb

10-04-2025
Mətbuatın 150 illiyi ilə bağlı intellektual yarış keçirilib

Mətbuatın 150 illiyi ilə bağlı intellektual yarış keçirilib

08-07-2025
Elektron ticarətdə əsas dələduzluq riskləri açıqlanıb

Elektron ticarətdə əsas dələduzluq riskləri açıqlanıb

12-03-2026
Agentliyin nümayəndələri TDT ölkələrinin iclasında iştirak edib

Agentliyin nümayəndələri TDT ölkələrinin iclasında iştirak edib

29-04-2025
Azərbaycanda elektron siqaretlərin satışı və idxalında qanunsuzluqlar aşkarlanıb

Azərbaycanda elektron siqaretlərin satışı və idxalında qanunsuzluqlar aşkarlanıb

25-07-2023
Dövlət Xidməti: On ayda protokolların sayında 42 faiz azalma olub

Dövlət Xidməti: On ayda protokolların sayında 42 faiz azalma olub

10-12-2024
Özəl internet xidmətləri təminatçıları ilə müzakirələr aparılıb

Özəl internet xidmətləri təminatçıları ilə müzakirələr aparılıb

07-10-2022
“mygov” istifadəçilərin sayı 2,5 milyona çatıb

“mygov” istifadəçilərin sayı 2,5 milyona çatıb

12-03-2026
Reklam qanunvericiliyi ilə bağlı seminar keçirilib

Reklam qanunvericiliyi ilə bağlı seminar keçirilib

03-10-2022
Qanunsuz reklamların yayımı ilə əlaqədar təmin olunan müraciətlərin sayı 2 dəfəyədək artıb

Qanunsuz reklamların yayımı ilə əlaqədar təmin olunan müraciətlərin sayı 2 dəfəyədək artıb

08-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə