Previous Next
Bağla

Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında Xartiya imzalanıb

15-01-2025 13:26
Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında Xartiya imzalanıb
"İkinci Qarabağ savaşından məğlub çıxan, kapitulyasiyaya imza atan Ermənistan ABŞ-la strateji anlaşma əldə edib".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, Ermənistan Avropa İttifaqına daxil olmağa start verməyinin ardınca daha bir müttəfiqlik əldə edib:
 
"Ötən gün Ermənistan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, strateji tərəfdaşlıq haqqında Xartiyanı imzalayıblar.
 
Düşünürəm ki, müharibədən məğlub çıxan Ermınistanın qısa bir zamanda ABŞ kimi bir ölkə ilə strateji tərəfdaşlığa imza atması ağlasığmazdır. Görünür ki erməni lobbisi yenə öz sözünü deyir.
 
Yəni görünən odur ki Ermənistan tam sürətlə Rusiyadan qırılmaq, Avropa və ABŞ-yə inteqrasiya yolunu tutub. Və artıq bunun real nəticələri var".
 
Osman Gündüzün sözlərinə görə, indi Ermənistan sərhədlərini NATO hərbçiləri qoruyacaq:
 
"Sərhədlərində monitorinqi Avropalılar aparır. Onların da arxasında Rusiyanın hərbi bazası var.
 
ABŞ və NATO -nun Ermənistana texnologiyalar, hərbi, kəşfiyyat və peyk texnologiyaları sahəsində dəstəyi regionda vəziyyəti kəskin dəyişə bilər.
 
Bu artıq Hindistanın hansısa köhnəlmiş hərbi resursları deyil.
 
Fikrimcə texnologiyalar sahəsinda, hərbi-texniki və peyk texnologiyaları sahəsində milli maraqlarımız üçün tam yeni təhdidlər yaranacaq.
 
Bu, təkcə hərbi sahədə deyil. MDB- də heç kimin NVİDİA həndəvərinə düşə bilmədiyi bir zamanda Ermənistan ikinci superkompüter mərkəzi açmağa hazırlaşır. Strateji tərəfdaşlıq güman ki Ermənistanın start vəziyyətini hədsiz gücləndirəcək".
 
Ekspert bildirib ki, əgər Ermənistan hərbi-texnoloji sahədə ABŞ resurslarından da real istifadə imkanı əldə etsə regionda böyük risklər qaçılmaz olacaq:
 
"Şübhəsiz ki yeni imkanlar, texnologiyalar, hərbi-texniki resurslar əldə edən Ermənistanın revanş götürmək istəyi artacaq.
 
"Düşünürəm ki Azərbaycan Ermənistanın başladığı bu yeni strateji xəttlə bağlı səfərbər olmalıdır.
 
Ermənistanın daha da güclənməsindən, bu anlaşmalar işə düşməzdən öncə
addımlar atılmalıdır.
 
Avropa ilə, qərblə problemləri tez bir zamanda həll etmək lazımdır. Yeni yaranmış situasiyaya uyğun çevik addımlar atılmalıdır".
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Hərbi sahədə süni intellektdən istifadəni öyrənmək Ermənistan üçün prioritetdir

10-09-2024

Ermənistan hərbi-sənaye kompleksini yenidən qurur

16-12-2020

Müdafiə Nazirliyi məlumat verib

13-09-2022

Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

10-02-2026

Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

13-09-2022

Ermənilər Azərbaycanla sərhəd zonasında peyk müşahidə sistemi qurur

10-11-2022

Ermənistan Nvidia ilə 500 milyonluq texnoloji layihəyə start verir - Osman Gündüz

12-06-2025

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı

13-09-2022

Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində şəhidlərimiz olub

13-09-2022

Ermənistan İranla birgə dron və peyk texnologiyaları istehsal edəcək?

30-01-2023

Ekspert: Məğlub ölkə necə və nə zaman özünə gələ biləcək ?

09-08-2021

Ekspert: Ermənistanın ən böyük mobil operatoru yenidən ciddi tənqidlərlə üzləşib

29-08-2022

İçərişəhərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı elektron lövhə yerləşdirilib

19-06-2015

Ekspert: Ermənistan rəsmiləri məğlubiyyətin səbəblərini axtarır

06-11-2020

Kəlbəcər istiqamətində mövqelərimiz artilleriya atəşinə tutulur

14-09-2022

Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbi qulluqçusu şəhid olub

15-09-2022

Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədib

13-09-2022

Ekspert: NVİDİA Ermənistana 1.5 milyard dollar investisiya yatıracaq

19-11-2025

ABŞ Ermənistana "Nvidia" çiplərinin ixrac lisenziyalarını verib

10-02-2026

Ramin Quluzadə Pakistan səfirinə Ermənistanın son hərbi təxribatlardan danışıb

30-10-2020

Qarabağdakı erməni separatçıları ağ bayraq qaldırıb və təslim olublar

20-09-2023

Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

07-09-2022

Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb

13-09-2022

Ermənistan Qara dənizin dibi ilə internet kabeli çəkərkən TRIPP-i nəzərə ala bilər

22-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə