İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının “StartUp School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin “Məzun Günü” keçiriləcək. Azərbaycan İnnovasiya Mərkəzində təşkil olunacaq tədbirdə layihənin ən uğurlu komandaları arasında hakaton yarışı təşkil olunacaq.
Xeberler.az məlumat verir ki, “Məzun Günü”ndə iştirak etmək üçün ABŞ-ın Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” nin rəhbəri Mehmet Tosun, Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin baş elmi işçisi Nicat Mehdiyev Azərbaycana gəlib.
Hakaton yarışında münsiflər heyətinin qərarına əsasən qaliblər elan olunacaq, mükafatlandırma mərasimi keçiriləcək.
“Enterprise Azerbaijan” portalı “Startup School” layihələrini Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universiteti ilə əməkdaşlığı çərçivəsində həyata keçirir.
Qeyd edək ki, “Startup School 2” layihəsinə Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən 121 komanda müraciət edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri