Previous Next
Bağla

Ölkəni enerji ilə təmin etməyə 5 milyard avro kifayətdir

06-07-2018 12:14
Ölkəni enerji ilə təmin etməyə 5 milyard avro kifayətdir

Atom elektrik stansiyası (AES) xeyli dərəcədə risklidir, lakin bu risklər uzunmüddətli istifadə zamanı gələn fayda ilə kompensasiya edilir.

Xeberler.az məlumat verir ki, bunu Sputnik Azərbaycan-a politoloq, Rusiya Elmlər Akademiyasının İqtisad İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayev deyib.

Məlum olduğu kimi, iyulun 3-ü və 4-ü Azərbaycan İstilik Elektrik Stansiyası MMC-də qəza baş verib. Nəticədə İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Bunun nəticəsində ölkənin əksər hissəsində iki gün ərzində elektrik enerjisinin verilməsi ilə bağlı problemlər yaşanıb. Problemlər metropolitenə və su təchizatına da keçib.

Baş verənlərlə əlaqədar Karavayev hesab edir ki, Azərbaycan öz ərazisində atom elektrik stansiyası tikməlidir. Onun fikrincə, bu, dövlət üçün strateji cəhətdən sərfəli olacaq.

Ekspert qeyd edib ki, əgər Azərbaycan texnologiya və iqtisadi inkişafa görə dünyanın ilk iyirmi ölkəsinin sırasına düşmək istəyirsə, nəzərə almalıdır ki, bütün dünya liderləri iqtisadi və sənaye inkişafının hərəkətverici qüvvələrindən biri kimi məhz nüvə energetikasını seçiblər: "Aydındır ki, bu yeni iş yerləri açmaq baxımından bir çox sahələrin mütəxəssislərini bir yerə toplamağa imkan verən alternativ energetikanın inkişafını ləğv etmir. AES-də bir yer (söhbət bir neçə raktor bloku olan bir AES-in istismarından gedir) Rosatom-un qiymətləndirməsinə görə, oxşar sahələrdəki 10 iş yeri deməkdir".

Xatırladıb ki, Azərbaycanda artıq Milli Nüvə Tədqiqatları Mərkəzi mövcuddur, demək dövlət bu istiqamətdə hansısa addımları artıq atıb: "Deməli AES boş yerdə yaradılmayacaq. Bundan əlavə, Azərbaycanda AES qurulması ölkənin dünyanın iqtisadi liderləri ilə yaxınlaşması üçün əlavə amil ola bilər. Yəni, bu, prosesdə mütləq iştirak edəcək Rusiya (nüvə texnologiyaları üzrə dünyanın əsas ixracatçılarından biri) və yüksək texnologiya şirkətləri ilə Azərbaycanın kifayət qədər uzunmüddətli əlaqələri olan Fransa ilə əlavə qarşılıqlı fəaliyyət xətti olacaq".

"Ona görə də burada Azərbaycan eyni zamanda bu iki istiqamətdən istifadə edə bilər. Yalnız Rosatom ilə əməkdaşlığa bel bağlamaq mütləq deyil. Əlbəttə, əsas kimi Rusiyanın baza layihəsini götürmək olar, avadanlığı isə fransız şirkətləri təmin edə bilərlər" — deyən Karavayevin sözlərinə görə, burada təbii ki, stansiyanın fiziki təhlükəsizliyi ilə bağlı da aspektləri var.

"Yəni, stansiyanın qorunması ilə bağlı xüsusi bölmələrin yaradılması da təbiidir. Əlbəttə, Azərbaycan stansiyanın yerləşdiyi rayonu hava hücumundan müdafiə sistemi səviyyəsində təchiz etmək imkanı qazanacaq. Bu isə iqtisadiyyat və təhlükəsizliyi inkişaf etdirmək üçün əlavə imkanlar açır" — ekspert bildirib.

Belə ki, mütəxəssis işin maliyyə tərəfinə də toxunub: "Əlbəttə, bütün bunlar xərc tələb edir. Lakin başa düşmək lazımdır ki, strateji perspektivdə bütün xərclər kompensasiya ediləcək. Aydındır ki, hasil olunan qazı ixrac etmək mümkün ikən, onu ənənəvi energetikanın inkişafına yönəltməyə ehtiyac yoxdur. Eyni sözləri İES üçün mazut barədə də demək olar. Bundan əlavə, Azərbaycan perspektivdə elektrik enerjisini Gürcüstana və Türkiyənin şərq rayonlarına sata, həmçinin "Şimal-Cənub" nəqliyyat layihəsini elektriklə təmin edə bilər".

Belə bir stansiyanın Azərbaycana neçəyə başa gələcəyinə gəlincə: "Qeyd etmək yerinə düşər ki, Türkiyədə tikilən "Akkuyu" və İrandakı "Buşer" kimi güclü AES-lər lazım deyil. Azərbaycan üçün orta güclü, 5-7 milyard avroya başa gələ biləcək orta güclü stansiya kifayətdir".

Karavayev xatırladıb ki, 80-ci illərdə Mingəçevirdə artıq AES tikmək istəyiblər: "Həmin stansiya Çernobıl AES tipli olmalı imiş. Lakin o vaxt Moskvada işləyən Heydər Əliyev buna qarşı çıxıb və tikintini ləğv etməyə nail olub (bu stansiya sonradan Ermənistanda tikilib — red.). Onda layihəni tikiləcəyi yerin tektonik cəhətdən qeyri-sabit olması ilə bağlı tənqid edirdilər. Bundan əlavə, onun ekoloji etibarlılığı barədə bəzi mübahisələr var idi. Həmin dövr üçün çox güclü və obyektiv arqumentlər gətirilirdi".

Sputnik Azərbaycan-ın həmsöhbətinin sözlərinə görə, bu gün artıq həmin hadisələrdən 30-35 il keçib və həmin məsələlər həllini tapıb: "İndi 12 ballıq qısamüddətli seysmoloji təkanlara davam gətirən AES-lər tikilir. Fəlakət nümunələri də mövcuddur, lakin onlar istisnadır. AES-in riskləri onun gətirdiyi fayda ilə örtülür. Burada əsas məsələ bu layihədə və onun təhlükəsizliyində qənaət etməməkdir. Əgər siz qənaət etməyib artıq öz effektivliyini göstərmiş texnologiyadan istifadə edirsizsə, onda siz hansısa qəzanın baş verməsindən etibarlı müdafiə olunacaqsız".

A.Karavayevin fikrincə, Avropada mövcud olan AES-lərə baxmaq kifayətdir: "Onda görəcəksiz ki, stansiyaları kifayət qədər sıx məskunlaşma olan ərazilərdə tikirlər və heç bir qəza baş vermir. Qəzalar əlbəttə ki, mümkündür. Lakin eyni sözləri aviareyslər haqqında da demək olar. Təyyarələr qəzaya uğramır? Uğrayır. Onda gəlin uçmayaq. Ona görə də hələlik Azərbaycana AES lazımdır tezisinin lehinə arqumentlər kifayət qədərdir".

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib

05-07-2018

Elektrik stansiyasının avtomatika və idarəetmə sistemi pozulub - Yaqub Eyyubov

05-07-2018

İnternetin militarizasiyası

28-02-2011

Azərbaycan İstilik Elektrik Stansiyasının fəaliyyəti bərpa edilib

04-07-2018

İlham Əliyev “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirak edib

24-06-2025

“Google” 3 yeni modul AES sifariş edib

12-05-2025

Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

10-02-2026

Prezident İlham Əliyev: "Bir qəzaya görə bütün enerji sistemi çökməməlidir"

10-07-2018

Partlayışla bağlı ekspert açıqlama verdi

03-07-2018

"Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılışı keçirilib

08-01-2026

Bluetooth 4.0 standartı hər şeyi dəyişəcək

25-12-2009

Kriegers Flak KES 2021-ci ildə istifadəyə veriləcək

19-07-2018

Prezident: “ Mütləq alternativ enerji mənbələri yaratmalıyıq”

10-04-2018

Təqaüd üçün elektron müraciət artıq mümkündür

08-10-2015

Enerji sektorunda “3 iyul böhranı” təkrarlana bilərmi?

03-07-2019

Prezident İsmayıllıda Su Elektrik Stansiyasının açılışında iştirak edib

11-08-2016

Elektrik enerjisinin əldə olunması üçün sürətli üsul

15-08-2017

Ermənilərin qoyub qaçdığı stansiyalar: “Milli operatorlar onlardan istifadə edə bilər”

22-10-2020

Ən böyük üzən günəş elektrik stansiyası

20-06-2017

Üzən elektrik stansiyası işə salınıb

02-02-2016

“21-ci əsrin bankları kriptovalyuta texnologiyası ilə qurulacaq”

06-06-2017

Azərenerji ASC Şüvəlanda itirilmiş 30 MVt gücü bərpa etdi

15-04-2019

Azərbaycanda alternativ mənbələrdən enerji necə alınır?-Müsahibə

27-12-2016

Dövlət qurumları məlumat bazalarını harada saxlamalıdırlar ?

19-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə