Previous Next
Bağla

Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

07-09-2022 13:19
Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkəyə tətbiq edilən sanksiyalar səbəbindən İKT sektorunu böhran bürüdü. Xarici İT şirkətlərin böyük əksəriyyəti Rusiyanı tərk etdi. Rusiyanın işsiz qalan yüz minlərlə İT mütəxəssislərinin kütləvi relokasiya prosesləri başladı.

Bəs Rusiyadan baş götürüb gedən İT mütəxəssis və şirkətlər hansı ölkələrə üz tutub?

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

"Əvvəllər də bu haqda yazmışdım, rusların güclü relokasiya ölkələri fərqli idi. İndi məlum olur ki, 50 000 İT mütəxəssis, xüsusən də proqramçılar Ermənistana relokasiya edibmiş. Bunu Ermənistanın İqtisadiyyat naziri Kerobyan bildirib.

O, Rusiyadan son zamanlarda yalnız İT mütəxəssislərin deyil, 20-dən çox İT şirkətin də Ermənistanda qeydiyyatdan keçdiyini açıqlayıb.

Ümumiyyətlə, hazırda Ermənistanda vergi ödəyicisi olaraq 850 Rusiya şirkətinin və 350 fərdi sahibkarın fəlaiyyət göstərdiyini, 40 minədək hüquqi və fiziki şəxsin Ermənistan banklarında hesab açdığını bildirib .

Xatırlayıram ki, bir neçə gün öncə Rusiya bazarından çıxan tanınmış Amerika şirkəti "NVİDİA" da İrəvanda ofis açdı. Bir müddət öncə Yandex də İrəvanda 1000 nəfəri işə cəlb etməklə ofis açmışdı. Beləliklə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiya İT mütəxəssislərin və şirkətlərin relokasiya prosesinin əsas mərhələsinin başa çatdığını düşünmək olar.

Müşahidələr göstərir ki, müharibə başlayandan sonra Rusiyadan miqrasiya edən mütəxəssislər və şirkətlər əsasən Özbəkistan, Gürcüstan, Qazaxıstan və Ermənistan bazarlarına üz tutdular. Relokasiya proseslərində Azərbaycan yer almayıb. Bildiyim qədər bəzi dövlət qurumları bu istiqamətdə Rusiya şirkətləri, İT komandalarla danışıqlar aparsa da, biznes mühitin cəlbedici olmaması baxımından uğulu yekunlaşmayıb. Azərbaycana Rusiyadan və Ukraynadan yalnız məhdud sayda mütəxəssislərin və ailələrin gəldiyi bildirilir.

Düşünürəm ki, on minlərlə İT mütəxəssislərin, İT şirkətlərin , eyni zamanda xarici ölkələrin İT şirkətlərinin bir anda Ermənistan bazarlarında yer alması və möhkəmlənməsi bizim üçün çox düşündürücü olmalıdır. Bununla da yaxın perspektivdə bədnam qonşumuzda yeni mühit formalaşaq, hansı ki, bizim milli maraqlarımıza heç də uyğun olmayan bir mühitdən söhbət gedir. Adi hesablamalarla proqnozlaşdırmaq olar ki, düşmən ölkə yaxın bir neçə ilə nələr əldə edə bilər .
Fikrimcə, bu məsələ bizim üçün yalnız iqtisadi məsələ olmamalıdır, bu, daha çox milli təhlükəsizlik məsələsidir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert:Rusiyadan qaçan İT mütəxəssislər hara gedirlər ?

Ekspert:Rusiyadan qaçan İT mütəxəssislər hara gedirlər ?

22-04-2022
Ekspert:İldırım sürətli İT inkişaf

Ekspert:İldırım sürətli İT inkişaf

22-06-2022
Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

Ekspert: İran Ermənistanda dron istehsalı zavodu aça bilərmi?

13-09-2022
Ekspert: Rusiyada internetin bağlanması Azərbaycana da təsir edəcək

Ekspert: Rusiyada internetin bağlanması Azərbaycana da təsir edəcək

13-03-2022
Ekspert: “Rusiya və Ukraynadan İT mütəxəssislərini Azərbaycana cəlb etməliyik”

Ekspert: “Rusiya və Ukraynadan İT mütəxəssislərini Azərbaycana cəlb etməliyik”

16-03-2022
Rusiyadan Azərbaycana nə qədər İT mütəxəssis gəlib?-Rəsmi

Rusiyadan Azərbaycana nə qədər İT mütəxəssis gəlib?-Rəsmi

16-12-2022
Ekspert: "Mail.ru", "Vkontakte" və "Odnoklassniki" müflis ola bilər

Ekspert: "Mail.ru", "Vkontakte" və "Odnoklassniki" müflis ola bilər

16-03-2022
“Amazon” Rusiyaya malların göndərilməsini dayandırır

“Amazon” Rusiyaya malların göndərilməsini dayandırır

10-03-2022
Ukraynadakı müharibə nəticəsində işsiz qalan İT mütəxəssis Azərbaycana köçə bilərmi?

Ukraynadakı müharibə nəticəsində işsiz qalan İT mütəxəssis Azərbaycana köçə bilərmi?

31-03-2022
Ekspert: Rusiya texnologiyalar sahəsində vəziyyətini düzəltməyə çalışır

Ekspert: Rusiya texnologiyalar sahəsində vəziyyətini düzəltməyə çalışır

03-04-2022
Ekspert: Ermənistanın ən böyük mobil operatoru yenidən ciddi tənqidlərlə üzləşib

Ekspert: Ermənistanın ən böyük mobil operatoru yenidən ciddi tənqidlərlə üzləşib

29-08-2022
Azərbaycanda “Trendyol”a rəqib rəqib gəlir

Azərbaycanda “Trendyol”a rəqib rəqib gəlir

28-04-2023
Generalın vurulmasında istifadə olunan silahlar haradan alınıb?

Generalın vurulmasında istifadə olunan silahlar haradan alınıb?

10-09-2020
Ölkəmizə cəlb ediləcək əcnəbi İT mütəxəssisləri nə gözləyir?-ŞƏRH

Ölkəmizə cəlb ediləcək əcnəbi İT mütəxəssisləri nə gözləyir?-ŞƏRH

13-01-2023
“Yango” Azərbaycandakı müştərilərinin məlumatlarını Rusiya FTB-yə ötürəcək?

“Yango” Azərbaycandakı müştərilərinin məlumatlarını Rusiya FTB-yə ötürəcək?

09-08-2023
Rusiyanın mobil operatoru Azərbaycanla əlaqələrini genişləndirir

Rusiyanın mobil operatoru Azərbaycanla əlaqələrini genişləndirir

09-06-2009
İsgəndər raketinin Şuşaya atılmasında qaranlıq məqamlar

İsgəndər raketinin Şuşaya atılmasında qaranlıq məqamlar

02-04-2021
Kiberhücumun ünvanı – texniki sübut, yoxsa siyasi şübhə? - Ekspertdən açıqlama

Kiberhücumun ünvanı – texniki sübut, yoxsa siyasi şübhə? - Ekspertdən açıqlama

03-05-2025
Western Union Rusiyadan Azərbaycana pul köçürmələrini məhdudlaşdırıb

Western Union Rusiyadan Azərbaycana pul köçürmələrini məhdudlaşdırıb

22-07-2019
 “PAŞA Holdinq” taksi bazarına da daxil olur-ŞƏRH

“PAŞA Holdinq” taksi bazarına da daxil olur-ŞƏRH

03-05-2023
Ekspert: "Dəmir qübbə" bizi "İskəndər"dən qoruya biləcəkmi?

Ekspert: "Dəmir qübbə" bizi "İskəndər"dən qoruya biləcəkmi?

14-10-2020
Ekspert: Elə MTK-lar var ki, özləri provayder yaradıblar

Ekspert: Elə MTK-lar var ki, özləri provayder yaradıblar

30-09-2022
Osman Gündüz: Ermənistanda “satqın ovu” başlandı

Osman Gündüz: Ermənistanda “satqın ovu” başlandı

20-10-2020
İT şirkətləri dövlətdən nə istəyir - Dövlət sifarişlərini artırmaq, yoxsa normal mühit ?

İT şirkətləri dövlətdən nə istəyir - Dövlət sifarişlərini artırmaq, yoxsa normal mühit ?

15-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə