Previous Next
Bağla

Ermənilər Azərbaycanla sərhəd zonasında peyk müşahidə sistemi qurur

10-11-2022 15:21
Ermənilər Azərbaycanla sərhəd zonasında peyk müşahidə sistemi qurur

“Ermənilər Zəngəzur istiqamətində sərhəd zonasında peyk müşahidə sistemi qurmaqda çox israrlıdırlar”.

Bunu Xeberler.az-a Ermənistanın peyk idarəetmə mərkəzinin qurulmasını şərh edən Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.

Onun sözlərinə görə, Ermənistan İspaniyanın SATLANTİS şirkəti ilə birgə müşahidə peykini orbitə qaldırdıqdan sonra gələn il üçün özünün peyk idarəetmə mərkəzini qurmağı planlayırdı. Lakin sonradan açıqlama veriblər ki, beynəlxalq kreditlər hesabına bu peyk mərkəzi gələn il deyil, elə cari ilin sonunadək hazır olacaq.

“İndi də məlumat açıqlanıb ki, Ermənistan İsveçrə ilə birgə peyk məlumatları əsasında ətraf mühitin monitoriq sistemini qurur. Ermənistanın müvafiq qurumları İsveçrənin qrantları, onların Landsat və Sentinel-2 peyklərindən əldə olunan məlumatlarla tədqiqatlar aparılacağını, ərazidəki obyektlərin diversifikasiyası və delimitasiyası üzrə alqoritmlərin hazırlanacağını bildiriblər. Paylaşdıqları şəkildən də əsas məqsədlərinin nə olduğu açıq-aşkar görsənir”,- deyə ekspert qeyd edib.

Osman Gündüz hesab edir ki, məğlub ölkənin kapitulyasiya şərtlərinə əməl etməməsi, sülh müqaviləsini, koridor məsələsini və delimitasiya məsələsini uzatması həm də qurmaq istədiyi peyk müşahidə sistemini başa çatdıra bilməməsilə bağlıdır:

“Görünür ki, bu məsələlərin çox uzanması Ermənistanın addım-addım güclənməsinə şərait yaradır. Prezident İlham Əliyevin də son dövrlərdə üçtərəfli bəyanatın şərtlərinə əməl edilməsi ilə bağlı Ermənistana qarşı daha kəskin çıxışlarından da bu görsənir. Təkcə qeyd etdiyim məqamlarla bağlı deyil, bir çox sahələrdə Ermənistanın ildırım sürətlilə üstünlük əldə etmək cəhdləri müşahidə olunur. Böyük resurslar axtarışındadır. Bu isə revanş istəyindən başqa bir şey deyil.
Düşünürəm ki, məğlub ölkə ilə olan problemləri tez, çox tez həll etmək doğru olardı”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Hayasat-1” peyki İrəvana hansı üstünlüklər verir?

“Hayasat-1” peyki İrəvana hansı üstünlüklər verir?

04-12-2023
Osman Gündüz: Ermənistanın peyki var, yoxsa icarəyə götürüb ?

Osman Gündüz: Ermənistanın peyki var, yoxsa icarəyə götürüb ?

02-06-2022
Ermənistan dronlarımızı zərərsizləşdirmək üçün bunu etdi - ŞƏRH

Ermənistan dronlarımızı zərərsizləşdirmək üçün bunu etdi - ŞƏRH

04-03-2021
Azərbaycanın növbəti peykləri hansılar olmalıdır?-Şərh

Azərbaycanın növbəti peykləri hansılar olmalıdır?-Şərh

01-11-2022
Ermənistan İranla birgə dron və peyk texnologiyaları istehsal edəcək?

Ermənistan İranla birgə dron və peyk texnologiyaları istehsal edəcək?

30-01-2023
Hadrut qəsəbəsinin peyk təsviri təqdim edilib

Hadrut qəsəbəsinin peyk təsviri təqdim edilib

10-10-2020
10 yaşlı peykimiz ümidləri doğruldubmu?-ŞƏRH

10 yaşlı peykimiz ümidləri doğruldubmu?-ŞƏRH

08-02-2023
Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

10-02-2026
Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında Xartiya imzalanıb

Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında Xartiya imzalanıb

15-01-2025
“AirBus”: “Azərkosmos”la əməkdaşlığımız peyk görüntüləri sahəsində davam edir

“AirBus”: “Azərkosmos”la əməkdaşlığımız peyk görüntüləri sahəsində davam edir

06-10-2023
Azərbaycanda peyk təsvirləri ilə bağlı 400-dən çox layihə həyata keçirilib

Azərbaycanda peyk təsvirləri ilə bağlı 400-dən çox layihə həyata keçirilib

01-12-2022
İran Starlink peyk internetini bloklayan ilk ölkədir

İran Starlink peyk internetini bloklayan ilk ölkədir

13-01-2026
Ekspert: Ermənistanın ən böyük mobil operatoru yenidən ciddi tənqidlərlə üzləşib

Ekspert: Ermənistanın ən böyük mobil operatoru yenidən ciddi tənqidlərlə üzləşib

29-08-2022
"Vega-C" raketi KOMPSAT-7 peykini orbitə çıxarıb

"Vega-C" raketi KOMPSAT-7 peykini orbitə çıxarıb

02-12-2025
ABŞ “Delta 2” peykini kosmosa göndərib

ABŞ “Delta 2” peykini kosmosa göndərib

06-05-2009
Ekspert: Məğlub ölkə necə və nə zaman özünə gələ biləcək ?

Ekspert: Məğlub ölkə necə və nə zaman özünə gələ biləcək ?

09-08-2021
“İntersputnik” Azərbaycanla əməkdaşlığa hazırdır

“İntersputnik” Azərbaycanla əməkdaşlığa hazırdır

15-04-2009
45 milyon dollarlıq peyk kosmosda itib

45 milyon dollarlıq peyk kosmosda itib

05-01-2018
Azərkosmos  yeni   tədqiqatlar üçün  anlaşma memorandumu imzalayıb

Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015
Çin orbitə iki yeni peyk buraxıb

Çin orbitə iki yeni peyk buraxıb

05-11-2008
Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

16-11-2018
Kosmik peyk xidmətləri Azərbaycana artan gəlir gətirən mənbələrdən birinə çevrilir

Kosmik peyk xidmətləri Azərbaycana artan gəlir gətirən mənbələrdən birinə çevrilir

08-01-2019
Çin növbəti peyk qrupunu uğurla orbitə çıxarıb

Çin növbəti peyk qrupunu uğurla orbitə çıxarıb

18-06-2026
Peyklərimiz düşməndən müdafiəyəyə kömək edir? – Ekspertdən Açıqlama

Peyklərimiz düşməndən müdafiəyəyə kömək edir? – Ekspertdən Açıqlama

07-10-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə