Previous Next
Bağla

Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

30-03-2018 15:38
Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

Kaspersky Lab ICS CERT-nin ekspertləri 2017-ci ilin ikinci yarısında sənaye avtomatlaşdırılması sistemiləri üçün təhlükələr landşaftı üzrə apardıqları araşdırmanın nəticələrini açıqlayıb.

Xeberler.az hesabata istinadən məlumat verir ki, ötən ilin ikinci yarısında ən çox iki sahəyə hücumlar olunub:

-energetika (avtomatlaşdırılmış idarəetmə sisteminin kompüterlərinin 38,7%-i ən azı bir hücuma məruz qalıb) və AİS üzrə injinirinq/inteqrator (35,3%).

Virusa yoluxmanın qarşısı alınmış digər əksər sahələrdə avtomatlaşdırılmış idarəetmə sistemlərinin kompüterlərinin payı 26%-dən 30%-dək təşkil edib. Bu göstəricinin nisbi oxşarlığını ekspertlər müxtəlif sahələrdə istifadə olunan texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri həllinin bənzərliyi ilə izah edirlər. Bundan başqa, müəssisələrin xarici kontragentlərlə məlumat mübadiləsi proseslərinin oxşarlığı da rol oynaya bilərdi.

Energetika sahəsində avtomatlaşdırılmış idarəetmə sistemlərinə olan hücumların yüksək faiz göstəricisi iki səbəblə əlaqələndirilir. Birincisi, digər sahələrlə müqayisədə bu obyektlər geniş şəbəkə əlaqəsi mövcuddur. İkincisi, onların idarəetmə sistemləri digər sahələrdən fərqli olaraq daha çox insan üçün əlçatandır.

İnjinirinq və inteqrator şirkətlərində texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinin kompüterlərinin virusa yoluxma cəhdləri ciddi problemə çevirilib ki, bu da son illər ərzində sənaye infrastrukturuna tədarükçülər vasitəsilə hücum hallarının geniş tətbiqi ilə bağlıdır.

“Tədqiqatın nəticələri bizi təəccübləndirdi. Məsələn, energetika sahəsində hücumlara məruz qalan AİS kompüterlərinin yüksək faizi onu göstərir ki, ötən bir neçə ciddi hadisələrə və müəssisələrin öz idarəetmə sistemlərinin təhlükəsizliyini təmin etmək cəhdlərinə baxmayaraq, atılmış addımlar hələ də kifayət deyil. Bir çox şəbəkələrdə indiyədək zəiflikər var və kibercinayətkarlar onlardan istifadə edir. Amma müsbət tendensiyalar da var. Ümumilikdə, 2016-cı illə müqayisədə sənaye idarəetmə sistemlərinə hücumların sayı bir qədər azalıb. Yəqin bu, onu göstərir ki,  müəssisələr kibertəhlükəsizlik məsələlərinə daha çox diqqət ayırırlar: onlar şəbəkə auditini keçirməyə, əməkdaşlarına təlim verməyə və başqa tədbirlər görməyə başlayıblar. Bu yaxşı əlamətdir, çünki artıq indidən olduqca vacibdir ki, biznes öz müdafiəsini təmin edilməsinin qayğısına qalsın”, - deyə “Kaspersky Lab ICS-CERT”nin rəhbəri Yevgeni Qonçarov bildirib.

Kaspersky Lab ICS-CERT ekspertlərinin digər nəticələri arasında:

  • Kaspersky Lab-ın məhsulları onlar tərəfindən qorunan AİS kompüterlərin 37,8%-nə hücumlar qeydə alıb.
  • İnternet təşkilatların texnoloji infrastrukturunun yoluxmasının (22,7%) əsas mənbəyi olaraq qalır.
  • AİS kompüterlərinə olan hücumlar üzrə top-5 ölkə siyahısı dəyişməz qalıb. Bura Vyetnam, (69,6%) Əlcəzair (66,2%), Mərakeş (60,4%), İndoneziya (60,1%) və Çin (59,5%) daxildir.
  • Kaspersky Lab-ın müdafiə həlləri AİS-də 17,9 mindən çox müxtəlif modifikasiyalı zərərli proqram təminatı aşkar edib.
  • 2017-ci ildə AİS-lərin 10,8%-i botnet-agentlərin hücumlara məruz qalıb.
  • 2017-ci ildə Kaspersky Lab ICS-CERT-nin ekspertləri sənaye və IIOT/IOT sistemlərində 63 boşluq aşkar edib.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020

Neft və qaz şirkətlərinə və bina avtomatlaşdırma sistemlərinə hücumlar artıb

16-09-2020

Sənaye sistemlərinin 92 faizi tez-tez kibertəhlükələrə məruz qalır

26-07-2016

Bu il şirkətlərə qarşı kiber-hücumların sayı iki qat artıb

25-12-2015

Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

09-06-2022

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016

Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

02-02-2018

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017

Kaspersky Lab təhlükəsizliklə bağlı yeni İT həll istifadəyə verib

22-04-2016

Ölkədə 12 mindən çox istifadəçi kiberhücuma məruz qalıb

20-02-2018

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Kaspersky sənaye təşkilatlarına təsir göstərən casus hücumları silsiləsini aşkar edib

10-01-2022

Kaspersky: 2021-ci ildə sənaye müəssisələrinə hansı kiberhücumlar edilə bilər?

09-12-2020

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə