Previous Next
Bağla

Rəqəmsal iqtisadiyyatın inkişafı üçün mütəxəsisslər hazırlanmalıdır

20-09-2019 11:06
Rəqəmsal iqtisadiyyatın inkişafı üçün mütəxəsisslər hazırlanmalıdır

UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkil etdiyi “Kölgə iqtisadiyyatına qarşı mübarizə-iqtisadi inkişafın mühüm amili kimi” mövzusuna həsr olunan beynəlxalq elmi-praktiki konfransda çıxış edib.

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında əmək bazarının tələblərini açıqlayıb:

“​​…Müstəqillik əldə etdikdən sonra uzun müddət ərzində yaşadığımız dövrün fərqli özəlliyi kimi, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi qabartdıq. Yəqin ki, bu doğrudur. Həm də o doğrudur ki, bu, demək olar ki, bütün postsovet ölkələrində baş verdi. Bu istiqamətdə müzakirələr, tədqiqatlar hələ də davam edir. Ancaq həqiqət həm də ondadır ki, bu zaman “maddi” iqtisadiyyatdan “bilik” iqtisadiyyatına, həm də rəqəmsal iqtisadiyyata keçid və bununla əlaqədar əmək bazarında baş vermiş dəyişikliklər, tələb olunan kompetensiyaların öyrənilməsi və formalaşdırılması diqqətdən kənarda qaldı. Etiraf edək ki, bu yeni çağırış ali təhsil tərəfindən qəbul edilməmiş qaldı. Başqa sözlə, ali təhsil müəssisələri müasir mütəxəssislərə olan yeni tələblərə qeyri-həssas qaldılar. Məhz bunun nəticəsində təhsil prosesində formalaşmış vərdişlərlə iş yerində tələb olunan vərdişlər arasında uyğunluq yaratmaq mümkün olmadı və bir sıra hallarda
bu uyğunsuzluq hətta artdı. Rəqəmsal iqtisadiyyat təhsil qarşısında ciddi cağırışlar yaratmaqla yeni yanaşmaları zəruri edir.

​​…​​Rəqəmsallaşma əmək bazarını, təhsili köklü surətdə dəyişir. Rəqəmsallaşma həm də iqtisadiyyat elminin əsas paradiqması ətrafında ciddi müzakirələri qaçılmaz edir. Belə ki, iqtisadiyyat elmi məhdud resursların artan tələbi ödəmək üçün səmərəli istifadəni özündə ehtiva etdiyi halda, rəqəmsal iqtisadiyyatda resursların məhdudluğu haqqında danışmaq artıq ciddi qəbul edilmir. Çünki rəqəmsal iqtisadiyyatda resurslar doğrudan da məhdud deyil. Rəqəmsal iqtisadiyyat miqyas effektinin də aktuallığını itirir. ​​Rəqəmsallaşma prosesinin əsas amilləri yüksəkixtisaslı mütəxəssislərlə yanaşı, müvafiq iş yerlərinin mövcud olmasıdır. Bu, təhsil və rəqəmsal iqtisadiyyatın birgə fəaliyyətini tələb edir, bunu qaçılmaz edir.

​​Rəqəmsal iqtisadiyyat həm də təkrarlanan əməliyyatları yerinə yetirən peşələrə tələbin azalmasını, texnologiyaların sürətlə dəyişməsilə əlaqədar peşələrin həyat tsiklinin qısalmasını, mütəxəssisin çevikliyinin və adaptivliyinin artmasını şərtləndirir. Eləcə də, yumşaq vərdişlərə, yəni sosial və emosional intellektə malik olmağı, son nəticədə insanı texnikadan fərqləndirən bacarıqlara və “rəqəmsal çevikliyə”, yəni nəticəni yaxşılaşdırmaq məqsədilə yeni texnologiyaları tətbiq etmək bacarığı və istəyi olan mütəxəsisslərə tələbi artırır. Rəqəmsal iqtisadiyyat ayrı-ayrı ixtisasları deyil, kompetensiyaları ön plana çıxarır.

​​Rəqəmsal iqtisadiyyatın təsirinə dair iki rəqəm. ​​McKinsey hesablamalarına görə, iş yerlərinin avtomatlaşması hesabına dünya ÜDM-i 2030-cu ilə qədər 9 trilyon dollar arta bilər. 2030-cu ilə qədər dünya işçi qüvvəsinin təqribən 14 faizi öz peşəsini dəyişmək məcburiyyətində qalacaq. ​​Bütün bunlar ali təhsilimizi ciddi çağırışlarla üz-üzə qoyur.​

​​Nə etməli?
1. Rəqəmsal iqtisadiyyat üçün yüksəkixtisaslı mütəxəsisslər hazırlamaq üçün ən vacib istiqamətlər üzrə öyrədən proqramların tətbiqi üzrə işlərə başlamaq lazımdır. Birgə tədris proqramlarının həyata keçirilməsi vacibdir.
2. Yeni ixtisaslar ölkəyə gətirilməlidir. Bu gün, əmək bazarında ən çox çatışmayan
kompetensiyalar kommunikasiya və əməkdaşlıq, tənqidi və kreativ təfəkkür, eləcə də özünü inkişafa və təhsilə, özünütənzimləmə vərdişlərinə orientasiyadır. Yeni ixtisaslar və kompetensiyalar bu istiqamətdə universitetlərin səlahiyyət və sərbəstliyinin artırılmasını tələb edir.

Rəqəmsal iqtisadiyyatın yaratdığı digər ciddi bir çağırış budur: milli ali təhsil sistemi mütəxəssis hazırlığında milli əmək bazarının tələblərini əsas tutmalıdır, yoxsa beynəlxalq əmək bazarının tələblərini? Düşünürük ki, milli əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı vəzifəsi beynəlxalq əmək bazarı üçün rəqabətqabilliyətli mütəxəssis hazırlığı vəzifəsilə ziddiyət təşkil edir.

Bu ziddiyyət milli əmək bazarının keyfiyyət tələblərilə beynəlxalq əmək bazarının keyfiyyət tələbləri arasında olan ciddi uyğunsuzluqdan qaynaqlanır. Bu baxımdan milli ali təhsil sistemi əmək bazarının tələblərindən daha çox, bazar iqtisadiyyatı tələblərinə uyğun müvafiq kompetensiyalara malik mütəxəssis hazırlamalıdır”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

Əmək bazarının İKT mütəxəssislərinə olan tələbi öyrənilib

04-06-2026
Rəqəmsal iqtisadiyyata həsr olunan III Beynəlxalq elmi konfrans keçiriləcək

Rəqəmsal iqtisadiyyata həsr olunan III Beynəlxalq elmi konfrans keçiriləcək

19-07-2023
Ekspertlər parlamentə və hökumətə distant təhsillə bağlı çağırış edib

Ekspertlər parlamentə və hökumətə distant təhsillə bağlı çağırış edib

23-09-2019
“Rəqəmsal biliklərin artırılması iqtisadiyyatın sürətli inkişafına şərait yaradır”

“Rəqəmsal biliklərin artırılması iqtisadiyyatın sürətli inkişafına şərait yaradır”

23-06-2023
Rəqəmsal bacarıqlar tələb olunan işlər üzrə yeni təkliflər hazırlanır

Rəqəmsal bacarıqlar tələb olunan işlər üzrə yeni təkliflər hazırlanır

12-12-2025
Milli Observatoriyanın yaradılmasından 6 il ötür

Milli Observatoriyanın yaradılmasından 6 il ötür

04-07-2025
İKT sahəsində əmək müqavilələrinin sayı 34 minə çatıb

İKT sahəsində əmək müqavilələrinin sayı 34 minə çatıb

29-11-2025
Azərbaycan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumuna qatılıb

Azərbaycan Rəqəmsal İqtisadiyyat üzrə İnnovasiya Forumuna qatılıb

07-11-2025
Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect"  şirkəti Anlaşma Memorandumu imzalayıb

Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect" şirkəti Anlaşma Memorandumu imzalayıb

30-11-2021
İnnovasiyali iqtisadiyyatda rəqəmsallaşmaya dair konfrans keçirilib

İnnovasiyali iqtisadiyyatda rəqəmsallaşmaya dair konfrans keçirilib

25-02-2025
Onlayn “tədris inqilabı”: Rəqəmsal iqtisadiyyat üçün yeni imkanlar

Onlayn “tədris inqilabı”: Rəqəmsal iqtisadiyyat üçün yeni imkanlar

27-01-2025
Rəqəmsal bacarıqlar üzrə vahid platforma qurulacaq

Rəqəmsal bacarıqlar üzrə vahid platforma qurulacaq

12-12-2025
İZİA və “Bayraktar Teknoloji Azərbaycan” əməkdaşlıq edəcək

İZİA və “Bayraktar Teknoloji Azərbaycan” əməkdaşlıq edəcək

05-03-2026
“Məzunların məşğulluq reytinqi” platforması mükafatlandırılıb

“Məzunların məşğulluq reytinqi” platforması mükafatlandırılıb

31-10-2024
Rəşad Həsənov: "AZSET" strateji addımlardan biridir

Rəşad Həsənov: "AZSET" strateji addımlardan biridir

14-05-2026
UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019
“Rəqəmsal iqtisadiyyat” dərsliyi nəşr olundu

“Rəqəmsal iqtisadiyyat” dərsliyi nəşr olundu

27-04-2023
Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar mövzusunda konfrans keçirilib

Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar mövzusunda konfrans keçirilib

14-02-2020
“Hər kəs üçün Ədalətli Rəqəmsal və Yaşıl Keçidlər” adlı forum keçirilib

“Hər kəs üçün Ədalətli Rəqəmsal və Yaşıl Keçidlər” adlı forum keçirilib

03-04-2025
UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020
Nazir: Süni intellektin inkişafı dünya əmək bazarını yenidən formalaşdırır

Nazir: Süni intellektin inkişafı dünya əmək bazarını yenidən formalaşdırır

28-11-2025
İRİA rəqəmsal bacarıqların inkişafına yönəlmiş tədqiqat layihəsi həyata keçirib

İRİA rəqəmsal bacarıqların inkişafına yönəlmiş tədqiqat layihəsi həyata keçirib

12-12-2024
Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

Rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşması tədqiq olunur

02-04-2025
“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib

30-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə