“Ən yaxşı videotədris resursu- 2015”-in qalibləri AÇIQLANDI

08-11-2015 / 23:23

Xəbər verdiyimiz kimi, informatika müəllimləri arasında “Ən yaxşı videotədris resursu – 2015” elan olunmuşdu. Müsabiqəyə işlərin qəbulu sentyabrın 30-a kimi davam edib.

Xeberler.az-ın məlumatına görə, artıq müsabiqənin nəticələri müəyyən olunub.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan işlər informatika dərsliklərinin mövzularına uyğun olmalı idi.

Müsabiqəyə müəllimlər tərəfindən təqdim olunan işlərdən 23 iş (11 müəllimin işi) seçilib. Ekspertlər tərəfindən aparılan qiymətləndirmədən sonra yerlər belə bölünüb:

I yer

Lətafət Nəsibova, Bakı ş. 227 saylı məktəb

 

II yer

Leyla İbrahimxəlilova, Mingəçevir ş. 8 saylı məktəb

Şəhanə Bədalova, Ağcabədi rayon Salmanbəyli kənd tam orta məktəb

 

III yer

Leyla Mustafayeva, Bakı ş. 328 saylı məktəb

Ramil Cəfərov, Şarur rayon Tənənəm kənd tam orta məktəbi

Xanım Əliyeva, 264 saylı məktəb-lisey

 

IV yer (həvəsləndirici)

Qiyafət  Fərruxova, Bakı ş 204 saylı orta məktəb

Sərxan Qurbanov,  Bakı ş. 81 saylı məktəb

Almaz Qurbanova,  Bakı ş. 247 saylı məktəb

Aynur İbrahimova,  İmişli ş. 5 saylı lisey

Kifayət Orucova, Bakı ş. 39 saylı məktəb

 

Onu da qeyd edək ki, “Ən yaxşı videotədris resursu – 2015” müsabiqəsinə təqdim olunan işlərlə youtube.com saytında tanış ola bilərsiniz. 
Qeyd edək ki, finala çıxan işlərin əksəriyyəti Python və Pascal proqramlaşdırma dillərinə aiddir.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə