Göz xəstəliklərini müəyyən edən tətbiq yaradıldı

01-06-2015 / 11:28

Ağıllı telefonlar üçün yaradılan tətbiqlər bir çox sahələrdə istifadə olunmağa başlayıb. Son zamanlar isə bu proqramlar xəstəliklərin müəyyən olunmasında köməyimizə çatır. Ürək döyüntüləri, şəkər və təzyiq ölçmə kimi proqramlar ağıllı telefonlarda böyük marağa səbəb olur.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, London Tibb universitetinin professorları tərəfindən yeni sağlamlıq proqramı yaradılıb və “Portativ Göz Tədqiq dəsti” adlandırılıb. Tətbiq sayəsində göz xəstəliyini müəyyən etmək mümkündür.

Tətbiq Keniyada 233 insan üzərində sınaqdan keçirilib. Mobil tətbiq göz zəifliyi və digər göz xəstəliklərini müəyyən etmək qabiliyyətinə malikdir.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə