Previous Next
Bağla

Ekspert: NVİDİA Ermənistana 1.5 milyard dollar investisiya yatıracaq

19-11-2025 12:09
Ekspert: NVİDİA Ermənistana 1.5 milyard dollar investisiya yatıracaq
"İndi də NVİDİA-nın Ermənistana süni intellektin inkişafı üçün 0.5 milyard deyil, 1.5 milyard $ investisiya yatıracağı bildirilir".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, Ermənistan süni intellektin inkişafı üçün NVIDIA ilə 500 milyon dollarlıq müqavilə imzalamışdı:
 
"2026-cı ildə NVIDIA Ermənistanda Blackwell GPU-ları ilə təchiz olunan və 100 meqavatdan çox gücə malik Süni İntellekt Mərkəzi quracaq. Bu layihənin məqsədi Ermənistanı süni intellekt üzrə qabaqcıl mərkəzə çevirmək, yeni texnologiyalarla yerli iqtisadiyyatı canlandırmaq, innovasiya mühitini gücləndirmək və qlobal bazara çıxış üçün dayanıqlı platforma formalaşdırmaqdır.
 
Maraqlıdır ki, indi bu əməkdaşlığın daha da dərinləşməsilə bağlı məlumatlar yayılır. Artıq süni intellekt sahəsində bu dünya nəhəngi şirkətin Ermənistana 1.5 milyard $ investisiya yatıracağı ilə bağlı açıqlamalar gözə dəyir. Bu Ermənistan üçün, region üçün çox böyük investisiyadır, süni intellektin inkişafı üçün hədsiz böyük imkandır".
 
Osman Gündüz düşünür ki , bütün bunlar reallaşsa Ermənistanın regional rəqabətdə önə çıxmaq şansı birmənalı olacaq:
 
"Ermənistan məhz bu sektoru inkişaf etdirməklə, NVİDİA ilə birbaşa əməkdaşlıqla iqtisadi imkanlarını qısa zamanda gücləndirmək xətti götürüb.
 
Həm də, dolayısıyla bütün bunlar Ermənistanı investorlar, startaplar və qlobal şirkətlər üçün, beynəlxalq universitetlər üçün daha cəlbedici texnoloji mərkəzə çevirə biləcək.
 
Açıq desəm, büdcəsini, iqtisadi vəziyyətini qısa zamanda gücləndirən Ermənistanda güman ki, revanş meylləri də güclənəcək, bizə olmasa da, gələcək nəsillərə problem yarada biləcək".
 
Ekspertin sözlərinə görə, Azərbaycanda son illərdə süni intellekt sahəsində müəyyən canlanma var. Strategiya qəbul edilib. İnfrastruktur layihələri icra olunur. Dövlət tərəfindən müəyyən resurslar ayrılır. Amma bunlar çox məhddudur:
 
"Görünən odur ki, hədsiz çox ləngimələr, pərakəndəlik var bu sektorda. Sanki hər bir dövlət qurumu, hər bir şirkət özü üçün süni intellekt sahəsində nəsə edir. Dövlət sektorunun biznesə dəstək vermək əvəzinə özünün nəsə etmək istəkləri daha çox müşahidə olunur.
 
Kordinasiyasızlıq, resursların məhdudluğu, bəsit layihələr üstünlük verilməsi isə ciddi narahatçılıq doğurur.
 
Ümid edirəm sektorun inkişafına cavabdeh olanlar, həm də milli təhlükəsizliyə cavabdeh qurumlarımız və qərar qəbul edənlərimiz də bunların, regionda baş verənlərin fərqindədir".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ermənistan Nvidia ilə 500 milyonluq texnoloji layihəyə start verir - Osman Gündüz

12-06-2025

Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

10-02-2026

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025

Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

27-01-2025

ABŞ Ermənistana "Nvidia" çiplərinin ixrac lisenziyalarını verib

10-02-2026

NVIDIA və OpenAI strateji razılaşma imzalayıblar

24-09-2025

Ekspert: Məğlub ölkə necə və nə zaman özünə gələ biləcək ?

09-08-2021

Nvidia Səudiyyə Ərəbistanının süni intellekt startapı ilə saziş imzalayıb

15-05-2025

“Meta” süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

25-01-2025

Lenovo və NVIDIA GenAI üçün hibrid həllər təqdim edib

27-10-2023

Nvidia Çin bazarına süni intellekt çiplərinin satışını bərpa edir

15-07-2025

“Microsoft” Yaponiyaya 10 milyard dollar investisiya yatıracaq

03-04-2026

AK süni intellektə investisiya cəlb etmək üçün təşəbbüs başladır

11-02-2025

Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

13-09-2022

Ermənistanda süni intellekt nazirliyinin yaradılması planlaşdırılır

11-05-2026

“Alibaba” süni intellektin inkişafına 52 milyard dollar sərmayə yatıracaq

24-02-2025

Osman Gündüz: Az-LLM-in yaradılması strateji əhəmiyyət daşıyır

11-02-2025

Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

13-12-2025

Təşəbbüs bizdən olsa da, görünən odur ki, Qazaxıstan daha çox faydalanmaq istəyir - Osman Gündüz

19-03-2025

Google süni intellekt və məlumat mərkəzlərinə 9 milyard dollar ayıracaq

28-08-2025

Ekspert: Hərbi sahədə süni intellektdən istifadəni öyrənmək Ermənistan üçün prioritetdir

10-09-2024

“Nvidia” Çin üçün ucuz AI çipləri buraxacaq

26-05-2025

"Ölkədə süni intellekt ekosisteminin formalaşması xeyli sürətlənib" - Ekspert

09-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə