Previous Next
Bağla

Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

10-02-2026 16:12
Ermənistanın nüvə-AI strategiyası: Azərbaycan üçün risklər və imkanlar

Ermənistan nüvə enerjisi üzərində AI infrastrukturu qurur: regionda texnoloji balans dəyişə bilər.

ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistana səfərindən sonra İrəvanın süni intellekt (AI) və yüksək hesablama sahəsində yeni strateji mərhələyə qədəm qoyduğu müşahidə olunur. Səfərin əsas ağırlıq mərkəzi təkcə diplomatiya və TRIPP layihəsi deyil, həm də nüvə enerjisi sahəsində əməkdaşlıq olub.

Xeberler.az bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz paylaşım edib.

Ekspertin sözlərinə görə, Ermənistan daha əvvəl NVIDIA ilə təxminən 500 milyon dollarlıq razılaşma əldə etsə də, AI və data mərkəzi layihələrinin həyata keçirilməsi üçün əsas maneə enerji təminatı idi. Mövcud enerji sistemi yüksək güclü və stabil enerji tələbatını ödəmirdi:

"Vensin səfəri çərçivəsində ABŞ–Ermənistan arasında nüvə əməkdaşlığı üzrə aparılan danışıqlar modul tipli atom elektrik stansiyalarının tikintisi istiqamətində irəliləyişə işarə edir. Bu isə faktiki olaraq AI infrastrukturu üçün enerji bazasının formalaşdırılması deməkdir. Söhbət yalnız Metsamor AES-in təmirindən deyil, Ermənistanın enerji sisteminin ABŞ texnologiyası əsasında təxminən 9 milyard dollarlıq investisiya ilə yenidən qurulmasından gedir".

Osman Gündüzün fikrincə, bu addım Ermənistanı Rusiyanın təsir dairəsindən müəyyən qədər uzaqlaşdırmaqla yanaşı, onun regional mövqeyini də gücləndirə bilər. Ermənistan tam AI liderinə çevrilməsə belə, hesablama və data mərkəzi kimi əhəmiyyət qazana bilər ki, bu da ölkəni startaplar, tədqiqat mərkəzləri və beynəlxalq layihələr üçün daha cəlbedici edər.

Bununla yanaşı, bu proses Azərbaycanın maraqları üçün müəyyən strateji risklər yarada bilər. Ermənistanın nüvə enerjisi üzərindən AI və yüksək hesablama infrastrukturunu sürətlə inkişaf etdirməsi fonunda regionun texnoloji gündəminin tədricən İrəvan ətrafında formalaşması mümkündür.

Ekspert qeyd edib ki, hazırda Azərbaycanda qurulan iki superkompüter mərkəzi əsasən daxili tələbatı ödəməyə yönəlib. Halbuki hökumətin qlobal inteqrasiyanı da nəzərdə tutduğu müşahidə olunur.

Onun sözlərinə görə, Azərbaycanın Xəzərin dibi ilə Qazaxıstan və Türkmənistanı birləşdirəcək fiber-optik magistralı və onun üzərində regional data mərkəzinin yaradılması bu risklərə strateji cavab ola bilər. Bu layihə düzgün reallaşdırılarsa, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında rəqəmsal data və süni intellekt qovşağına çevrilə bilər.

Sonda ekspert bildirib ki, Azərbaycanın enerji resursları, tranzit mövqeyi, maliyyə imkanları və regional təsiri Ermənistanla müqayisədə daha güclüdür. Buna görə də bu üstünlüklərin vahid strategiya ilə AI və data infrastrukturlarına yönəldilməsi ölkənin mövqeyini daha da möhkəmləndirə bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ermənistan Nvidia ilə 500 milyonluq texnoloji layihəyə start verir - Osman Gündüz

12-06-2025

Ermənistan Qara dənizin dibi ilə internet kabeli çəkərkən TRIPP-i nəzərə ala bilər

22-11-2025

Superkompüter Mərkəzlərindən hansına "MİLLİ" statusu veriləcək ?

12-05-2026

Azərbaycan süni intellektə əsaslanan həlləri tətbiq etməyi hədəfləyir

19-05-2026

Osman Gündüz: 2-ci Superkompüter Mərkəzini quracaq şirkət bəlli olub

26-05-2025

Ekspert: NVİDİA Ermənistana 1.5 milyard dollar investisiya yatıracaq

19-11-2025

İlk superkompüter Qazaxıstana gətirilib

19-05-2025

Ekspert: Süni intellekt Azərbaycan universitetlərində necə inkişaf edir?

15-01-2026

Osman Gündüz: Dövlət xidmətlərinin myGov-da cəmlənməsi risklər yaradır

07-04-2026

Ermənilər Azərbaycanla sərhəd zonasında peyk müşahidə sistemi qurur

10-11-2022

Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında Xartiya imzalanıb

15-01-2025

Azerconnect–NVIDIA əməkdaşlığı rəqəmsal inkişafda dönüş nöqtəsi ola bilər - Osman Gündüz

21-04-2026

Ekspert: Rəqəmsal müavinlərlə bağlı tapşırığın icrasına 1 ay qalıb

08-05-2026

RİNN-də ABŞ nümayəndə heyəti ilə görüş keçirilib

18-04-2026

“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurub

15-12-2025

Azərbaycan Avropadan Asiyaya internet trafikinin daşınması missiyasını üzərinə götürə bilər

01-04-2021

Crusoe startapı 1,4 milyard dollar investisiya əldə edib

27-10-2025

Osman Gündüz: İT sektorunun real çəkisi gözləniləndən aşağıdır

10-04-2026

Ekspert: Məğlub ölkə necə və nə zaman özünə gələ biləcək ?

09-08-2021

Yaşıl enerji böyük məlumat mərkəzləri üçün mühüm rol oynayır

05-12-2023

Ekspert: Kim hazırdır, kim geridə qalır? AI reytinqində Azərbaycanın mövqeyi

07-01-2026

ABŞ Ermənistana "Nvidia" çiplərinin ixrac lisenziyalarını verib

10-02-2026

Azərbaycanın milli rəqəmsal transformasiya gündəliyi barədə məlumat verilib

20-05-2026

Samir Məmmədov: Yeni data mərkəzlərin inşası üzərində işləyirik

03-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə