Previous Next
Bağla

Ermənistan Nvidia ilə 500 milyonluq texnoloji layihəyə start verir - Osman Gündüz

12-06-2025 20:08
Ermənistan Nvidia ilə 500 milyonluq texnoloji layihəyə start verir - Osman Gündüz
"Ermənistan regionda texnologiya yarışında ciddi bir addım atıb. “Firebird” adlı süni intellekt bulud şirkəti və Ermənistan hökuməti ABŞ-ın texnoloji nəhəngi NVIDIA ilə strateji əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində 2026-cı ildə minlərlə NVIDIA Blackwell GPU-ları ilə təchiz olunan və 100 meqavatdan çox gücə malik Süni İntellekt Mərkəzi qurulacaq".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, tərəflər arasında bağlanmış müqavilənin ümumi dəyəri 500 milyon dollar təşkil edir. Müqavilə lisenziya, infrastruktur quruculuğu, qabaqcıl elmi-tədqiqat layihələrinin dəstəklənməsi və beynəlxalq universitetlərlə ortaq təşəbbüsləri əhatə edir:
 
"Bu layihənin məqsədi Ermənistanı süni intellekt üzrə qabaqcıl mərkəzə çevirmək, yeni texnologiyalarla yerli iqtisadiyyatı canlandırmaq, innovasiya mühitini gücləndirmək və qlobal bazara çıxış üçün dayanıqlı platforma formalaşdırmaqdır.
 
NVIDIA-nın rəhbəri Jensen Huang, Ermənistanın Baş nazir Nikol Paşinyan və bu ölkədəki ABŞ səfiri layihəni yüksək dəyərləndiriblər.
 
Düşünürəm ki, bütün bunlar Ermənistanın regional rəqabətdə önə çıxmaq cəhdini daha da gücləndirəcək. Onlar bununla da ABŞ-da mövcud baryerləri aşaraq yüksək texnologiyalara birbaşa çıxış imkanı qazanacaqlar.
 
Dünya nəhəngi NVİDİA-nın da iştirakı ilə 500 milyonluq müqavilə ciddi hadisədir"!
 
Osman Gündüz qeyd edib ki, Ermənistanın süni intellekt və yüksək hesablama sahəsində qabaqcıl infrastruktur qurması, regionda texnoloji liderlik uğrunda rəqabətdə Azərbaycanın geri qalmasına səbəb ola bilər:
 
"NVIDIA kimi qlobal texnoloji liderlərlə birbaşa əməkdaşlıq qurulması Ermənistana strateji üstünlük verir və beynəlxalq texnologiya şəbəkələrinə daha tez inteqrasiya imkanı yaradır.
 
Bu təşəbbüs Ermənistanı investorlar, startaplar və beynəlxalq universitetlər üçün daha cəlbedici texnoloji mərkəzə çevirə bilər ki, bu da Azərbaycanın “rəqəmsal regional mərkəz” olmaq iddialarını zəiflədə bilər.
 
Texnologiyalar hesabına büdcəsini artırmaq imkanları əldə edən məğlub ölkədə revanşistlərin mövqeyi daha da güclənə bilər.
 
Fikrimcə biz Süni intellekt Strategiyasında nəzərdə tutulanların tez reallaşmasına diqqət yetirməliyik.
 
Hər iki Superkompüter Mərkəzlərini tezliklə istifadəyə verməliyik, süni intellekt sahəsi üzrə kadrların hazırlanmasını gücləndirməliyik. Azərbaycan süni intellekt sahəsində real texnoloji tərəfdaşlarla əməkdaşlıq, yüksək səviyyəli infrastruktur və yerli ekosistemə geniş dəstək sahəsində səylərini çox gücləndirməlidir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: NVİDİA Ermənistana 1.5 milyard dollar investisiya yatıracaq

Ekspert: NVİDİA Ermənistana 1.5 milyard dollar investisiya yatıracaq

19-11-2025
Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

10-02-2026
NVIDIA və OpenAI strateji razılaşma imzalayıblar

NVIDIA və OpenAI strateji razılaşma imzalayıblar

24-09-2025
Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

Azərbaycanda Superkompüter mərkəzləri qurulur - Ekspert

02-05-2025
Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025
Azerconnect Group və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

Azerconnect Group və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

21-04-2026
Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan "Nvidia" ilə əməkdaşlığı müzakirə edib

13-12-2025
Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

11-02-2026
Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

14-05-2025
Lenovo və NVIDIA GenAI üçün hibrid həllər təqdim edib

Lenovo və NVIDIA GenAI üçün hibrid həllər təqdim edib

27-10-2023
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

15-12-2025
Nvidia Səudiyyə Ərəbistanının süni intellekt startapı ilə saziş imzalayıb

Nvidia Səudiyyə Ərəbistanının süni intellekt startapı ilə saziş imzalayıb

15-05-2025
ABŞ Böyük Britaniyanın texnologiya sektoruna sərmayə qoyacaq

ABŞ Böyük Britaniyanın texnologiya sektoruna sərmayə qoyacaq

17-09-2025
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub

Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub

04-06-2026
Qazaxıstan NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verib

Qazaxıstan NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verib

28-05-2026
Azerconnect–NVIDIA əməkdaşlığı rəqəmsal inkişafda dönüş nöqtəsi ola bilər - Osman Gündüz

Azerconnect–NVIDIA əməkdaşlığı rəqəmsal inkişafda dönüş nöqtəsi ola bilər - Osman Gündüz

21-04-2026
Azərbaycan məlumat mərkəzləri üzrə qlobal investisiyaları müzakirə edir

Azərbaycan məlumat mərkəzləri üzrə qlobal investisiyaları müzakirə edir

21-01-2026
Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

Ekspert: Hansı ölkələr NVİDİA-dan çiplər ala bilib?

27-01-2025
Ermənistan Qara dənizin dibi ilə internet kabeli çəkərkən TRIPP-i nəzərə ala bilər

Ermənistan Qara dənizin dibi ilə internet kabeli çəkərkən TRIPP-i nəzərə ala bilər

22-11-2025
Özbəkistan “Nvidia” ilə əməkdaşlığa başlayır

Özbəkistan “Nvidia” ilə əməkdaşlığa başlayır

10-11-2025
Paşinyan Fransada süni intellekt sammitində iştirak edəcək

Paşinyan Fransada süni intellekt sammitində iştirak edəcək

10-02-2025
Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

Rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası “Strateji İntellekt” platformasına inteqrasiya olunub

28-04-2026
Nvidia yeni nəsil süni intellekt çipini təqdim edib

Nvidia yeni nəsil süni intellekt çipini təqdim edib

20-05-2025
Almaniyada Avropanın ilk superkompüteri istifadəyə verilib

Almaniyada Avropanın ilk superkompüteri istifadəyə verilib

06-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə