Günün aktual xəbərlərini göstərən ağıllı güzgü

04-02-2016 / 14:36

Texnologiya inkişaf etdikcə bütün məhsullar ağıllı olmağa başladı. Bu məhsullardan biri də bir çox fərqli modelləri ilə təqdim olunan ağıllı güzgülərdir.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, əvvəl selfie çəkən  güzgü, daha sonra isə Google öz ağıllı güzgüsünü hazırlayıb.  

Google-da işləyən Max Braun tərəfindən hazırlanan güzgü sizə faydalı olabilən məlumatları özündə əks etdirir. Artıq hava məlumatı, ayın tarixi, saat və günün ən aktual xəbərlərini güzgüdə görə biləcəksiniz. 

Max Braun bildirib ki, hazırda bu istiqamətdə işlər davam edir. O, həmçinin "Google Now" və səslə idarə etmə funksiyasının da  əlavə edilə biləcəyini də deyib.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə