Previous Next
Bağla

Kaspersky Lab təhlükəsizliklə bağlı yeni İT həll istifadəyə verib

22-04-2016 11:17
Kaspersky Lab təhlükəsizliklə bağlı yeni İT həll istifadəyə verib

Kaspersky Lab mühüm infrastruktur və sənaye obyektlərinin təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi həll istifadəyə verib.

Xeberler.az-ın məlumatına görə, Kaspersky Industrial CyberSecurity platforması sənaye şəbəkələrinin mühüm xüsusiyyətlərini nəzərə alır və müdafiə texnologiyaları ilə yanaşı yüksək səviyyədə müəssisələrin təhlükəsizliyini təmin etməsi üçün ekspert və maarifləndirmə xidmətləri təklif edir.

İnformasiya texnologiyaları və texnoloji proseslərin avtomatlaşması sistemləri elektrik stansiyaları, neft emalı zavodları və istehsal xətlərini, dəmir yolları, aeroportlar və “ağıllı” binalara qədər bütün müasir sənaye obyektlərinin fəaliyyətində mühüm rol oynayır.

Ənənəvi kompüterlərdən fərqli olaraq sənaye informasiya şəbəkələri və texnologiya sistemləri adətən lazımi dərəcədə müdafiə olunmur, çünki informasiya təhlükəsizliyi üçün həllər onlara uyğun deyil. Nəticədə, sənaye müəssisələri və mühüm infrastruktur obyektləri müdafiəsiz qalır və kiberhadisələr məlumatın itkisindən daha böyük təhlükə daşıyır.

Ənənəvi korporasiya informasiya şəbəkələrindən fərqli olaraq harada ki, əsas prioritet məxfilikdir, sənaye idarəetmə sistemləri (ICS) texnologiya prosesinin mükəmməl fasiləsizliyi və ardıcıllığını tələb edir. Kibertəhlükəsizlik tədbirləri təhlükəsizlik tələblərinə uyğun olmadığı halda hətta prosesin düzgün idarə olunması və prosesə müvafiqlik mühüm obyektlərin müdafiəsiz istismarına gətirib çıxara bilər.

Kaspersky Industrial CyberSecurity həlli bütün bu unikal tələbləri nəzərə alır və ICS-in kiberhücumlara daha həssas olan səviyyələrin müdafiəsinin təmin edir: ICS/SCADA serverləri, HMI panelləri, mühəndis stansiyaları, proqramlaşdırılmış PLC kontrollerləri və bir sıra ayrı səviyyələr. Adıçəkilən həll əməliyyat fasiləsizliyi və texnologiya prosesinin davamiyyətinə təsir etmədən kibertəhlükələrdən qoruyur.

Kaspersky Industrial CyberSecurity həlli texnologiya proseslərinin avtomatlaşmış idarəetmə sistemində dövriyyədə olan məlumatın əsaslı təhlilini aparmağa imkan yaradır və informasiyanın toplanması və analizində şübhəli hadisələr və situasiyalar haqda məlumat verir. Bununla yanaşı, müəssisənin müdafiəsi sisteminin idarəetməsi mərkəzləşmiş şəkildə vahid konsol ilə həyata keçirilir.

 Kaspersky Industrial CyberSecurity-nin əsas funksiyalarından biri sənaye şəbəkəsinin bütünlüyünü yoxlamaqdır: bir neçə texnologiya trafiki təhlil edir, istifadə olunan proqramları və qoşulan cihazları nəzarətdə saxlayır və sənaye prosesini idarə edir. Öz növbəsində, icazəsiz daxilolmaların qarşını alan sistem texnoloji şəbəkədə fasiləsiz monitorinq aparır və icazəsiz daxilolmaları bloklayaraq şəbəkə düyünlərinə qoşulma imkanlarını məhdudlaşdırır.

Boşluqların aşkarlanması üzrə monitorinq sistemi əməliyyat təminatında açıq zədələrin mövcudluğunu yoxlamaq üçün infrastrukturu diqqətlə nəzərdən keçirir və beləliklə, sənaye şəbəkəsinə zərərli proqramların daxilolmalarının qarşını alır.

Kaspersky Lab şirkətinin baş direktoru Yevqeni Kasperski belə həllin yaradılmasının vacibliyinə toxunaraq bildirib:

“Sənaye istehsalının və mühüm infrastrukturun təhlükəsizliyi hazırda olduqca aktual məsələdir. Texnoloji şəbəkələrdə dünya ilə əlaqə yaradan daha çox fərqli cihaz və kanallar yaranır. Bəzən nəinki bir neçə onillik əvvəl buraxılmış və o zamandan yenilənməyən əməliyyat təminatı, həmçinin dünya ilə əlaqə üçün nəzərdə tutulmayan avadanlıq istifadə olunur. Bu, həddən artıq ciddi məsələdir, çünki nəinki istehsalat prosesinin fasiləsizliyi, həmçinin ekologiya və insan həyatı təhlükə altında qalır. Bizim həllimiz avtomatlaşdırılmış idarə prosesinin bütün səviyyələrində texnologiya dövrünün kibertəhlükəsizliyini təminetmə potensialına malikdir. Eyni zamanda, kibertəhlükəsizlik sahəsinin yeni standart və tələblərini nəzərə alan avadanlığın hazırlanması üçün avtomatlaşdırma sistemlərinin istehsalçıları ilə aktiv şəkildə əməkdaşlıq edirik”.

 Yeni həll infrastruktur operatorlarına kibermünaqişələri cavablayan və gələcəkdə proqnozlaşdırma imkanlarını təmin edən xüsusi təhlükəsizlik servislərini əlavə edir. Bu, hücum texnologiyalarını təyinetmə və qarşısını alma çərçivəsindən kənara çıxan effektiv təhlükəsizlik strategiyasının tərtib olunmasına kömək edir.

Mütəxəssislər üçün tədris proqramları, kibertəhlükəsizliyin qiymətləndirilməsi, informasiya sisteminin auditi və münaqişələrə reaksiya xidmətlərinə daxildir.

Kaspersky CyberSecurity həllinin parametrləri müştərilərin tələblərinə yüksək dərəcədə uyğunlaşır və bunun sayəsində həll fərqli sənaye sahələrinin tələblərinə dəqiqliklə sazlanma qabiliyyətinə malikdir.

Kaspersky CyberSecurity həlli VARS neft-kimya terminalı və TANECO neft emalı şirkəti kimi bir sıra pilot layihələrdə müvəffəqiyyətlə sınaqdan keçirilib. Nəticədə, həmin müəssisələr öz sənaye obyektlərinin informasiya təhlükəsizliyini təmin etmək üçün seçimini “Kaspersky Lab”ın həlli lehinə edib.

TANECO şirkətinin İdarəetmə sistemlərinin nəzarəti şöbəsinin müdiri Marat Gilmutdinov qeyd edib: 

“Yüksək texnologiyalı neft emalı zavodlarının mümkün təhlükələrini nəzərdən keçirərək biz seçimimizi “Kaspersky Lab” şirkətinin Kaspersky CyberSecurity həlli lehinə etdik. Təhlükəsizliyi təmin edən həldən daha böyük bir şey əldə etmək bizim üçün vacib idi. Hər hansı bir ICS səviyyəsində sənaye proseslərinin kibertəhlükələrdən müdafiəsi üçün hərtərəfli təhlükəsizlik tədbirlərini təmin etmək böyük əhəmiyyət kəsb edirdi. Bununla yanaşı, məhsulun quraşdırılma və fəaliyyətinə aid yarana biləcək bütün məsələlərin həlli üçün tədarükçü tapmaq məqsədini də qarşımıza qoymuşduq”.

"Kaspersky CyberSecurity-nin imkanları bütün gözləntilərimizi üstələdi. Kaspersky Lab-ın sənaye obyektlərinin müdafiəsi üçün nəzərdə tutulmuş həll quraşdırıldıqdan bir neçə ay sonra kontrollerdən birinə kənar noutbukun icazəsiz daxilolmasını və sensorun parametrlərini dəyişmək cəhdini aşkar etdi", - deyərək Gilmutdinov əlavə etdi.

Kaspersky CyberSecurity həlli haqda daha ətraflı məlumatı burada.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

22-11-2019
Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

Kaspersky yeni əməkdaşlıq proqramına başlayır

27-08-2020
Sənaye mühitində kibertəhlükəsizlik müzakirə ediləcək

Sənaye mühitində kibertəhlükəsizlik müzakirə ediləcək

22-11-2017
Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

Şirkətlərə qarşı məqsədli kiber hücumlar artıb

02-02-2018
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016
 Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

09-06-2022
Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

30-03-2018
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021
Sənaye müəssisəsi Kasperky həlli sayəsində 1.7 milyon ABŞ dollarına qənaət edib

Sənaye müəssisəsi Kasperky həlli sayəsində 1.7 milyon ABŞ dollarına qənaət edib

12-07-2021
Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019
 Kaspersky Lab-ın baş direktoru Bakıda olub

Kaspersky Lab-ın baş direktoru Bakıda olub

06-07-2017
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020
Sənaye sistemlərinin 92 faizi  tez-tez kibertəhlükələrə məruz qalır

Sənaye sistemlərinin 92 faizi tez-tez kibertəhlükələrə məruz qalır

26-07-2016
Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016
Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016
Kaspersky Lab gənc mütəxəssislər axtarır

Kaspersky Lab gənc mütəxəssislər axtarır

20-10-2017
Bankomat və POS terminalları kiber təhlükələrdən qoruyan texnologiya

Bankomat və POS terminalları kiber təhlükələrdən qoruyan texnologiya

10-06-2016
Bakıda kibertəhlükəsizliklə bağlı konfrans keçiriləcək

Bakıda kibertəhlükəsizliklə bağlı konfrans keçiriləcək

12-04-2016
Azərbaycanda kibertəhlükəsizlik məsələləri müzakirə edilib- Fotolar

Azərbaycanda kibertəhlükəsizlik məsələləri müzakirə edilib- Fotolar

18-04-2016
Kaspersky MLAD 3 ən yaxşı məhsuldan biridir

Kaspersky MLAD 3 ən yaxşı məhsuldan biridir

26-04-2022
Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə