"Əşyaların İnterneti” texnologiyalarının yayılması əksər “Əşyaların interneti” istehsalçılarını onlar üçün proqramlar hazırlığına başlamağa məcbur edir.
Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Gartner analitik şirkətinin mütəxəssislərinin sözlərinə görə, bu, öz növbəsində onlarda lisenziya idarəetmə sistemləri və hüquqlarına (License and Entitlement Management, LEM) tələbatı artırır. Qurğunun əsas komponentinin aparat hissəsindən proqramlara keçirilməsi müvafiq lisenziya strategiyasının olması halında istehsalçılara gəliri maksimallaşdırmağa imkan verir.
Qeyd olunur ki, əksər istehsalçılar hələ qurğulara quraşdırılan proqram təminatının onlara necə fayda gətirə biləcəyini anlamır. “Əşyaların İnterneti”nə çoxlu qurğuların qoşulması nəzərə alınmaqla proqram təminatının satışı böyük potensiala malikdir. LEM sistemləri internetə qoşulan qurğuların çıxışına, onların işinə və istifadəçi funksiyalarına nəzarəti həyata keçirməklə çevik qiymətqoyma sistemini təmin edir.
Analitiklərin sözlərinə görə, hazırda istehsalçıların çoxu LEM sistemlərinə malik deyil, halbuki onların əksəriyyəti belə sistemləri hazırlamağa çalışır, lakin bazarda şəraitin dəyişməsinə vaxtında reaksiya onları kənardan məhsullar almağa məcbur edəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri